Ötən gün yağan qar milli parklarda füsunkar mənzərə yaradıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "facebook" hesabında qar örtüyünə bürünən Altıağac və Şahdağ Milli Parklarından fotolar paylaşılıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən hərbi qulluqçularla hərbi vətənpərvərlik, liderlik və idarəetmənin əsasları mövzularında məşğələlər keçirilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, plana uyğun olaraq şəxsi heyətin mənəvi-psixoloji dayanıqlığı və hərbi intizamının möhkəmləndirilməsində komandir-rəis heyətinin üzərinə düşən vəzifələrdən, həmçinin xidmət zamanı informasiya təhlükəsizliyinin təmin olunması, beynəlxalq hüquq norma və prinsipləri barədə maarifləndirici söhbətlər aparılıb. Məşğələlərdə Azərbaycan Ordusunun döyüş qabiliyyətinə təsir edən mövzular ətrafında fikir mübadiləsi aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilib.
Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı
44 günlük Vətən Müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 44 tibb işçisi - 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.
Separatçılar Qarabağda qəzaya düşdülər - Ölən və yaralılar var
Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvləri içkili vəziyyətdə avtoqəza törədiblər. Butov.az xəbər verir ki, artıq miqdarda spirtli içki qəbul edən qanunsuz erməni silahlı dəstəsinin 3 üzvü avtoqəzaya düşüb. Ağır yol-nəqliyyat hadisəsi nəticəsində qanunsuz dəstənin bir üzvü hadisə yerində ölüb, digər “könüllü”lər isə ağır yaralanıb. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Xankəndidə tibb məntəqəsinə yerləşdirilən digər iki erməninin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Məlumat ört-basdır edilsə də, qəza və ölüm faktı ilə əlaqədar hərbi polis tərəfindən araşdırmaya başlanılıb.
Mənzildə 10 il əvvəl ölən yaşlı qadının meyiti tapılıb. Hadisə Gəncə şəhərinin Dədə Qorqud küçəsində yerləşən binaların birində qeydə alınıb. Məlum olub ki, Yelifolida Strelkovanın cəsədi 10 ildir binanın 2-ci mərtəbəsində bağlı mənzildə qalıb. Cəsədi qonşular tapıblar.
Mənzildə 10 il əvvəl ölən yaşlı qadının meyiti tapılıb. Hadisə Gəncə şəhərinin Dədə Qorqud küçəsində yerləşən binaların birində qeydə alınıb. Məlum olub ki, Yelifolida Strelkovanın cəsədi 10 ildir binanın 2-ci mərtəbəsində bağlı mənzildə qalıb. Cəsədi qonşular tapıblar.
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ" klubu "Kəpəz"i qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma Ağdam komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Qarabağ" liderliyini qoruyub. "Kəpəz" isə 8 xalla 8-ci sırada qalıb. “Qarabağ” – “Kəpəz” - 3:1 Qollar: Ramil Şeydayev, 16-pen. (1:0), Yusif Nəbiyev, 75 (1:1), Musa Qurbanlı, 76 (2:1), Ovusu Kvabena, 79 (3:1) Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Fərid Hacıyev
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı sosial şəbəkədə maraqlı paylaşım edib. Əməkdar jurnalist uzun müddətdi axtarışda olduğu milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapdığını bildirib. Onun sözlərinə görə, məzar baxımsız, hətta baş daşı qırılmış, sinə daşını əvəzləyən daşlar parçalanmış vəziyyətdə olub: “Məzarın illərlə baxımsız qaldığı aydın görünür. Nə yaxşı ki, məzarlıq məmurları, ətrafda calışan ustalar köməyimə çatdı. Rasim Yardımsevər adlı qardaşımızla birgə baş daşını bərpa edə bildik, kiçik bir təmir işi apardıq”. Tanınmış jurnalist bildirib ki, Həsən bəyin mətbu yolunu davam etdirən, ömrünü Azərbaycanın İstiqlalının bərpasına həsr edən Səfvət bəyin adı layiq olduğu qədər qiymətləndirilməlidir. Həmin paylaşımı təqdim edirik: “Tapdım. Bir necə ildir ki, axtarışda olduğum milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapdım. Səfvət bəy Məlik Zərdabi Həsən bəyin 3-cü övladıdır, Qəribsoltan xanımdan öncə doğulub. 1917-ci ilə qədər Riqa Politexnik Universitetində oxuyub, sonra təhsilini Almaniyada alıb, yüksək ixtisaslı mühəndis olub. Mühədis olmasına baxmayaraq, atasının yaradıcılığını davam etdirib. Səfvət Zərdabi 1952 -ci ildə Ankarada Azərbaycan Milliyyətcilər dərnəyinin qurucularından olub, Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mücahiddir. Azərbaycan mühacirət mətbuatının ən yaxşı nümunələrindən olan "Mücahid " dərgisinin naşiri, baş yazarı, " Türk izi " dərgisinin əsas yazarlarından olub, qələmi yerə qoymayıb. Azərbaycan həsrətilə yaşayıb. Məzarı bilinmirdi. Bir necə il öncə Səfvət bəylə bağlı geniş araşdırmamı "Həsən bəy Zərdabinin varisi" kitabımda umumiləşdirə bildim. Ölüm tarixini dəqiqləşdirə bilsəm də harada dəfn olunduğu bilinmirdi. Bəzi mülahizələrə görə, Səfvət bəyin ömrünün sonlarlna yaxın Almaniyaya köçdüyü ehtimal olunurdu. Məzar yerini İndi tapdım. Qəbri Ankaranın Karşıyaka məzarlığındadır. Həyat yoldaşı Nəzihə xanımın məzarı ilə qoşadır".
Azərbaycan millisi həndbol üzrə 2023-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, Portuqaliyanın Paredes şəhərində bu ölkənin yığma komandası ilə qarşılaşan millimiz rəqibinə 12:36 hesabı ilə məğlub olub. Beləliklə, iki oyunun nəticəsinə əsasən, Portuqaliya milli komandası növbəti mərhələyə vəsiqə qazanmaq üçün yaxşı imkan əldə ediblər.
Bayram günlərində Bakı metrosunda retro vaqonlar nümayiş olunur. Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, “A”,”Q”,”E” tipli vaqon eksponatlar Zəfər Günü və Bakı metrosunun yaranmasının 55 illik yubileyi münasibətilə metropolitenin əsas muzey eksponatlarından olan retro vaqonlar “İçərişəhər” stansiyasında nümayiş etdirilir. “A” tipli vaqon: Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olan bu vaqonlar 1934-cü ilin sonunda istehsal edilib. Həmin vaqonlarda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün 120 yer var. “Q” tipli vaqon: 1950-ci illərin istehsalı olan bu vaqonların sonuncusu postsovet məkanında 1983-cü ildə xətdən çıxarılıb. Lakin Bakı metropoliteni istismara verilərkən artıq istehsalı dayandırılmışdı və bu səbəbdən Bakıda sərnişindaşıma prosesinə cəlb olunmayıb. “E” tipli vaqon: 1959-cu ilin sonlarından istehsal olunmağa başlayan bu tipli vaqonlar keçmiş Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad (Sankt-Peterburq), Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. O zaman Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı. Stansiyada nümayiş olunan bu vaqonların sonuncusu 2011-ci ildə istismardan çıxarılsa da, metro sərnişinlərinin daha yaşlı nəsilləri üçün bu vaqonlar gənclik dövrlərinin xatirələrini canlandırır. Şəhərimizin qonaqları, metronun bütün sərnişinləri noyabrın 6-dan 9-dək dörd gün “İçərişəhər” stansiyasında bu vaqonlarla tanış ola, xatirə şəkilləri çəkdirə bilərlər.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!