Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 29-09-2022, 21:21
KTMT-nin baş katibi Paşinyanla müzakirə apardı


KTMT-nin baş katibi Paşinyanla müzakirə apardı

Sentyabrın 29-da KTMT-nin baş katibi Stanislav Zas təşkilatın Ermənistandakı missiyası çərçivəsində İrəvanda bu ölkənin baş naziri, KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri Nikol Paşinyanla görüşüb. Bu barədə KTMT-nin mətbuat xidmətinin məlumatında deyilir. Zas Paşinyana KTMT missiyasının işinin ilkin nəticələri barədə məlumat verib, tərəflər onun işini və regiondakı mövcud vəziyyəti ətraflı müzakirə ediblər. Baş katibin rəhbərlik etdiyi KTMT missiyası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il sentyabrın 13-də keçirilmiş fövqəladə iclasının qərarına əsasən Ermənistana göndərilib. Missiyanın tərkibinə Təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxil idi. KTMT missiyasına Ermənistan Respublikasının bəzi sərhədyanı rayonlarında vəziyyətin monitorinqi, öyrənilməsi və gələcək tədbirlər üçün təkliflərin hazırlanması tapşırılıb. Missiyanın işinin nəticələrinə əsasən, KTMT-yə üzv dövlətlərin başçılarına regiondakı vəziyyət və vəziyyətin normallaşdırılması ilə bağlı təkliflər barədə hesabat hazırlanır.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!