Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları dəyişdi .....                        Azərbaycanda kommunizmə xidmət edən partiya yoxdur .....                        Evlərdən elektrik naqili və velosiped oğurlayanlar saxlanıldı .....                        Əli Kərimlinin partiyası ləğv oluna bilər .....                        Sumqayıtda yataqxanada yanğın .....                        Maliyyə Nazirliyi ilə bağlı yeni qərar .....                        Bu müsəlman ölkəsində ölü sayı 604-ə çatdı .....                        31 nömrəli marşrut xəttinə yeni avtobuslar verildi .....                        Putin şərtlər daxilində müharibəni dayandırmağa hazırdır .....                       
25-07-2022, 20:24
Afiyəddin Cəlilovun oğlunun ölkədən çıxışına qadağa qoyuldu


Afiyəddin Cəlilovun oğlunun ölkədən çıxışına qadağa qoyuldu

Uzun müddət Azərbaycanda rəhbər vəzifələrdə çalışmış dövlət xadimi Afiyəddin Cəlilovun oğlu Nihad Cəlilovun ölkədən çıxışına qadağa qoyulub. Dövlətə olan vergi borcunu ödəmədiyi üçün onun barəsində müvafiq qərar çıxarılıb. Belə ki, Dövlət Vergi Xidmətinin qaldırdığı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb. Məlum olub ki, onun rəhbəri olduğu “Armada Distrubition” adlı şirkətin dövlətə 6 min manat vergi borcu var. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda iddia təmin olunub. Qeyd edək ki, Afiyəddin Cəlilov Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb. Onun oğlu Nihad Cəlilov bizneslə məşğuldur və bir neçə şirkəti var.
25-07-2022, 20:14
1 yaşlı körpə binadan yıxılıb öldü


1 yaşlı körpə binadan yıxılıb öldü

Sumqayıtda bədbəxt hadisə baş verib. Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Belə ki, yaşayış binalarından birinin ikinci mərtəbəsindən yıxılan 2021-ci il təvəllüdlü Yusif Şükürlü ağır xəsarət alıb. Körpə aldığı xəsarətlərdən keçinib. Faktla bağlı araşdırma aparılır.
25-07-2022, 19:59
İstiliklə bağlı yeni cərimələr gəlir


İstiliklə bağlı yeni cərimələr gəlir

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində və “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Yenilənmiş Məcəlləyə və qanuna əsasən, bundan sonra istilik sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa maneələr törədən istehlakçılar cərimə ediləcək. Cərimənin məbləği fiziki şəxslər üçün 20 manat, vəzifəli şəxslər üçün 50 manat, hüquqi şəxslər isə 100 manat olacaq. İndiyə qədər bu cərimə yalnız qaz və elektrik enerjisi sahələrində tətbiq edilirdi.
25-07-2022, 19:47
Yoluxma yenidən azaldı - Ölən yoxdur


Yoluxma yenidən azaldı - Ölən yoxdur

Azərbaycanda koronavirusa 102 yeni yoluxma qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Butov.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan vəfat edən olmayıb. Ölkədə indiyədək 796 576 nəfər koronavirusa yoluxub. Onlardan 784 908 nəfər müalicə olunaraq sağalıb, 9735 nəfər vəfat edib, aktiv xəstə sayı 1933 nəfərdir. Son sutka ərzində 1860, hazırkı dövrədək isə 7 025 998 test aparılıb.
25-07-2022, 19:39
Yeni icra başçısı kollektivə təqdim olundu


Yeni icra başçısı kollektivə təqdim olundu

Prezidentin sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Əkbər Bəxtiyar oğlu Abbasov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub. Butov.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib. O, dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb. Ə.Abbasov ona göstərilən etimada görə minnətdarlıq edib.

25-07-2022, 19:35
Niderlandda meymunçiçəyinə qarşı vaksinasiya başlayıb


Niderlandda meymunçiçəyinə qarşı vaksinasiya başlayıb

Niderlandda meymunçiçəyi virusu əleyhinə profilaktik vaksinasiya başlayıb. Butov.az-ın məlumatına görə, ilkin mərhələdə peyvəndlər əsasən virusun daha çox yayıldığı Amsterdam və Haaqa şəhərlərində vurulub. Bu mərhələdə 32 min nəfərin vaksinlənməsi nəzərdə tutulur. Birinci doza vaksindən dörd həftə sonra vurulacaq ikinci dozadan sonra insan tam peyvəndlənmiş hesab olunacaq.Qeyd edək ki, bu günədək Niderlandda meymunçiçəyinə 712 yoluxma qeydə alınıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!