İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
29-08-2022, 19:48
Türk Dövlətləri Təşkilatının 30 illiyi bu ölkədə qeyd olunacaq


Türk Dövlətləri Təşkilatının 30 illiyi bu ölkədə qeyd olunacaq

Türk Dövlətləri Təşkilatının 30 illiyinin harada qeyd ediləcəyi məlum olub. Butov.az-ın əldə etdiyi məlumata görə, yubiley tədbiri Özbəkistanda keçiriləcək. 12 noyabr tarixinə planlaşdırılan toplantıda Türk dövlətləri üçün vacib sənədlərin imzalanacağı gözlənilir. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının əsası 1992-ci ildə Türkdilli dövlətlərin liderlərinin zirvə toplantısında qoyulub. 3 oktyabr 2009-cu ildə isə beynəlxalq təşkilat kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin iştirakı ilə rəsmən Naxçıvanda elan olunub. 2018-ci ildə Özbəkistan bu təşkilata üzv olub. Türk dünyasında əməkdaşlıq şurasının qurulması ideyası ilk dəfə 2006-cı ildə Qazaxıstanın o zamankı prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Təşkilatda müşahidəçi dövlətlər Macarıstan və Türkmənistandır. Türk Dövlətləri Təşkilatının üç mərkəzi var, bunlar İstanbul, Bakı və Nur-Sultandır. Üzv ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə isə qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar. Bundan əvvəl zirvə toplantısı ötən il Türkiyədə baş tutub. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı 2021-ci ilədək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlandırılırdı. Belə ki, ötən ilin noyabrın 12-də İstanbulda keçirilən iclasda Şuranın adı dəyişdirilərək, Türk Dövlətləri Təşkilatı olub.
29-08-2022, 19:45
Toylar başlayır - Ət 15 manat olacaq


Toylar başlayır - Ət 15 manat olacaq

Bu ilin iyun ayında hökumət Azərbaycanda ətin qiymətinin ucuzlaşacağı anonsunu versə də, bunun tam əksi müşahidə edilir. Belə ki, bir neçə gün əvvəl ətin qiyməti 12 manata, hazırda isə 13 manata qədər bahalaşıb. Quzu ətinin qiyməti isə dəyişməyib - 15 manat. Bu barədə danışan satıcılar bahalaşmanı yem və otun qiymətinin qalxması ilə əlaqələndirirlər. Əslində qəssablar da bahalaşmadan narazıdılar. Onlar qiymət artımının əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir etdiyini bildirirlər. Bununla belə, ət satışı məntəqələri Məhərrəm və Səfər aylarından sonra ətin yenidən bahalaşacağını istisna etmirlər: “Hazırda toylar yoxdur, ətə tələbat da yoxdur. Amma sentyabrdan toylar başlayanda ətin 15 manata qədər bahalaşacağı gözlənilir. Qiymət artımı bizdən asılı olan məsələ deyil. Burada heç kəndli də günahkar deyil. Yem, ot bahadır. Kəndli də bir danaya çəkilən xərci çıxarmalıdır ki, qazancı olsun”. Xatırladaq ki, Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır. Avqustun 28-i Məhərrəm ayı başa çatıb, ayın 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq. Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.
29-08-2022, 19:43
Qarabağda itkin düşənlərin yaxınlarından bioloji nümunə götürülüb


Qarabağda itkin düşənlərin yaxınlarından bioloji nümunə götürülüb

1990-cı illərdə baş vermiş döyüş əməliyyatlarında itkin düşmüş şəxslərin 303 ailə üzvündən 700 biloji istinad nümunəsi toplanılıb. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 2022-ci ilin yanvar – iyun ayları ərzində həyata keçirdiyi fəaliyyətlərə dair hesbatında bildirilib. Qeyd edilib ki, bu nümunələr mümkün ekshumasiya zamanı identikifasiyaya dəstək üçün istifadə edilə bilər. Eyni zamanda, bildirilib ki, proses ərzində 47 ailə üzvünə psixo- sosioloji dəstək göstərilib.
29-08-2022, 19:42
Ukrayna bayrağı Azərbaycanın ən yüksək zirvəsində


Ukrayna bayrağı Azərbaycanın ən yüksək zirvəsində

“Ukrayna bayrağının sarı və mavi rəngləri Azərbaycanın ən yüksək zirvəsində dalğalandı!” Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk səhifəsində yazıb. “Ukraynanın Azərbaycandakı səfirinin köməkçisi Aleksandr Dorofeyev və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin nümayəndələri, eləcə də Ukraynanın dostları Azərbaycanın ən hündür nöqtəsi Bazardüzü dağına (4466 m) qalxıblar”, - deyə paylaşımda qeyd olunub.



29-08-2022, 19:37
Zədələnən cüdoçumuza medal verildi


Zədələnən cüdoçumuza medal verildi

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatında zədələnmiş Azərbaycan cüdoçusu Fidan Əlizadəyə gümüş medal təqdim olunub. Bu barədə Azərbaycan Cüdo Federasiyasının "Facebook" səhifəsində məlumat paylaşılıb. Ona gümüş medalı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli təqdim edib. Xatırladaq ki, 63 kq çəkidə yarışan cüdoçumuz Fidan Əlizadə yarımfinal görüşündə zədələndiyinə görə finalda qızıl medal uğrunda mübarizə apara bilməyib. Bu səbəbdən Fidan xəstəxanaya aparılmış, təltifetmə mərasiminə də qatıla bilməmişdi.

29-08-2022, 19:33
Azad olunan ərazilərdə daha 309 mina aşkarlandı


Azad olunan ərazilərdə daha 309 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb. ANAMA-dan verilən məlumata görə, avqustun 22-dən 27-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 240 piyada əleyhinə mina, 69 tank əleyhinə mina və 81 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 731 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

29-08-2022, 19:30
Qəzada ölən hərbçiyə şəhid statusu veriləcək


Qəzada ölən hərbçiyə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Goranboy rayonunda yol qəzasında həlak olan hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğluna şəhid statusu veriləcək. Butov.az xəbər verir ki, qanunvericiliyə əsasən, V.Ərəblinski şəhid statusu alacaq. Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. O, Zaqatala rayonu Aşağı Tala kəndində dəfn edilib. Faktla bağlı Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır.
29-08-2022, 19:28
XİN-in mətbuat katibi vəzifəsi ona həvalə olundu


XİN-in mətbuat katibi vəzifəsi ona həvalə olundu

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsində yeni təyinat olub. Butov.az-ın əldə etdiyi məlumata görə, XİN-in mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. XİN-in yeni sözçüsü bundan öncə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb. Qeyd edək ki, 2018-ci ildən XİN-nin mətbuat katibi olan Leyla Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.





29-08-2022, 19:17
Laçından sonra hədəf bu şəhərdi – Ali Baş Komandanın əmri gözlənilir


Laçından sonra hədəf bu şəhərdi – Ali Baş Komandanın əmri gözlənilir

“Laçın şəhər mərkəzinin, Zabux və Sus kəndlərinin tamamilə ermənilərdən təmizlənməsi və ordumuzun nəzarətinə keçməsi ilə işimiz hələ tam bitməyib. Bu böyük hadisədən sonra hədəf Xankəndi, Xocalı, Xocavənddir”. Bunu açıqlamasında Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov bildirib. Onun sözlərinə görə, Laçının tam azad olunmasından sonra Azərbaycan yeni hədəflərinə doğru irəliləyəcək: "Məqsədə çatmaq üçün cənab Prezidentin, müzəffər Ali Baş Komandanın növbəti tapşırıq və göstərişləri xalqımız və ordumuz tərəfindən səbirsizliklə gözlənilir". E.Məmmədov hesab edir ki, Azərbaycan bayrağı Laçınla yanaşı, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər ərazilərdə də dalğalanacaq. Sadəcə olaraq zamana ehtiyac var. “Azərbaycan ərazisində sonuncu separatçı, cinayatkar zərirsizləşdirilənə qədər biz əməliyyatları davam etdirəcəyik. Ərazimiz bu yaramaz, arzuolunmaz ünsürlərdən təmizlənəcək. Azərbaycan suveren, müstəqil dövlət kimi öz ərazilərini tamamilə separatçılardan təmizləyəcək. Hələlik müəyyən səbəblərdən 30 il ərzində öz ərazimizdə kök salmış separatçılar, cinayətkarlar mövcuddur. Adını çəkdiyimiz əraziləri erməni terrorçularından təmizləyəcəyik. Buna əmin ola bilərsiniz. Orada bir terrorçu da qalmayacaq. Həmin ərazilər yenidən Azərbaycanın tam nəzarətində olacaq. Sadəcə bu məqsədə çatmaq üçün müəyyən qədər zamana ehtiyacımız var. Cənab Prezident nəyi, nə zaman və necə edəcəyini yaxşı bilir. Biz 44 günlük Vətən müharibəsini qələbə ilə başa vurandan sonra bütün bu sözlər, deyilən fikirlər dəfələrlə öz təsdiqini tapıb. Bir sözlə, yaxın gələcəkdə Ali Baş Komandanımızın rəhbərliyi ilə digər hədəflərimizə də çatacağıq. Bizi qarşıda yeni qələbələr gözləyir”, - deyə parlament üzvü vurğulayıb. Xatırladaq ki, avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb. Laçının tamamilə azad olunmasından sonra Qarabağ separatçıları təşvişə düşüblər. Onlar Azərbaycan Ordusunun tezliklə Xankəndi, Xocalı və digər ərazilərdə də nəzarəti ələ alacağı günü qorxu ilə gözləyirlər.

29-08-2022, 19:14
Laçın minalardan təmizlənir


Laçın minalardan təmizlənir

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir. Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!