Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                        İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi .....                        Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı .....                        Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ .....                        Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA .....                        Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan .....                        Savaş və bölgəmizin taleyi .....                       
28-08-2022, 06:58
"Traxtur" klubu hakimlərdən şikayət verib

"Traxtur" klubu hakimlərdən şikayət verib

Təbrizin “Traxtur” klubu avqustun 26-da Xuzistanın "Fulad" komandası arasında keçirilmiş oyunun hakimlərindən şikayət verib.
Bu barədə klubun icraçı direktoru Əyyub Behtac mediaya verdiyi açıqlamada bildirib.
Əyyub Behtac oyunda hakimin yanlış qərarlarından topladıqları sənədlərlə birgə etiraz məktubunu İran Futbol Federasiyasına göndərəcəklərini deyib.
İranın birinci futbol liqasının üçüncü həftəsinin oyunları çərçivəsində avqustun 26-da yerli vaxtla axşam saat 21:00-da Əhvazda baş tutan qarşılaşmada “Traxtur” Xuzistanın "Fulad" klubuna 3:2 hesabı ilə məğlub olub.
Bu oyunda Xuzistan komandasının iki qolu penaltidən vurulub.

Timur
28-08-2022, 02:31
Ballıqaya qətliamından 30 il ötür


Ballıqaya qətliamından 30 il ötür

Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən Ballıqaya qətliamından 30 il keçir. Butov.az xəbər verir ki, 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar. Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. Doqquz nəfər ağır yaralanıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi. Ballıqaya faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub. Bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar - azyaşlı uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində saxlanılır. Qeyd edək ki, Azərbaycan Ordusu ötən ilin payızında 44 günlük müharibə zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, düşmənin xalqımıza qarşı törətdiyi bütün qətliamların qisasını alıb.
28-08-2022, 02:27
“Qarabağ” 4 cavabsız qolla qalib gəldi


“Qarabağ” 4 cavabsız qolla qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib. Butov.az xəbər verir ki, günün ikinci matçında son çempion "Qarabağ" "Şamaxı"nı qəbul edib. "Azersun Arena"da keçirilən qarşılaşma "köhlən atlar"ın 4:0 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 35-ci dəqiqədə Kvabena Ovusu, 55-ci dəqiqədə Kvabena Ovusu, 64 və 72-ci dəqiqələrdə Ramil Şeydayev vurub. Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 9-da çatdırıb. Ağdam təmsilçisi hələlik "Qəbələ", "Sabah" və "Neftçi" ilə eyni xala malikdir. Bir xalı olan "Şamaxı" isə 9-cu sırada qalıb.


28-08-2022, 02:10
Son sutkanın vaksin statistikası


Son sutkanın vaksin statistikası

Azərbaycanda son sutkada 1416 nəfər peyvənd olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci doza vaksinlərin sayı 298, ikinci doza vaksinlərin sayı 215 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 774-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 129 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 855 924-ə çatıb.

28-08-2022, 02:08
Yoluxma nisbətən azaldı, ölüm sayı artdı


Yoluxma nisbətən azaldı, ölüm sayı artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 428 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada koronavirusdan 9 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 811 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 143 nəfər müalicə olunaraq sağalıb, hazırda 611 aktiv xəstə var. Bu günə qədər 9805 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3215, bu günə qədər isə ümumilikdə 7 142 025 test icra olunub.



28-08-2022, 02:03
İndiyədək 49 min hektar ərazi minalardan təmizlənib


İndiyədək 49 min hektar ərazi minalardan təmizlənib

İndiyədək ümumilikdə 49 min 395,3 hektar ərazi minalardan təmizlənib, minalar və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Dövlət Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib. Onun sözlərinə görə, minaların partlaması nəticəsində 240 nəfər həlak olub və ya yaralanıb. S.Poladov işğal zamanı dağıdılmış ərazilərin minalarla çirkləndiyini və bu yerlərin təhlükəli ərazilər sayıldığını qeyd edib. O, həmçinin bildirib ki, Ermənistan tərəfindən minalarla bağlı hər hansı xəritə təqdim edilməyib. Qeyd olunub ki, minatəmizləmə işləri prioritet olaraq əsas nəqliyyat yollarında, mühüm infrastruktur binalarında, əsas rayon və kəndlərdə aparılır.
28-08-2022, 02:01
Oğuz meşəsində yanğın olub


Oğuz meşəsində yanğın olub

Oğuzda meşə ərazisində yanğın olub. Butov.az-ın verdiyi xəbərə görə, Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 1 hektar sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən meşə zolağının qalan hissəsi mühafizə olunub, yanğın söndürülüb.
28-08-2022, 01:59
İran Zəngəzur dəhlizinin əleyhinə deyil


İran Zəngəzur dəhlizinin əleyhinə deyil

İran Azərbaycanla transport əlaqələrini daha da genişləndirməyə davam edir. Bunu Şuşaya səfəri çərçivəsində Trend-in sualını cavablandıran İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib. "Buna misal olaraq, yeni çəkilən dəmir yollarını göstərə bilərik. İran Zəngəzur dəhlizinin əleyhinə deyil və İranın qardaş Azərbaycanla əsas koridoru mövcuddur. Bu əsas dəhliz Azərbaycan və Naxçıvanı artıq 30 ildir ki, bir-birinə bağlayır. Azərbaycan və Naxçıvan arasında bütün əlaqələr İran torpaqları vasitəsilə baş tuturdu. Biz indiyə qədər olan dəhlizi əsas hesab edirik. Təbii ki, alternativ dəhlizlər də olmalıdır. Yeni dəhlizin Azərbaycan və Ermənistanı birləşdirmək məsələsinə gəlincə, bu, hər iki ölkədən aslıdır və beynəlxalq məsələdir. Bizim ölkəmizin prinsipi odur ki, bir ölkə digər bir ölkənin, o cümlədən, qonşularının milli maraqlarına təsir göstərə bilməz”, - deyə diplomat bildirib. Regionda əməkdaşlıq məsələsindən bəhs edən səfir qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan 3+3 platforması regionda olan əməkdaşlığa töhfə verəcək. “Bu platformanın ilk iclası keçən il Moskvada baş tutdu. Bu il isə Tehranda keçiriləcək. Bu format çərçivəsində biz regionda olan problemləri dialoq yolu ilə həll edə bilərik. Biz regionda normallaşma, həmçinin, Qarabağın yenidən qurulması, mina təmizlənməsi istiqamətlərində irəliləyiş görürük”, - deyə o əlavə edib.
28-08-2022, 01:56
Laçında 30 il sonra azan səsləndirildi


Laçında 30 il sonra azan səsləndirildi

Azərbaycanın Laçın şəhərində azan oxunub. Butov.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, 30 il sonra ilk dəfə şəhərdə azan səsləri eşidilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ötən gün Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.


28-08-2022, 01:49
İlham Əliyev tapşırıq verdi - Pakistana yardım göndəriləcək


İlham Əliyev tapşırıq verdi - Pakistana yardım göndəriləcək

Azərbaycan Pakistana yardım göndərəcək. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən bu ölkələyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!