2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
15-07-2025, 16:34
Kənd və qəsəbə bələdiyyələri birləşdirilir - Nələr dəyişəcək?


Kənd və qəsəbə bələdiyyələri birləşdirilir - Nələr dəyişəcək?

Azərbaycanda bələdiyyələrin idarəetmə strukturlarında dəyişiklik aparılır. Mövcud islahatlar çərçivəsində bir neçə bələdiyyənin birləşdirilməsi və yeni vahid idarəetmə modelinə keçid nəzərdə tutulur. Bu yanaşma idarəetmədə səmərəliliyin artırılması, maliyyə və insan resurslarının optimallaşdırılması məqsədi daşıyır. Yeni mexanizm bələdiyyə strukturunun sadələşdirilməsini və rəqəmsal xidmətlərin tətbiqini də əhatə edir.
Mövzu ilə bağlı Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov bildirib ki, birləşdirilən bələdiyyələrin hər birində ayrı-ayrı icra aparatlarının maliyyə şöbəsi, kargüzarlıq və digər struktur bölmələrin ləğv olunması nəzərdə tutulur. Onun sözlərinə görə, həmin bələdiyyələrin əvəzində vahid bələdiyyə üçün ümumi icra aparatı yaradılacaq:
“Yeni strukturda yalnız bir sədr, bir katib, bir mühasib və digər əsas vəzifələr nəzərdə tutulacaq. Əvvəllər, məsələn, 5 kəndin hər birində ayrıca bələdiyyə mövcud idisə, indi onlar vahid idarəetmə altında birləşdiriləcək”.
O həmçinin qeyd edib ki, bu proses çərçivəsində ştat cədvəllərində də ixtisarlar aparılacaq və struktur sadələşdiriləcək:
“Burada əsas məqsəd inzibati xərclərin azaldılması və resursların daha rasional şəkildə yönəldilməsidir. Edilən dəyişikliklər yalnız birləşən bələdiyyələrə şamil edilir və yeni struktur şəffaflıq, məsuliyyət bölgüsü, eləcə də maliyyələşmə mexanizmləri baxımından yeniliklər vəd edir”.
Sədr əlavə edib ki, yeni idarəetmə sistemində bələdiyyə üzvlərinin sayı da dəyişə bilər ki, bu da təmsilçiliyin daha balanslı şəkildə qorunmasını təmin etməyə xidmət edir. İdarəetmə mərkəzləşdirilmiş şəkildə, geniş əraziləri əhatə etməklə həyata keçiriləcək:
“İqtisadi və maliyyə idarəetməsi baxımından isə bələdiyyələrin büdcə resursları birləşdiriləcək, ümumi büdcə formalaşdırılacaq. Vergi və yerli rüsumlar mərkəzləşdiriləcək, vəsaitlərin xərclənməsi isə infrastruktur və sosial layihələrin maliyyələşdirilməsi istiqamətində prioritet əsasında həyata keçiriləcək”.
Birləşdirilən kənd və qəsəbələrin idarəetməsi də artıq həmin vahid bələdiyyələrin mərkəzində cəmləşəcək:
“Yeni idarəetmə modelində vətəndaşların ehtiyacının çevik şəkildə ödənilməsi məqsədilə qəbul günləri, səyyar iclaslar, ən əsası rəqəmsal xidmətlər və onlayn müraciət mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Əsas hədəf şəffaf, səmərəli və vətəndaşlara yaxın idarəetmə mexanizmi qurmaqdır. Qeyd etmək vacibdir ki, bu istiqamətdə elektron məlumat bazaları yaradılıb, açıq büdcə müzakirələri və ictimai dinləmələr də təşviq olunur. Nəticədə inzibati xərclər azalır, maliyyə imkanları birləşir və güclənir, idarəetmə isə şəffaf və effektiv çərçivə alır”.
O həmçinin vurğulayıb ki, bələdiyyələr hüquqi çərçivədə fəaliyyət göstərir və bu islahatlar onların idarəetmə mexanizmini digər bələdiyyələrlə eyniləşdirir. H.Məmmədovun fikrincə, hər bir bələdiyyə müvafiq inzibati ərazinin təmsilçisidir və həmin ərazilərin xarakterinə uyğun olaraq müxtəlif abadlıq və quruculuq layihələri həyata keçirilir:
“İlkin mərhələdə bəzi çətinliklər olsa da, nəticə etibarilə idarəetmə mexanizmi sadələşir və vətəndaşlara xidmət daha səmərəli formada təqdim olunur. Bələdiyyələr 6 aydan bir seçiciləri qarşısında hesabat verir, ilin sonunda isə maliyyə hesabatları təqdim olunur. Bu hesabatlar həm lövhələrdə nümayiş etdirilir, həm də elektron platformalarda əlçatan olur. Vətəndaşlar öz şəxsi kabinetləri vasitəsilə həm suallarını ünvanlaya, həm də ödənişlərini həyata keçirə bilirlər”.
15-07-2025, 16:10
Hava yenidən dəyişəcək - Leysan yağacaq, sel keçəcək


Hava yenidən dəyişəcək - Leysan yağacaq, sel keçəcək

Azərbaycanda iyulun 16-19-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yağan yağışlar nəticəsində bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.
15-07-2025, 15:07
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi


Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi

Vətəndaşların şəxsi məlumatları əsasında kütləvi maliyyə dələduzluğu, ayrı-ayrı şəxslərin bank hesablarına saxta sorğular verməklə pul vəsaitlərini talayan şəxs əməliyyat-texniki tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 34 yaşlı Qulamov Eldəniz Şayiq oğlu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edilməklə oğurluq əməllərində şübhəli bilinir.
Müəyyən olunub ki, E.Qulamov digər şəxslərlə birgə qabaqcadan əlbir olaraq müxtəlif sosial şəbəkə platformaları və messencer proqramları vasitəsilə vətəndaşların şəxsiyyət vəsiqələrini, pasportlarını və bank kartlarını əldə etməklə bir sıra cinayətkar əməllər törədib.
Cinayətkar fəaliyyətləri bununla məhdudlaşmayan şəxslər həmin sənədləri, bank kartlarının surətlərini kiber bunkerlərə transformasiyanı təşkil ediblər.
Əsasən “Facebook”, “Instagram”, “WhatsApp” üzərindən danışıqlar aparan cinayətkar qrup özlərini bank-maliyyə, lombard, humanitar yardım və dövlət təşkilatlarının nümayəndəsi kimi təqdim etməklə fəaliyyət göstəriblər.
O da müəyyən olunub ki, Azərbaycanda fəaliyyət göstərən bankların vəzifəli şəxslərinin fotolarını saxta profillərə yerləşdirməklə özlərini bank əməkdaşı kimi təqdim edib, vətəndaşların üz görüntülərinin videoqeydiyyatı aparılıb.
Bu və digər üsullarla vətəndaşlara vurulan zərər 300 min manatdan artıqdır.
15-07-2025, 14:26
Hadruta da köç olacaq - RƏSMİ


Hadruta da köç olacaq - RƏSMİ

Xocavənd rayonunun kəndlərinin bərpası üzrə işlər davam edir.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Qeyd olunub ki, Hadrut qəsəbəsi və Tuğ kəndində kommunikasiya sistemlərinin çəkilməsi prosesi gedir.
Xüsusi nümayəndənin sözlərinə görə, Xocavənd rayonun digər kəndlərində ilin sonuna qədər 1552 evin təmir olunaraq təhvil verilməsi planlaşdırılıb.
15-07-2025, 14:18
İyulda Xıdırlıya 188 ailə köçürüləcək


İyulda Xıdırlıya 188 ailə köçürüləcək

Ağdamın Xıdırlı kəndinə bu ay ərzində 188 ailənin köçü təmin ediləcək.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Onun sözlərinə görə, növbəti iki ay ərzində isə müvafiq olaraq 195 və 390 ailə kəndə köçürüləcək.
Qeyd olunub ki, Böyük qayıdış birinci Dövlət Proqramı çərçivəsində Ağdam rayonunun 5 kəndindən 3-də köç təmin olunur.
Paralel olaraq, Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində tikinti işlərinə bu ay start veriləcək: “2026-cı ilin sonun qədər bu kəndlərdə də bərpa işləri yekunlaşacaq və əhalinin köçürülməsi təmin ediləcək”.
15-07-2025, 13:39
Sabah 40 dərəcə isti olacaq


Sabah 40 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə +22 dərəcədən +26 dərəcəyədək, gündüz +34 dərəcədən +39 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +22 dərəcədən +27 dərəcəyədək, gündüz +36 dərəcədən +40 dərəcəyədək, dağlarda gecə +11 dərəcədən +16 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək olacaq.
15-07-2025, 13:23
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bir sıra sənədlər təsdiqləndi


Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bir sıra sənədlər təsdiqləndi

Azərbaycan və Səudiyyə Ərəbistanı bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq edəcək.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanunu imzalayıb.
Qanuna əsasən, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
Eyni zamanda, Prezident İlham Əliyev 2025-ci il aprelin 28-də Ər-Riyad şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nu təsdiq edib.
14-07-2025, 22:27
Azərbaycan millisinin futbolçusu “Fənərbağça”da


Azərbaycan millisinin futbolçusu “Fənərbağça”da

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Peritan Bozdağın yeni klubu bəlli olub.
26 yaşlı oyunçu "Fənərbağça"ya keçib. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Peritan Bozdağ son olaraq "Fatih Vatan"da çıxış edib.
14-07-2025, 20:45
Motosikletlə avtoxuliqanlıq etdi, həbs olundu


Motosikletlə avtoxuliqanlıq etdi, həbs olundu

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.
DİN-dən verilən xəbərə görə, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Baba İsmayılov saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə B.İsmayılovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.
14-07-2025, 19:51
Azərbaycanda yeni nazir müavini təyin edildi


Azərbaycanda yeni nazir müavini təyin edildi

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 2025-ci il 11 iyul tarixdə imzaladığı Sərəncama əsasən, polkovnik Ələsgərov Ələsgər Əli oğlu Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilib.
Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli polkovnik Ələsgər Ələsgərovu Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin kollektivinə təqdim edib.
Qeyd edək ki, Ələsgərov Ələsgər yeni vəzifəyə təyin olunmazdan öncə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!