Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                        Prezidentlə Birinci xanım Nəriman Həsənzadəni təbrik etdi .....                       
14-09-2022, 01:34
Nazirin məktubu Baş Assambleyanın sənədi kimi yayıldı


Nazirin məktubu Baş Assambleyanın sənədi kimi yayıldı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun cari ilin 23 avqust tarixində BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı Ermənistanın Azərbaycan ərazilərinin minalanması və davam edən digər qanunsuz hərbi faəliyətlərinə dair məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məktubda, Azərbaycanın Laçın rayonu ərazisində 2021-ci ildə Ermənistan Respublikasında istehsal olunmuş külli miqdarda piyada əleyhinə minaların aşkar edilməsi faktı diqqətə çatdırılır. Bu faktın Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bir daha kobud şəkildə pozulduğunu göstərdiyi vurğulanır. Ermənistanın sözügedən üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrini çıxarmadığı və hərbi fəaliyyətlərini dayandırmadığı məktubda qeyd olunub. Məktubda, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə əhalinin təhlükəsiz yaşayışı naminə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı bir dövrdə Ermənistanın qanunsuz hərbi fəaliyyətinin, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesinə, o cümlədən regionda sülh və təhlükəsizliyə ciddi zərbə vurduğu ifadə olunub. Üçtərəfli bəyanatın imzalanmasından keçən müddətdə 232 nəfərin mina partlayışının qurbanı olduğu barədə faktlar məktubda təqdim edilir.
14-09-2022, 01:31
50 hərbçimiz şəhid olub


50 hərbçimiz şəhid olub

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik. Şəhidlərimizin qanı yerdə qalmadı. Bildiririk ki, şəhid olmuş hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq", - nazirliyin yaydığı məlumatda qeyd olunub.
13-09-2022, 19:53
Hikmət Hacıyev və Ceyhun Bayramov brifinq keçirdi


Hikmət Hacıyev və Ceyhun Bayramov brifinq keçirdi

13 sentyabr 2022-ci il tarixində Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib. XİN-dən verilən xəbərə görə, brifinq zamanı, Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları nəticəsində yaranmış gərginlik və hərbi təcavüzün qarşısının alınması məqsədilə görülmüş təxirəsalınmaz və adekvat tədbirlər barədə iştirakçılara müfəssəl məlumat verilib. Azərbaycan tərəfindən cavab addımlarının məhdud xarakterli olduğu, legitim hərbi hədəflərə yönəldiyi və mülki əhalinin hədəf alınmadığı bildirilib. Şərti dövlət sərhədində baş vermiş bu təcavüz aktının son günlər ərzində Ermənistan tərəfindən törədilən hərbi və siyasi təxribatlar zəncirinin bir elementi olduğu qeyd edilib. Belə təxribatlar sırasında Azərbaycan, Ermənistan, Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının Ermənistan tərəfindən kobud şəkildə pozularaq erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmaması, Azərbaycanın ərazilərinin minalanması işinin davam etdirilməsi və şərti sərhədboyu bölgədə hərbiləşmənin artması, nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətməsi və sülh prosesinə qarşı destruktiv addımlar atması, sülh müqaviləsi üzrə konkret danışıqların başlanmasına dair Azərbaycan tərəfinin təkliflərinə qarşılıq verməməsi və s. pozuntular diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə - Zəngilan rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan tərəfinin marağında olmadığı vurğulanıb. Brifinqin yekununda iştirakçıların mövqeyi dinlənilib və verilən suallar cavablandırılıb.
13-09-2022, 19:52
Məsuliyyət Ermənistanın üzərinə düşür - Prezident


Məsuliyyət Ermənistanın üzərinə düşür - Prezident

Azərbaycan Ermənistanın təxribatlarına cavab tədbirləri həyata keçirib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edən zaman deyib. Dövlət başçısı baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
13-09-2022, 19:49
Ermənistan atəşkəsi pozdu - Rəsmi


Ermənistan atəşkəsi pozdu - Rəsmi

Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Qeyd edək ki, 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.
13-09-2022, 19:46
İlham Əliyev Səmərqənddə Putinlə görüşəcək


İlham Əliyev Səmərqənddə Putinlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, Putin sammit çərçivəsində Prezident İlham Əliyev ilə yanaşı, İran, Türkmənistan, Türkiyə, Qırğızıstan, Hindistan, Pakistan və Çin liderləri ilə də görüş keçirəcək. Sammit sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
13-09-2022, 19:44
Ermənilərin hərbi hissəsi şəxsi heyətlə birlikdə məhv edilib


Ermənilərin hərbi hissəsi şəxsi heyətlə birlikdə məhv edilib

Ermənistan Müdafiə Nazirliyinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən hərbi hissəsi gecə saatlarında Azərbaycan Ordusunun bölmələrinin dəqiq atəş zərbəsi nəticəsində məhv edilib.Bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. Bildirilib ki, aktiv döyüş fəaliyyəti yerinə yetirən hərbi hissənin vurulması nəticəsində ölən və yaralananlar var. Məlumata görə, əraziyə təcili tibbi yardım maşınları cəlb edilməyə başanılıb. Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən tərəfi ağır itkilər verib.

13-09-2022, 19:42
Sərhəddə ölən erməni hərbçilərin ailələri etiraza qalxdı


Sərhəddə ölən erməni hərbçilərin ailələri etiraza qalxdı

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir. Butov.az xəbər verir ki, Ermənistan ordusunun Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində ölən erməni hərbçilərin valideynləri etiraza qalxıblar. Onlar Ermənistan parlamentinin binası qarşısında toplaşaraq, övladlarının ölümünə görə hakimiyyətin günahkar olduğunu bildiriblər. Əraziyə cəlb olunan polis əməkdaşları aksiyanın qarşısını almağa çalışır. Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən tərəfi ağır itkilər verib.
13-09-2022, 19:34
Qərbin Azərbaycan qazına ehtiyacı var - Çavuşoğlu


Qərbin Azərbaycan qazına ehtiyacı var - Çavuşoğlu

“Rusiyadan qaz tədarükü kəsildikdən sonra Avropa əvvəlcə bizə, sonra Azərbaycana müraciət etdi. Bunun səbəbi nə idi?” Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Çünki Qərbin can Azərbaycanın qazına ehtiyacı var. Bu ölkələr bizə müraciət edir, biz də Azərbaycanla danışıqlara gedirik ki, təbii qaz ixracını, TANAP-ın perspektivdə potensialını artırsın. Amma indi Qərb nə edir? Paxıllıq Avropa İttifaqının gözünü kor edir”, - deyə XİN başçısı vurğulayıb.
13-09-2022, 19:33
Külək güclənəcək, leysan olacaq


Külək güclənəcək, leysan olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 14-ü gündüzdən 15-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında sentyabrın 14-dən 15-i səhərədək bəzi yerlərdə qısamüddətli yağış yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda isə yağışın leysan xarakteli olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!