İsrail parlamentində İrana qarşı mümkün müharibə müzakirə olunur .....                        Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                       
6-09-2022, 19:43
Cocuq Mərcanlıda 3 nəfər tələbə adını qazandı


Cocuq Mərcanlıda 3 nəfər tələbə adını qazandı

Bu il tələbə adını qazanan abituriyentlər arasında Cocuq Mərcanlıdan olan məzunlar da var. Bu barədə Cocuq Mərcanlı kənd icra nümayəndəsi Atakişiyev Atakişi məlumat verib. Kənd rəsmisi deyib ki, bu il orta məktəbi bitirən 3 məzun tələbə olub: "Aslanova Xətayə Xanlar qızı Bakı Dövlət Universitetinin Regionşünaslıq ixtisasına qəbul olub. Cəbrayılova Xanım Elçin qızı Bakı Slavyan Universitetində Rus dili müəllimliyi üzrə təhsili alacaq. Xuduyeva Aytən Zaur qızı isə Azərbaycan Texnologiya Universitetində Turizm işinin təşkili ixtisasına qəbul olunub”. Xatırladaq ki, 2019-2020-ci tədris ilində ilk dəfə 3 məzun tələbə adını qazanmışdı. Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunmuş, 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu "Horadiz əməliyyatı" nəticəsində azad edilmişdi. 2016-cı ilin aprelində həyata keçirilən uğurlu döyüşlər zamanı kəndin yaxınlığındakı Lələ təpə yüksəkliyi erməni işğalından azad edildiyindən Cocuq Mərcanlıya təhlükə aradan qalxıb. Bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün kənddə əsaslı yenidənqurma işlərinə start verilib. 2017-ci ildə kəndə əhalinin köçürülməsinə başlanılıb.
6-09-2022, 19:38
İsrail mətbuatı Laçından yazdı


İsrail mətbuatı Laçından yazdı

İsrailin geniş oxucu kütləsinə malik ən nüfuzlu qəzetlərindən olan “Israelhayom”da Laçın şəhərinin Ermənistan işğalından azad edilməsinin İsrail dövləti üçün əhəmiyyəti barədə məqalə dərc olunub. Butov.az-ın məlumatına görə, tanınmış israilli politoloq və jurnalist Reyçel Avrahamın müəllifi olduğu və müxtəlif beynəlxalq ekspertlərin fikirlərinin də yer aldı məqalədə bildirilir ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata əsasən Laçın şəhərini tərk edən ermənilərin bu ərazidə törətdiyi ekosid ətraf mühit və ümumilikdə Qafqaz bölgəsində sülh üçün ciddi fəsadlar vəd edir. Məqalədə təəssüf hissi ilə qeyd olunub ki, İkinci Qarabağ Müharibəsindən sonra analoji qaydada hərəkət edən ermənilərdən bu destruktivlik gözlənilən idi. Belə ki, təxliyə üçün ayrılan vaxtdan əşyaları yandırmaq üçün istifadə edən ermənilər hətta arılara da acımayıblar. Müəllif ermənilər tərəfindən eyni hərəkətlərin bolşevik inqilabından sonra Şərqi Anadoluda da edildiyinə diqqət çəkərək, tərk etməyə məcbur olduğunu məhv etməyin erməni mədəniyyətində dərin kök saldığını vurğulayıb. Qeyd olunub ki, İsrail bir çox məsələlərdə, o cümlədən Qarabağın yenidən qurulması və kənd təsərrüfatının dirçəlişində Azərbaycanın müttəfiqi və tərəfdaşıdır. Laçın rayonunda ekologiyanın və kənd təsərrüfatı torpaqlarının geniş şəkildə məhv edilməsi yenidənqurma prosesinə və beləliklə, İsrailin Azərbaycanla kənd təsərrüfatı əlaqələrindən faydalanmaq imkanlarına mənfi təsir göstərə bilər. Belə ki, iki ölkə arasındfa əldə olunmuş razılaşmaya əsasən, İsrail Qarabağda kənd təsərrüfatının yenidən qurulmasına kömək edəcək və bunun müqabilində Azərbaycan buğda tədarükünü təhlükə altına alan Ukrayna müharibəsindən sonra İsrailin ərzaq təhlükəsizliyinin təmin edilməsində yardımçı olacaq. Ermənistanın Laçın rayonunda törətdiyi ekosid isə bu razılaşmaının həyata keçirilməsinə ciddi maneədir. Eyni zamanda müəllif hesab edir ki, sözügedən ərazidə ətraf mühitin məhv edilməsi İsrailin Azərbaycanla kənd təsərrüfatı əlaqələrinə əngəl törətsə də, son nəticədə Laçının Azərbaycana təhvil verilməsi İsrailin regiondakı geostrateji mövqeyini mütləq gücləndirəcək, çünki güclü Azərbaycan İsrail üçün böyük əhəmiyyət kəsb edir.

//www.israelhayom.com/2022/08/31/the-significance-of-armenias-withdrawal-from-lachin-for-israel/

6-09-2022, 19:28
Şimal-qərb bölgəsindəki yanğınlar tam söndürülüb


Şimal-qərb bölgəsindəki yanğınlar tam söndürülüb

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ölkənin şimal-qərb bölgəsində baş vermiş meşə yanğınları tam söndürülüb. Nazirlikdən bildirilib ki, yanğın nəticəsində, ilkin hesablamaya əsasən, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətində təxminən 35 hektar sahədə, Qəbələ rayonunun Tikanlı kəndi istiqamətində 30 hektar sahədə, Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində 12 hektar sahədə, Oğuz rayonunun Muxas və Calut kəndləri istiqamətində isə 210 hektar sahədə meşə ərazisi yanıb. Sıx meşəlik ərazilər yanğından mühafizə edilib. Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərində ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli kənd sakinləri iştirak edib.

6-09-2022, 19:08
Prezident Şərqi Zəngəzurla bağlı Fərman imzaladı


Prezident Şərqi Zəngəzurla bağlı Fərman imzaladı

Prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli Fərmanda dəyişiklik edib. Butov.az-ın məlumatına görə, ölkə başçısının bununla bağlı imzaladığı fərmanda deyilir: Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bənddə “Zəngilan rayonuna” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”nin 1.1-ci bəndində “Zəngilan rayonuna” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına” sözləri ilə əvəz edilsin.
5-09-2022, 22:01
Xətaidə yanğın başlayıb


Xətaidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın olması barədə məlumat daxil olub. Butov.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
5-09-2022, 21:57
Son sutkada vurulan vaksin sayı açıqlandı


Son sutkada vurulan vaksin sayı açıqlandı

Azərbaycanda son gündə koronavirus əleyhinə 5 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, bir gündə birinci və ikinci mərhələ üzrə vaksinasiya həyata keçirilməyib. üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 nəfərdir. Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 865 343 təşkil edir.

5-09-2022, 21:56
Yoluxanların sayı azaldı - Ölən yoxdur


Yoluxanların sayı azaldı - Ölən yoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 815 595 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 395 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 375 aktiv xəstə var. Bu günə qədər 9 825 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 001, bu günə qədər isə ümumilikdə 7 172 037 test icra olunub.

5-09-2022, 19:55
Ermənistanın mina xəritələri qeyri-peşəkar tərtib olunub


Ermənistanın mina xəritələri qeyri-peşəkar tərtib olunub

“Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir və çox qeyri-peşəkar tərtib olunub”. Bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib. "İstənilən halda məlumatlar minatəmizləyənlərə ötürülür: “İstənilən yeni sahədə minatəmizləmə əməliyyatlarına başlayan zaman bütün məlumatlar araşdırılır. Əlimizdə olan məlumatlardan da istifadə olunur”,- ANAMA sədri deyib.
5-09-2022, 19:53
“Qarabağ” azarkeşlərə biletlə bağlı müraciət etdi


“Qarabağ” azarkeşlərə biletlə bağlı müraciət etdi

“Qarabağ” Avropa Liqası qrup mərhələsinin ilk oyununda komandanı stadionda dəstəkləmək istəyən azarkeşlərə müraciət edib. Butov.az xəbər verir ki, “Frayburq” (Almaniya) - “Qarabağ” matçını izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyənlər oyun günü "Wolfswinkel" stadionunda (Europa-Park Stadion) azarkeşlər üçün ayrılmış E-4 sektorunun giriş qapısından saat 19:00-dan 21:00-dək bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur. Ödəniş yalnız nağd şəkildə qəbul ediləcək. Qeyd edək ki, "Frayburq" - "Qarabağ" oyunu sentyabrın 8-də 21:00-da (Bakı vaxtı ilə 23:00) keçiriləcək.
5-09-2022, 19:40
Rusiya hərbi texnikalarını Bakıda nümayiş etdirəcək


Rusiya hərbi texnikalarını Bakıda nümayiş etdirəcək

“Rostex” dövlət korporasiyasına daxil olan “Rosoboroneksport” Səhmdar Cəmiyyəti sentyabrın 6-8-də Bakıda keçiriləcək “ADEX-2022” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Rusiyanın birləşmiş ekspozisiyasını təşkil edir. Bu barədə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirib. “Rosoboroneksport” – “ADEX” sərgisinin ənənəvi iştirakçısıdır. Biz Bakıda uzunmüddətli qonşuluq münasibətlərinin birləşdirdiyi Xəzəryanı regionu ölkələri üçün Rusiyanın aparıcı müəssisələrinin müdafiə sənayesi məhsullarını nümayiş etdiririk. 2022-ci ildə Rusiya ekspozisiyasını silahlı qüvvələrin və qoşunların bütün növləri, xüsusi və polis bölmələri üçün 500-ə yaxın nümunə təqdim edəcək, mülki məhsulların geniş çeşidini sərgiləyəcəyik. “Rosoboroneksport” tərəfindən irəli çəkilən atıcı silahlara, terrorizm əleyhinə sistemlərə və kibertəhlükəsizlik üzrə layihələrə böyük diqqət ayrılacağını gözləyirik”, - deyə qurumun rəhbəri vurğulayıb. Onun sözlərinə görə, “Rosoboroneksport” sərgidə müasir texnika nümunələrini nümayiş etdirəcək. “ADEX-2022”də ümumilikdə Rusiya ekspozisiyasında 20-dən artıq sənaye müəssisəsi iştirak edir, onlardan 6-sı məhsullarını öz stendlərində təqdim edəcək. “ADEX-2022”də Rusiya nümayəndə heyətinin nüfuzlu tərkibi və ekspozisiya “Rosoboroneksport”a öz tərəfdaşları ilə region üçün hər cür aktual cari və perspektiv layihələri, eləcə də dünya bazarının yeni şərtləri çərçivəsində qarşılıqlı fəaliyyət formatlarını müzakirə etməyə imkan verəcək. Biz sənaye tərəfdaşlığı çərçivəsində təkliflərimiz, birgə layihələrin işlənib hazırlanması, silah-sursat və hərbi texnikanın istehsalı, daha əvvəl tədarük olunan məhsulun modernləşdirilməsi, personalın təlimi imkanları barədə söhbət açacağıq” , - Aleksandr Mixeyev daha deyib. Qeyd edilib ki, Rusiyada hərbi və ikili təyinatlı məhsulların, xidmətlərin və texnologiyaların bütün spektrinin ixrac/idxalı ilə məşğul olan yeganə dövlət təşkilatı olan “Rosoboroneksport” Səhmdar Cəmiyyəti “Rostex” dövlət korporasiyasına daxildir. Dünya silah-sursat bazarının liderlərindən biri sayılan “Rosoboroneksport”un payına Rusiyanın silah və hərbi texnikası ixracatının 85 faizdən çoxu düşür. “Rostex” dövlət konserni Rusiyanın ən iri sənaye şirkətidir. 2022-ci ildə özünün 15 illiyini qeyd edən şirkət ölkənin 60 regionunda 700-ə yaxın elmi və istehsal təşkilatlarını birləşdirir, fəaliyyətinin əsas istiqamətləri təyyarəqayırma, radioelektronika, tibbi texnologiya, innovasiyalı materiallar və digərləridir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!