Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
7-07-2025, 17:36
Çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olundu


Çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olundu

Bakının Xəzər rayonunda keçirilən tədbir zamanı Buzovna qəsəbəsində çimərlik ərazisində bir nəfər tərəfindən tikinti işləri aparılması aşkar olunub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, özbaşına tikinti işləri apardığına görə həmin şəxs barəsində inzibati tədbir görülüb.
7-07-2025, 17:15
Putinin nümayəndəsi Bakıya gəldi


Putinin nümayəndəsi Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının iclasında iştirak etmək üçün Bakıya gəlib.
Bu barədə TASS-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Qeyri-rəsmi məlumatlara görə, Aleksandr Kurenkov Bakıda Rusiya-Azərbaycan münasibətlərindəki gərginliklə bağlı da müzakirələr aparacaq.
Bəzi Teleqram kanallarının məlumatına görə, Aleksandr Kurenkov Bakıya prezident Vladimir Putinin şəxsi mesajını çatdıra və digər məsələlərlə yanaşı, saxlanılan Rusiya vətəndaşların məsələsinə də toxuna bilər.
7-07-2025, 17:10
Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri ilə görüşdü


Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

İyulun 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.
Görüşdə vurğulanıb ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub. Spiker Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin növbəti təzahürü olduğunu bildirib.
Milli Məclisin sədri qonaqların Prezident İlham Əliyevlə görüşünə toxunaraq, qeyd edib ki, dövlət başçımız ölkələrimiz arasındakı münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir.





7-07-2025, 16:25
Şərqi Zəngəzura rəis və rəis müavini təyin olunub


Şərqi Zəngəzura rəis və rəis müavini təyin olunub

7 iyul 2025-ci il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə yeni təyin edilən rəis və rəis müavini kollektivə təqdim edilib.
SİMDNX-nın inzibati binasında baş tutan tədbirdə Xidmətin rəisi Rafiq Aslanovun müvafiq əmrləri səsləndirilib. Əmrlərə əsasən, 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə Ayaz Nəcəfov rəis, Babək Məmmədov isə rəis müavini olaraq təyin olunub.
Tədbirdə çıxış edən SİMDNX-nın rəis müavini Tural Abbasov Şərqi Zəngəzur Regional Bölməsinin yaradılmasının strateji əhəmiyyətindən danışaraq, qurumun vəzifə, səlahiyyət və hüquqları barədə iştirakçılara geniş məlumat verib.
Qeyd edib ki, uzun illər işğal altında qalmış, lakin bu gün Azərbaycanın suverenliyi və əzmi ilə yenidən dirçələn ərazilərdə həyata keçirilən hər bir layihə dövlətimizin gələcəyə verdiyi önəmin göstəricisidir.
O, həmçinin vurğulayıb ki, regional bölmənin yaradılması nəzarət və idarəetmə mexanizmlərinin yerli səviyyədə daha səmərəli həyata keçirilməsinə imkan verəcək. Bu isə bütövlükdə Xidmətin fəaliyyət effektivliyini artıracaqdır.
Müvafiq struktur bölmələrin rəhbərləri də çıxış edərək yeni təyinat münasibətilə qurumun fəaliyyətində uğurlar arzulayıblar.
7-07-2025, 15:40
Sərhəddə sığorta müqaviləsinin rəsmiləşdirilməsi asanlaşdı


Sərhəddə sığorta müqaviləsinin rəsmiləşdirilməsi asanlaşdı

İcbari Sığorta Bürosu xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üçün sərhəd sığorta müqavilələrinin rəsmiləşdirilməsini asanlaşdırmaq üçün yeni www.tpl.az onlayn platformasını istifadəyə verib.
Yeni sistemin yaradılmasında məqsəd sərhəd-keçid məntəqələrində yerində sığortalama ilə bağlı yaranan gecikmələrin və sıxlığın qarşısını almaq, eləcə də xidməti daha əlçatan və operativ şəkildə təqdim etməkdir.
Yeni sistem istifadəçilərə sərhəd sığorta müqaviləsini ölkəyə daxil olmazdan əvvəl onlayn şəkildə əldə etməyə imkan yaradır. Bunun üçün istifadəçi platforma üzərindən zəruri məlumatları daxil edir, sığorta şirkətləri arasından seçim edir və elektron qaydada ödənişi həyata keçirir.
Platformanın əsas üstünlükləri:

• Sürətli və rahat onlayn rəsmiləşdirmə imkanı;

• İstifadəçinin rahatlığına uyğunlaşdırılmış funksionallıq

• Sığorta şirkətləri arasında seçim imkanı;

• Müqavilənin real vaxt rejimində yoxlanılması.

Yeni platformanın fəaliyyəti ilə bağlı xarici vətəndaşların maarifləndirilməsi istiqamətində işlərə başlanılıb.
Platforma Azərbaycan qanunvericiliyinə uyğun olaraq hazırlanıb və ölkənin rəqəmsal transformasiya siyasətinə töhfə verməklə xidmət keyfiyyətinin yüksəldilməsinə yönəlib.
7-07-2025, 15:04
Abşeron kanalında meyit tapıldı


Abşeron kanalında meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "112" qaynar telefon xəttinə Abşeron magistral kanalının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən keçən hissəsində suyun üzərində aşkarlanan bir nəfər kişi meyitinin götürülməsi ilə bağlı müraciət daxil olub.
Müraciətlə əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
7-07-2025, 14:20
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı

Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb.
Birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münhendə yaşadığı evdə ölü tapılıb.
Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov Apa-ya açıqlamasında deyib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gəlib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi çalışıb.
O, iyulun 5-də işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib, qapını döysələr də, açan olmayıb, mənzilə pəncərədən daxil olublar və döşəmənin üzərində Kənan Səfərovun meyitini aşkarlayıblar.
Meyitin üzərində hər hansı zorakılıq əlaməti olmayıb.
Onun qida zəhərlənməsindən və ya digər başqa səbəbdən ölümü araşdırılır.
Hüquq-mühafizə orqanlarına məlumat verilib, cənazənin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
7-07-2025, 14:13
Prezident bu instituta yeni rektor təyin etdi


Prezident bu instituta yeni rektor təyin etdi

Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna yeni rektor təyin edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.
7-07-2025, 13:57
İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir - Kərgicahan sakini


İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir - Kərgicahan sakini

İyulun 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs - Kərkicahan qəsəbəsinin sakini Dərgah Haqverdiyev 1987-ci ildən etibarən Xankəndi şəhərində yaşayan erməniəsilli şəxslər tərəfindən azərbaycanlı əhaliyə qarşı milli ayrı-seçkilik zəminində təzyiqlər başlandığını bildirib.
O, Robert Koçaryanın (Ermənistanın keçmiş prezidenti – red.) bu proseslərdə fəal olduğunu vurğulayıb.
D.Haqverdiyev 1988-ci ilin fevral ayından sonra ermənilərin azərbaycanlıları aşkar şəkildə qovmağa başladığını, həmin ilin sentyabr ayında Xankəndi şəhərində yaşayan azərbaycanlıların fərdi yaşayış evlərinin yandırıldığını bildirib. Həmin vaxt Xankəndi şəhərinin mərkəzi meydanında ermənilər tərəfindən keçirilən mitinqdən sonra silahlı ermənilər Kərkicahan qəsəbəsinə hücum edib, bir neçə evi yandırıblar.
Zərərçəkmiş bildirib ki, 1991-ci ildən başlayaraq Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayda xidmət edən erməniəsilli hərbçilərin iştirakı ilə, həmin alayın silahlarından, texnikalarından istifadə etməklə qəsəbə atəşə tutulub. Dekabrın 28-də isə kəndə hücuma keçən ermənilər Kərkicahanı işğal edib. Həmin vaxt azərbaycanlılara məxsus bütün evlər yandırılıb.
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər, deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır. Hücum edəndə isə qışqırıb deyirdilər ki, azərbaycanlılar rədd olub getməlidir, bura Ermənistan ərazisidir”, - deyə zərərçəkmiş şəxs bildirib.
O, əlavə edib ki, işğal zamanı əhali çox çətinliklə meşə yolu ilə kənddən çıxaraq Şuşa şəhərinə gedib. İşğala kimi Kərkicahan qəsəbəsində əhalinin sayı 1796 nəfər olub. Kərkicahan qəsəbəsində işğaldan əvvəl azərbaycanlılara məxsus 350 fərdi yaşayış evi, orta məktəb binası və s. olub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
7-07-2025, 13:16
"Sumqayıt"a yeni baş məşqçi təyin olundu


"Sumqayıt"a yeni baş məşqçi təyin olundu

"Sumqayıt" futbol komandası yeni baş məşqçisi Saşa İliçin təyinatını açıqlayıb.
Bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Saşa İliç son olaraq Rusiyada "Pari NN" komandasında işləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!