“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 16-08-2022, 22:14
MSK-nın yeni strukturu belədir


MSK-nın yeni strukturu belədir

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, əvvəlcə Komissiyanın 2022-ci il avqustun 4-də keçirilmiş iclasının protokolu təsdiqlənib. Sonra Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturunun və ştat vahidlərinin yenidən təsdiq olunması məsələsi müzakirə edilib. Bildirilib ki, Katibliyin fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə Komissiyanın 2022-ci il 4 avqust tarixli Qərarı ilə “Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”yə dəyişikliklər edildiyi üçün mövcud strukturun təkmilləşdirilərək yenidən təsdiq edilməsinə zərurət yaranıb. Qeyd olunanları əsas götürən Mərkəzi Seçki Komissiyası Katibliyin strukturunun və ştat vahidlərinin yenidən təsdiq edilməsinə qərar verib. Media tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb. Qeyd edək ki, iclasdan sonra MSK-nın yeni strukturu da məlum olub. Belə ki, qurumun ştat cədvəlindəki vahidlərin sayı 129-dur. MSK-nın strukturunu təqdim edirik:
Katibliyin müdiri
Katibliyin rəhbərinin müavini
Katibliyin müdirinin köməkçisi
Katibliyin Təşkilat şöbəsi
Katibliyin Hüquq şöbəsi
Katibliyin Beynəlxalq əlaqələr şöbəsi
Treninq sektoru
Katibliyin İnformasiya mərkəzi (şöbə statusunda)
İnformasiya sistemlərinin avtomatlaşdırılması sektoru
İnformasiya şəbəkəsinə nəzarət və koordinasiya sektoru
Texniki və sistem təminatı sektoru
Katibliyin Ümumi şöbəsi
Kargüzarlıq sektoru
İnsan resursları sektoru
Katibliyin Media və kommunikasiya şöbəsi
Katibliyin Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi
Seçkilərlə (referendumla) bağlı siyasi partiyalarla iş sektoru
Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru
Katibliyin Redaksiya və nəşr şöbəsi
Katibliyin Maliyyə şöbəsi
Katibliyin Təsərrüfat şöbəsi


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!