“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyasının Alabino hərbi poliqonunda avqustun 24-də “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tankçılarımız yarımfinal mərhələsində Qazaxıstan, Çin və Vyetnam komandaları ilə mübarizə aparıblar. Mərhələnin nəticəsinə əsasən Çin, Qazaxıstan və Azərbaycan tankçıları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Dominikan Azərbaycana yeni səfir təyin edib. Diplomat bu gün etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədova təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Dominikanın iqamətgahı Ankara şəhərində olmaqla Azərbaycana təyin olunmuş səfiri Elvis Antonio Alam Loranı qəbul edib. Nazir müavini səfiri təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanla Dominikan arasında coğrafi məsafəyə baxmayaraq, bir çox sahələrdə, xüsusilə turizm, humanitar və təhsil sahələrində əlaqələrin genişləndirilməsi üçün potensialın mövcud olduğunu bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb. Səfir Dominikanın Azərbaycanla bütün müstəvilərdə əməkdaşlığının əhəmiyyətli olduğunu, xüsusilə iqtisadi əlaqələr olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Nazir müavini səfirə 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, post münaqişə dövründə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. Görüşün sonunda səfir bir daha iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində çalışacağını qeyd edib.
Aksiz dərəcəsi üzrə dəyişiklik avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinə təsir göstərməyəcək. Bu barədə Tarif (qiymət) Şurasının Katibliyindən məlumat verilib. Bildirilib ki, ümumiyyətlə qeyd olunan məhsullar üzrə qiymət dəyişikliyinin aparılması məsələsi müzakirə olunmur. Qeyd edək ki, Nazirlər Kabinetinin 2022-ci il 23 avqust tarixli 322 nömrəli “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarına əsasən, avtomobil benzininin aksiz dərəcəsi 42,0 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18,0 faizdən 18,3 faizə dəyişdirilib və qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minəcək.
Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib. Dövlət başçısı Orta Dəhlizin önəmindən danışıb. “Bu gün biz nəqliyyat-logistika sahələri haqqında ətraflı danışdıq və hökumətin üzvlərinə əlaqələri intensivləşdirmək barədə müvafiq tapşırıqlar verdik. Çünki ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq. Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Mən işğaldan azad edilmiş ərazilərdə gördüyümüz işlər barədə Kasım-Jomart Kemeleviçi məlumatlandırmışam”.
Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib. Dövlət başçısı Orta Dəhlizin önəmindən danışıb. “Bu gün biz nəqliyyat-logistika sahələri haqqında ətraflı danışdıq və hökumətin üzvlərinə əlaqələri intensivləşdirmək barədə müvafiq tapşırıqlar verdik. Çünki ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq. Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Mən işğaldan azad edilmiş ərazilərdə gördüyümüz işlər barədə Kasım-Jomart Kemeleviçi məlumatlandırmışam”.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 732 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb. İndiyədək ümumilikdə 809988 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 796632 nəfər müalicə olunaraq sağalıb, 9795 nəfər vəfat edib, aktiv xəstə sayı 3561 nəfərdir. Son sutka ərzində 4379, hazırkı dövrədək isə 7131537 test aparılıb.
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb. FHN-dən bildirilib ki, yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 50 hektar sahədə əsasən kol-kos və otluq ərazi yanıb. Relyefin mürəkkəbliyinə, havanın yüksək temperaturuna baxmayaraq, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində meşə zolağı yanğından mühafizə olunub. Yanğınla mübarizə tədbirlərində ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları və bir qrup kənd sakini iştirak edib.
Ermənistanın bəzi KİV-ləri Ermənistan, Azərbaycan və Rusiya liderlərinin növbəti üçtərəfli görüşünün avqustun 31-də Moskvada keçiriləcəyi ilə bağlı məlumatlar yayıb. İddia olunur ki, iclasda “Zəngəzur dəhlizi” məsələsi müzakirə olunacaq. Butov.az xəbər verir ki, hökumətin mətbuat xidmətindən “Sputnik Ermənistan”a bildirilib ki, hazırda Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşü barədə konkret məlumat yoxdur. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev bildirmişdi ki, Moskva avqustun sonuna kimi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının müxtəlif istiqamətləri üzrə yüksək səviyyəli üçtərəfli təmaslar təşkil etməyi planlaşdırır.
“Dəmir yumruq” heykəli Laçın şəhərinə gətirilib. Bu barədə oxu.az məlumat yayıb. Qeyd edək ki, “Dəmir yumruq” 44 günlük müharibənin birlik rəmzi sayılır. Həmin görüntüləri təqdim edirik:
Dünyanın ən güclü orduları – Siyahıda Azərbaycan da var
Dünyanın ən güclü ordularının yeni siyahısı açıqlanıb. Butov.az xəbər verir ki, “Global Firepower” internet platforması 2022-ci il üzrə ən yüksək hərbi gücə malik ölkələrin siyahısını hazırlayıb. Reytinq cərvəlində orduların texnoloji inkişafı, insan potensialı, hərəkətlilik qabiliyyəti və digər xüsusiyyətlər nəzərə alınıb. Məlumata görə, ABŞ siyahıda birincidir. Növbəti yerlərdə Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Fransa, Birləşmiş Krallıq, Pakistan və Braziliya orduları qərarlaşıb. Ən güclülər sırasında Türkiyə ordusu 13-cü, Azərbaycan ordusu isə 63-cü pillədə yer alıb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!