16-08-2022, 14:47
Sabahın havası - 42 dərəcə isti olacaqAzərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz isə 34-39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz isə 37-39° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35% olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29° isti, Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30° isti olacaq. Rayonlarda isə hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə arabir şərq küləyi güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacaq.
16-08-2022, 14:41
Eyvazlı istiqamətində hərəkət var - DSX-dan açıqlamaAzad edilən ərazilərdə artıq 3 buraxılış məntəqəsi fəaliyyətə başlayıb. Onlardan biri Füzuli Beynəlxalq Hava Limanıdır. Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib. DSX rəsmisi bildirib ki, Eyvazlı istiqamətindəki buraxılış məntəqəmizdə hərəkət var: “Ermənistan tərəfi alternativ yollardan istifadə etməklə müəyyən hərəkət edirlər. Ancaq onlar hər kəsi alternativ yollardan istifadə etməyə məcbur edə bilmirlər”.
16-08-2022, 14:36
5 sərhəd pozucusu zərərsizləşdirilib, 2 nəfər yaralanıbSahil Mühafizəsində Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı 8 halda 12 nəfər dənizdə batma təhlükəsindən xilas edilib. Bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov mətbuat konfransında deyib. DSX rəsmisi qeyd edib ki, sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanıb, 5 halda 5 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.
16-08-2022, 14:33
Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulundaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
16-08-2022, 06:43
Rusiya açıqladı: S-400-lərin... Yeni S-400 Triumf hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə çatdırılması ilə bağlı danışıqlar davam edir. Bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.
Nazir vurğulayıb ki, Türkiyə ilə hərbi-texniki əməkdaşlıq da daxil olmaqla, bir çox sahələrdə olan ikitərəfli əməkdaşlıq fəal şəkildə inkişaf edir
16-08-2022, 06:34
Yunan qırıcıları Livan təyyarəsini ələ keçirib Yunanıstan qırıcıları Livana məxsus Airbus A321 sərnişin təyyarəsini ələ keçirib. “İntelSkay” portalı xəbər verir ki, göyərtəsində 145 sərnişin olan təyyarə qaçırılması şübhəsi səbəbindən saxlanılıb. Hadisə 10 avqustda baş versə də, yalnız bu avqustun 15-də mediaya açıqlanıb.
“Livan pilotu, “Middle East Eyrlayns” şirkətinin rəhbərinin oğlu Afina ilə rabitə əlaqəsi zamanı düzgün tezlikdən istifadə etməyib. O, cavab vermədikdə isə “Reneqat” siqnalı işə düşüb”, - deyə bildirilib.
Qeyd edək ki, “Reneqat kodu” siqnalı əsasən NATO-da təyyarə qaçırılan, yaxud hava gəmisinə bomba qoyulan zaman istifadə edilir.
15-08-2022, 18:13
Çində dünyanı qorxuya salan yeni virus yayılırÇinin iki əyalətində təhlükəli Lanqa virusu aşkarlanıb. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada virusun Henan və Şandun bölgələrində 35 nəfərdə aşkar edildiyi bildirilib. İddialarda virusun heyvandan insana keçdiyi deyilir. Zhu Feng adlı çinli həkim bu faktı təsdiqləyib. Yeni virus haqqında danışan mütəxəssis xəstəliyin siçan kimi canlılar tərəfindən insanlara keçdiyini açıqlayıb. O, bəzi xəstələrdə simptomların ağır olduğunu söyləyib: "Bütün xəstələr yüksək hərarət şikayəti ilə xəstəxanaya gəlib. Əksəriyyətində öskürək və halsızlıq var, lakin bəzilərində pnevmoniya və trombosit sayının azalması kimi ciddi simptomlar müşahidə edirik". Həkimin sözlərinə görə, virusun niyə heyvandan insana keçdiyi bilinmir. Araşdırmalar davam edir. Tədqiqat zamanı 262 kəpənəkdən 71-də Lanqa virusuna rast gəlinib. Məlumata görə, siçanlarla yanaşı, virus it, kəpənək və keçilərdə də aşkar edilib. Xəstələrdə ilk günlər yüngül simptomlar müşahidə olunur. Xəstəliyin əsas əlamətləri zəiflik, öskürək, iştahsızlıq, yüksək hərarət, ürəkbulanma və əzələ ağrısıdır.
15-08-2022, 18:06
Tanınmış soydaşımız Avropa çempionu olubXaricdə yaşayan soydaşlarımız idman sahəsində yeni uğurlar qazanmağa davam edir.
Butov.az xəbər verir ki, bu dəfə Böyük Britaniyada yaşayan Azərbaycan əsilli Cesika Qədirova idman gimnastikası üzrə Avropa Çempionatında fəxri kürsünün ən yüksək pilləsini fəth etməklə azarkeşlərini və xalqımızı sevindirib. Almaniyanın Münhen şəhərində 11–14 avqust 2022-ci il tarixində keçirilən çempionatda 17 yaşlı soydaşımız xalça üzərində hərəkətlərdə idman gimnastikası üzrə Avropa çempionu olub. İkinci və üçüncü yerləri İtaliya gimnastları Martina Macio və Anjela Andreolli tutub. Qeyd edək ki, Cesikanın əkiz bacısı Cenifer Qədirova da gimnastdır. Onlar müxtəlif beynəlxalq yarışların qalibi və mükafatçısı olublar. Tokio Yay Olimpiya Oyunlarında isə komanda şəklində üçüncü yeri tutaraq, son 93 ildə ilk dəfə bu idman növü üzrə Olimpiya medalını Böyük Britaniyaya qazandırıblar. Bacıların valideynləri 2001-ci ildə Azərbaycandan Böyük Britaniyaya köçüblər. Əkizlər 2004-cü il 3 oktyabr tarixində İrlandiyanın Dublin şəhərində anadan olublar. İngiltərə və İrlandiya vətəndaşı olan Qədirova bacıları altı yaşlarından etibarən gimnastika ilə məşğul olurlar. Diasporla İş üzrə Dövlət Komitəsi Avropanın yeni çempionunu və valideynlərini səmimi qəlbdən təbrik edir, gələcək yarışlarda davamlı uğurlar qazanmağı arzulayır.
