TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 4-10-2022, 20:44
Mətbuat Şurasının yeni strukturu formalaşdırıldı


Mətbuat Şurasının yeni strukturu formalaşdırıldı

Bu gün Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib. Butov.az xəbər verir ki, toplantını giriş sözü ilə MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Şuranın İdarə Heyətinin Azərbaycan jurnalistlərinin VIII qurultayında seçilmiş üzvlərinə təbriklərini çatdırıb, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb. R.Məcid MŞ-nin media-ictimaiyyət, media-hakimiyyət münasibətlərininn tənzimlənməsindəki rolundan söz açaraq bildirib ki, qurum uzun illər bu missiyasını sabiq sədr, hazırda “Xalq qəzeti”nin baş redaktoru kimi fəaliyyət göstərən İH üzvü Əflatun Amaşovun rəhbərliyi ilə uğurla reallaşdırıb. R.Məcid Şuranı yeni dövrün çağırışlarına uyğun daha dinamik fəaliyyət dövrünün gözlədiyini vurğulayıb, İdarə Heyətinin hər bir üzvünün ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.
Bundan sonra MŞ-nin strukturlarını formalaşdırılıb. İH-nin ictimaiyyət təmsilçilərindən olan üzvü Bakı Dövlət Universitetinin dekanı, professor Vüqar Zifəroğlu, jurnalistlərdən olan üzvü ATV prezidentinin müşaviri Səadət Məmmədova MŞ sədrinin müavinləri seçiliblər.

***

R.Məcid MŞ-nin icraçı katibi vəzifəsinə hazırda Şurada monitorinq qrupunun rəhbəri olaraq fəaliyyət göstərən Əvəz Rüstəmovun namizədliyini irəli sürüb. Təklif İH üzvləri tərəfindən məqbul qiymətləndirilib.

***

İclasda Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının 29 sentyabr 2022-ci il tarixli toplantısının qərarı təsdiqlənib. Qərara əsasən “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu NTK-nın sədri, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Nadir Azəri isə qurumun katibi olaraq müəyyənləşib.

***

Gündəlikdəki ikinci məsələ MŞ-nin komissiyalarının tərkibinin müəyyənləşdirilməsi olub. Əvvəlcə Şikayətlər üzrə Komissiyanın tərkibi təsdiqlənib. Sədr MŞ-nin sədr müavini Vüqar Zifəroğlu olmaqla İH üzvlərindən “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrətin, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlunun, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərlinin, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini Bəhruz Məmmədzadənin Komissiyada təmsilçilikləri təsdiqlənib. R.Məcid məlumat verib ki, Azərbaycan jurnalistlərinin VIII qurultayında MŞ-də yeni Etika Komissiyası yaradıldı. Bu qurumun başlıca missiyası ümumən informasiya məkanımızda etik prinsiplərin qorunması ilə bağlı tendensiyaları izləməkdən, mövcud istiqamətdə müzakirələrin təşkilindən ibarət olacaqdır. Komissiyanın fəaliyyətinə media müstəvisindəki neqativ təmayüllərə operativ reaksiya vermək də daxildir. İclasda İH üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmlinin Etika Komissiyasına sədrliyi üzərində dayanılıb. Sədr Qulu Məhərrəmli olmaqla İH üzvlərindən “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızının, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayevin qurumun tərkibində təmsil olunmaları məqbul qiymətləndirilib. MŞ-nin Beynəlxalq əlaqələr Komissiyasının tərkibinə gəldikdə isə, İdarə Heyətinin üzvü Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin komissiyaya sədrliyi məqbul qiymətləndirilib. Komissiyanın tərkibinə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlı, “Technote” Media Şirkətinin rəhbəri Fərid Pərdəşünas və Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva daxil ediliblər. MŞ sədri R.Məcid Şuranın Media ilə dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyasının da mühüm praktik əhəmiyyət daşıdığını vurğulayıb. O, komissiyanın tərkibində Baş Prokurorluğun, Daxili İşlər, Ədliyyə Nazirliklərinin, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının təmsil olunduqlarını diqqətə çatdırıb. Müzakirələrdən sonra İH üzvü, “Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlının komissiyaya sədrliyi təsdiqlənib.

***

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan olunmasına dair Sərəncamı ətrafında fikir mübadiləsi aparılıb. Bununla bağlı MŞ tərəfindən müvafiq tədbirlər planının hazırlanması təklif olunub.

***

İdarə Heyəti Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumunun mətnini də müzakirəyə çıxarıb. Bununla əlaqədar İH üzvü M.Ələsgərli təqdimat edib. O deyib ki, memorandum layihəsində media savadlılığının, jurnalistlərin peşəkarlığının artırılmasına dəstək göstərmək, jurnalistlərin informasiya almaq hüququnun gücləndirilməsi imkanlarını artırmaq məqsədilə müştərək layihələr hazırlayıb icra etmək, habelə mediada dərc olunan və ya yayımlanan informasiyalara dair hüquqi tələblərin, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tətbiqi imkanlarını yaxşılaşdırmaq üçün birgə maarifləndirci tədbirlər reallaşdırmaq və sair məsələlər əksini tapıb, digər təkliflər də nəzərdən keçiriləcəkdir.

***

Toplantıda həmçinin Azərbaycan Mətbuat Şurasının 2022-ci ilin oktyabr-dekabr ayları üzrə İş planı ilə bağlı müzakirələr aparılıb. Bu xüsusda media ekspertləri, fəal sosial şəbəkə istifadəçiləri, sosial şəbəkələrdəki populyar səhifə istifadəçiləri, internet platforma yayıcıları, jurnalist təşkilatlarının təmsilçiləri, MŞ-nin üzvü olmayan internet informasiya subyektləri ilə görüşlərin təşkili təklif olunub. Eyni zamanda 8 noyabr Zəfər Gününədək MŞ İdarə Heyətinin üzvlərinin qazilərlə, Vətən Müharibəsi iştirakçıları olan jurnalistlərlə, şəhid valideynləri ilə görüşlərinin reallaşdırılması məqsədəuyğun sayılıb. İclasda həmçinin MŞ-nin texnoloji imkanların jurnalist fəaliyyətinə təsir formaları, kiber təhlükəsizlik və peşə prinsipləri mövzusunda media təmsilçiləri üçün təlim təşkil etməsi ilə bağlı fikir mübadiləsi də aparılıb. Görüləcək bütün işlərlə əlaqədar konkret qrafik müəyyənləşdirilib, iş bölgüsü aparılıb, icraya məsul şəxslər müəyyənləşdirilib.

***

Cari məsələlərlə bağlı müzakirələrdə MŞ sədrinin müavini Səadət Məmmədova, İH üzvlərindən Umud Rəhimoğlu, Elçin Mirzəbəyli, Aqil Ələsgər, Yadigar Məmmədli, Ceyhun Musaoğlu və Azər Həsrət təkliflərini veriblər. Təkliflər Mətbuat Şurasının fəaliyyətinin səmərəliləşdirilməsi ilə bağlı olub. Mövcud istiqamətdə geniş fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!