Yollarda görünüş 300 metrədək məhdudlaşacaq .....                        İranın yeni hədəfi - İsrailin elektrik stansiyaları .....                        Hakan Fidan Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək .....                        F-15-in polkovnik pilotu xilas edildi - Tramp .....                        Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - Hərəkət məhdudlaşdırıldı .....                        Qusarda sel aparan şəxsin meyiti tapıldı .....                        Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                       
5-11-2025, 18:00
Bu gün Super Ay hadisəsi müşahidə olunur


Bu gün Super Ay hadisəsi müşahidə olunur

Bu gün Super Ay hadisəsi müşahidə olunur.
Hadisə noyabrın 5-i saat 17:10-da başlayıb və noyabrın 6-ı saat 08:10-da başa çatacaq.
Ayın Yerə ən çox yaxınlaşması isə noyabrın 5-dən 6-a keçən gecə saat 02:30 baş verəcək.
Eyni zamanda Super Ay hadisəsi zamanı Ay adi tam Aydan təxminən 8 faiz böyük və 16 faiz parlaq olacaq.
Ayın Yerdən məsafəsi 356 min 832 km təşkil edir.
Məlumat üçün bildirək ki, Super Ay hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə Ay Yerə yaxınlaşdıqca, onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə daha çox təsir edir. Bu, adi haldan 3–5 cm-ə qədər daha yüksək su səviyyəsinə səbəb ola bilər.
Xatırladaq ki, Ayın Yerə maksimal yaxınlaşması (perigey) 1912-ci il yanvarın 4-də baş verib və bu zaman məsafə 356 min 375 km olub. Sonrakı illərdə ən çox yaxınlaşma 1948-ci il yanvarın 26-da 356 min 508 km, 2016-cı noyabrın 14-də 356 min 509 km, 2018-ci il yanvarın 1-də 356 min 565 km olub. Növbəti maksimal yaxınlaşma ilə (356 min 447 km) Super Ay hadisəsi 2034 -cü il noyabrın 25-də baş verəcək.
5-11-2025, 17:52
“Qarabağ” “Çelsi”yə uduzdu


“Qarabağ” “Çelsi”yə uduzdu

UEFA Gənclər Liqasının əsas mərhələsində “Qarabağ”ın U-19 komandası növbəti matçını keçirib.
Ağdam təmsilçisi “Çelsi”li həmyaşıdları ilə qarşılaşıb.
Matç rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
5-11-2025, 17:46
Azərbaycanlı tələbə Türkiyədə həbs edildi


Azərbaycanlı tələbə Türkiyədə həbs edildi

Türkiyədə təhsil alan azərbaycanlı tələbə həbs olunub.
Bu barədə həbs edilən tələbə Amin Əliyevin atası Elşən Əliyev açıqlama verib.
O, oğlunun günahsız həbs olunduğunu iddia edib:
"Oğlum Amin Elşən oğlu Əliyev Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universitetinin İqtisad fakültəsinin 4-cü kurs tələbəsidir. Amin internet üzərindən pul dəyişmək istəyərkən dələduzların toruna düşüb. Türkiyədə belə bir sistem var. Tələbələr həmin sistem üzərindən pul dəyişirlər. Amin də həmin sistem üzərindən təhsil haqqı üçün göndərdiyimiz pulu dəyişmək istəyib. Həmin vaxt bu sistemi işlədən əcnəbi vətəndaş Pakizə adlı xanıma həmin sistem vasitəsilə dələduzluq edib, 650 min türk lirəsini mənimsəyib. Dövriyyə zamanı da Amin pul dəyişərkən həmin sistemin mobil tətbiqinə pul göndərib.
Pakizənin şikayətindən sonra sistemi işlədən həmin əcnəbi Türkiyədən qaçıb. Şikayət əsasında Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar və Amin saxlanılıb. Amin hazırda Antalyanın Döşəməaltı "L" Tipli Cəza evində saxlanılır. Oğlumun heç bir cinayət niyyəti olmayıb. O, sadəcə dələduzların qurbanı olub.
Amin, həmçinin Türkiyədəki Azərbaycanlılar Dərnəyinin fəal üzvüdür. O, Xocalı soyqırımı, 20 Yanvar faciəsi və Vətən müharibəsi ilə bağlı bir sıra tədbirlərin təşkili və keçirilməsində könüllü şəkildə iştirak edib. Oğlumun bu fəaliyyəti onun həm Vətəninə, həm də cəmiyyətə bağlılığını göstərir. Hazırda o, noyabr ayında keçiriləcək imtahanlara hazırlaşmalı idi. Onun uzunmüddətli həbsdə saxlanılması təhsil həyatının və gələcəyinin məhv olması ilə nəticələnə bilər".
E.Əliyev bildirib ki, məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət edib. Lakin hələ ki, heç bir nəticə yoxdur:
"Pakizə istintaqa ifadə verib və Amini tanımadığını, ondan heç bir şikayəti olmadığını bildirib. Amma buna baxmayaraq, hüquq-mühafizə orqanları Amini sərbəst buraxmır".
E.Əliyev qeyd edib ki, oğlu oktyabrın 10-da saxlanılıb və hazırda cəza evində saxlanılır.
5-11-2025, 17:32
Ov qaydalarını pozan əcnəbilər saxlanıldı


Ov qaydalarını pozan əcnəbilər saxlanıldı

Hacıqabul və Qobustan rayonlarının həmsərhəd çöllük ərazisində ov qaydalarını pozan əcnəbilər saxlanılıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Suriya və Qətər vətəndaşları olduğu müəyyən edilib. Saxlanılan şəxslərin 90-CM-510 dövlət qeydiyyat nişanlı "Toyota" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş bir Şahin quşu, üç göyərçin və dörd cələ aşkar olunub.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq hər birinə 2 min manat məbləğində cərimə tətbiq edilib. Götürülmüş quşlar Şirvan Milli Parkının ərazisinə buraxılıb.
5-11-2025, 17:07
Spiker Braziliyaya getdi - COP30-da iştirak edəcək


Spiker Braziliyaya getdi - COP30-da iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) iştirak etmək üçün Braziliya Federativ Respublikasının Belem şəhərinə işgüzar səfər edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Braziliya Hərbi Hava Qüvvələrinin Belem hava limanında Milli Məclisin sədrini Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində nümayəndə heyətimiz COP30 tədbirlərində iştirak edəcək, sessiyada müzakirə olunan məsələlərə münasibət bildirəcək.
5-11-2025, 15:23
Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA


Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”.
Bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov "gununsesi.info"ya Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair mediada yayılan iddialara münasibət bildirərkən söyləyib.
Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin yüz milyonlarlıa ölçülən sərvətləri haqqında məlumatlar yayılmaqdadır.
Bu məlumatların birində də sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi FHN şefinin adı çəkilir.
5-11-2025, 14:26
Nazirlik pensiya artımı barədə MƏLUMAT YAYDI


Nazirlik pensiya artımı barədə MƏLUMAT YAYDI

Qanunvericilik əsasında hər il bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, əvvəlki ilin orta aylıq əməkhaqqı artımı ilə bağlı rəsmi statistik göstərici əsasında indeksləşdirilərək artırılır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Açıqlamada qeyd olunur ki, proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.
5-11-2025, 13:51
Avtobuslarda da bank kartları ilə ödəniş edə biləcəyik


Avtobuslarda da bank kartları ilə ödəniş edə biləcəyik

Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, həmçinin Apple Pay və Google Pay vasitəsilə ödəyə bilirlər. Ötən gündən başlayaq yenilik bütün stansiyalarda işə düşüb.
Bu sistemin əsas üstünlüyü rahatlıq və vaxt qənaətidir. Turniketlərdə ödəniş bir toxunuşla həyata keçirildiyindən növbələr azalacaq, keçid prosesi sürətlənəcək. Eyni zamanda, sərnişinlər üçün balans izləmək, terminal axtarmaq kimi əlavə addımlar aradan qalxır. Yeni sistem həm də təhlükəsizlik baxımından daha müasirdir, ödənişlər bankların qoruma mexanizmləri vasitəsilə aparılır, kart məlumatları isə sistemdə saxlanılmır.
Hazırda ictimaiyyətin diqqətində olan suallardan biri bu sistemin avtobuslarda da tətbiq ediləcəyi məsələsidir.
Nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, NFC ödəniş sisteminin tətbiqi metronun hərəkət qrafikinə və sərnişin axınının istiqamətlənməsinə də təsir göstərə bilər.
“Məsələn, yüklənmə səbəbindən gecikmələr yarandıqda, stansiyalarda və platformalarda sıxlıq müşahidə olunur ki, bu da öz növbəsində mənfi tendensiyalara səbəb ola bilir”.
Ekspertin sözlərinə görə, digər tərəfdən, ölkəmizdə ödəniş sistemlərinin təkmilləşdirilməsi və daha innovativ texnologiyaların tətbiqi sevindirici haldır.
“Ən önəmlisi isə odur ki, bu prosesdə bankların özlərinin də şəxsi kommersiya maraqları mövcuddur. Həmin maraqlar onlara əlavə stimul verərək bu istiqamətdə daha fəal olmağa sövq edir”.
Maraqlıdır, sözügedən mexanizmin avtobuslarda nə vaxt tətbiq olunacaq?
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yaxın gələcəkdə bu sistem Bakıda da avtobuslarda tətbiq ediləcək:
“Artıq Gəncədə ictimai nəqliyyatın avtobus seqmentində bank kartları və NFC vasitəsilə ödəniş etmək mümkündür. İctimai nəqliyyatda sərnişinlərin hərəkətini daha rahat və əlçatan edən, nəqliyyatı daha cəlbedici hala gətirən bu cür yeni texnologiyaların tətbiqi təqdirəlayiqdir”,- o qeyd edib.
5-11-2025, 13:44
Balakəndə kafedə xuliqanlıq - Bir nəfər saxlanıldı


Balakəndə kafedə xuliqanlıq - Bir nəfər saxlanıldı

Balakən rayonunda yerləşən kafelərin birində xuliqanlıq hadisəsi qeydə alınıb. Polisə müraciət edən zərərçəkmiş aralarında yaranmış mübahisə zamanı tanışı Vasif adlı şəxsin bakalı onun başına vuraraq xəsarət yetirdiyini bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 40 yaşlı Vasif Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
5-11-2025, 12:41
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında noyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, 5-dən 6-na keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 17-22, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!