Bakıdakı sürücülərin nəzərinə! .....                        İsrail zərbə endirdi .....                        Paşinyan İlham Əliyevə təşəkkür etdi .....                        Putin liderlərlə bir araya gəldi .....                        Bəzi təkliflərdən sonra futbolçuların başı gedir - Qurban Qurbanov .....                        Ukraynadan qaçan biznesmen bu ölkədə tapıldı .....                        Azərbaycana QIŞ GƏLDİ .....                        Kolumbiyada zənginlərdən əlavə vergilər alınacaq .....                        Bu suallar Putinin xoşuna gəlmədi .....                       
12-08-2022, 21:03
Azərbaycandan vətəndaşlıq istəyən ermənilərə cinayət işi açıldı


Azərbaycandan vətəndaşlıq istəyən ermənilərə cinayət işi açıldı

Ermənistanın iki vətəndaşına qarşı dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxslərdən biri əvvəllər Gürcüstana qaçaraq Azərbaycandan, ikincisi isə Türkiyədən sığınacaq istəyib. Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, Ermənistan vətəndaşı V.Q. hələ 2017-ci ildə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa başlayıb. “Bu ilin iyununda həmin şəxs Baqrataşen keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə adlayıb və avqustun əvvəlində videomüraciət yayaraq, Ermənistan vətəndaşlığından imtina etdiyini, Azərbaycan vətəndaşlığına daxil olmaq istədiyini bildirib” . Ermənistanın Baş Prokurorluğu analoji hadisənin digər ölkə vətəndaşı İ.V.-nin iştirakı ilə də baş verdiyini bəyan edib. “O, Türkiyədə - İstanbulda yaşayıb və xarici kəşfiyyata cəlb olunub. Həmin şəxs vaxtaşırı sosial şəbəkələrdə ermənilər əleyhinə açıqlamalar verib, Azərbaycan hakimiyyətini, onların siyasətini tərifləyib, Ermənistanı və onun 44 günlük müharibədə fəaliyyətini tənqid edib”. Qeyd edilib ki, İ.V. də Azərbaycan vətəndaşlığını istəyib və xankəndidə, lakin Azərbaycanın yurisdiksiyasında məskunlaşmaq istədiyini deyib. Hər iki epizod üzrə Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində cinayət işi açılıb.
12-08-2022, 20:56
İlham Əliyev "Qisas" əməliyyatından danışdı: Odla oynamasınlar!


İlham Əliyev "Qisas" əməliyyatından danışdı: Odla oynamasınlar!

Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasının müxbirinin avqustun əvvəlində ermənilərin törətdiyi növbəti təxribata dair sualına cavabında bildirib. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. "Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz". "Biz öz torpağımızda istənilən zaman istənilən əməliyyatı apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq", - Ali Baş Komandan əlavə edib. Ordumuzun gündəliyində həm taktiki, həm də strateji addımların təsbit edilməsinin reallıq olduğunu diqqətə çatdıran dövlət başçısı bildirib: “Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar”.
12-08-2022, 20:52
Prezident: "Artıq bal ixracatçısına çevrilmişik"


Prezident: "Artıq bal ixracatçısına çevrilmişik"

Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Biz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə artıq oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər, Laçın rayonlarında yol boyunca yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik. Bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, həmçinin üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdirilməlidir. Dövlət öz tövsiyələrini verəcək, fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaq üçün dəstək olacaq. “Yenə də deyirəm, bu bölgədə - Şərqi Zəngəzur və Qarabağ bölgəsində kənd təsərrüfatının inkişafı, ən müasir əsaslar üzərində qurulmalıdır. Çünki biz işlərə faktiki olaraq sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
12-08-2022, 20:48
Qazaxıstan nefti Rusiya yox, Azərbaycan kəmərindən keçəcək


Qazaxıstan nefti Rusiya yox, Azərbaycan kəmərindən keçəcək

Qazaxıstan neftini Rusiya Federasiyasından yan keçməklə satacaq. Sentyabrdan Qazaxıstan neftinin bir hissəsi Azərbaycanın ən böyük neft kəmərindən keçəcək. Bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, Qazaxıstanın dövlət neft şirkəti “Kazmunaqaz” Azərbaycan dövlət şirkətinin, SOCAR-ın bölməsi ilə ildə 1,5 milyon ton neft satışı ilə bağlı danışıqlar aparır. Müqavilənin avqustun sonunda imzalanması, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə tranzitin isə bir aydan sonra başlanacağı gözlənilir. Bundan əlavə, 2023-cü ildə Qazaxıstan daha 3,5 milyon ton nefti Azərbaycanın digər boru kəməri ilə Gürcüstanın Qara dəniz sahilindəki Supsa limanına nəql edə bilər. Beləliklə, ümumi həcm sutkada 100 000 bareldən çox və ya CPC axınının 8%-ni təşkil edəcək.
12-08-2022, 20:42
Peyvənd olunanların sayı açıqlandı


Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 733 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, üç və daha çox doza vaksin vurduranların sayı 1 070, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 208 nəfərdir. Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 836 046 təşkil edir.
12-08-2022, 20:38
Daha 520 nəfər koronavirusa yoluxub


Daha 520 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirusa 520 yeni yoluxma qeydə alınıb, 518 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb. Ölkədə indiyədək ümumilikdə 804 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 791 203 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir. Son sutka ərzində 3 446, hazırkı dövrədək isə 7 088 294 test aparılıb.
12-08-2022, 20:12
Yeni icra başçısı kollektivə təqdim olundu


Yeni icra başçısı kollektivə təqdim olundu

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov kollektivə təqdim olunub. Butov.az xəbər verir ki, yeni icra başçısını kollektivə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib. Təqdimatda Zeynal Nağdəliyev çıxış edib. O, dövlət başçısının tapşırıq və tövsiyyələrini çatdırıb. O.Mürsəlov isə ona göstərilən etimada görə minnətdarlığını bildirib.
12-08-2022, 20:06
Ehtiyatda nə qədər maska qalıb?


Ehtiyatda nə qədər maska qalıb?

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 17,1 milyon maska istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Avqustun 1-nə olan məlumata əsasən, ölkəmizdə hazır məhsul ehtiyatı 6,1 milyon ədəddir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!