Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
25-10-2025, 09:55
Bu gündən Azərbaycanda heyvan bazarları - SƏBƏB


Bu gündən Azərbaycanda heyvan bazarları - SƏBƏB

Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarları müvəqqəti bağlanır.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu, region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır.
Qərara əsasən, bu gündən heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılacaq. Tədbirlər başa çatdıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq.
Bu prosesdə yerli icra hakimiyyətləri və polis orqanları da nəzarəti təmin edəcəklər.
Qeyd edək ki, bir müddətdir ölkənin müxtəlif bölgələrində mal-qara arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur.
24-10-2025, 23:21
Bərdə rayonunda tədbir keçirilib


"Mili-mənəvi dəyərlərin

aşılanmasında məktəb

və ailənin rolu" - Bərdə rayonunda

tədbir keçirilib


“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mili-mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu" adlı layihəsi çərçivəsində sonuncu, dördüncü tədbirini Bərdə Şəhər 5 saylı tam orta məktəbdə keçirib.
Öncə Azərbaycan dövlət himninin səslənib və ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

QHT sədri Könül Quliyeva tədbir iştirakçılarına layihə mövzusuyla bağlı məlumat verib.
O, qeyd edib ki, milli ideologiya, milli tarix, milli mədəniyyət, milli ədəbiyyat, mili özünüdərk, milli əxlaq, bir sözlə, milli olan bütün mənəvi sərvətlər milli dəyərlərdir. Hər bir xalqın milli dəyərləri onun milli mənəviyyat göstəricisidir. Bu mənəviyyatın qaynaqlandığı mənbə isə milli tarix və onun gerçəklikləri, milli adət və ənənələrdir: "Aydındır ki, hər bir azərbaycanlının xüsusi önəm verdiyi həyat həqiqətlərindən biri də ailədir. Azərbaycanlı psixologiyasında ailə faktoru digər xalqlarla müqayisədə daha dərin və uzunömürlüdür. Bizim üçün ailə müqəddəsdir; o, gücü, birliyi, iradəni təmsil edir. Təsadüfi deyil ki, bu və ya digər millətin təşəkkül tarixini, psixologiyasını, onun yaşam qayəsini öyrənmək üçün tədqiqatçılar ilk növbədə həmin millətin milli dəyər və adətlərini araşdırırlar. Odur ki, layihəmizin də məqsədi milli dəyərlərimizin təhlili zamanı məhz bu keyfiyyətlərlərimizin hər zaman özünü təsdiqləməsi üçün milli dəyərlərimizi ruhlandırmaq və milli kimliyimizə sahib çıxmaqdır".

Daha sonra Bərdə Şəhər 5 saylı tam orta məktəbin direktoru Teymur Həmidov, Bərdə Şəhər İcra hakimiyyətin nümayəndəsi Səbuhi Qasımov layihə mövzusuyla bağlı tədbir iştirakçıları ilə fikirlərini bölüşüblər.
Milli Mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova isə “Sağlam ailə-məktəb münasibətləri sağlam həyat tərzinin mühüm amili kimi” mövzusunda çıxış edib.Natiqlər milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində ailə və məktəbin qarşılıqlı əməkdaşlığının rolunun vacibliyini vurğulayıblar. Tədbirdə iştirak edən valideynlər və məktəblilər də çıxış edib, fikirlərini bildiriblər.

Sonda çoxsaylı suallar cavablandırılıb, fikir və tövsiyələr verilib.
24-10-2025, 19:05
Anar Əsədli həbs edildi


Anar Əsədli həbs edildi

Azərbaycan Yüksəliş Partiyasının (red.-ləğv edilib) sədri Anar Əsədli həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar çıxarıb.
Məlumatı onun vəkili Hikmət Əliyev "qafqazinfo"ya təsdiq edib.
Onun hansı əmələ görə həbs edildiyi hələlik məlum deyil.
24-10-2025, 18:46
Mirzə Cəlilin Tbilisidəki barelyefində “Azərbaycan” sözü silindi


Mirzə Cəlilin Tbilisidəki barelyefində “Azərbaycan” sözü silindi

Tbilisinin Besiki küçəsi 24 ünvanında yerləşən Azərbaycanın görkəmli ədibi Cəlil Məmmədquluzadənin ev-muzeyinin yerləşdiyi binanın fasadındakı xatirə lövhəsi vandalizm hərəkətinə məruz qalıb.
Barelyefdəki kiril qrafikasında olan "Azərbaycanın" yazısının üzəri ağ markerlə cızılıb və yazı oxunmaz hala gətirilib.
Ev-muzeyinə ictimai nəzarət həyata keçirən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov fakt barəsində məlumatlı olmadığını deyib.
Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, məsələ nəzarətə götürülüb və barelyefdəki yazıya yetirilmiş zərərin aradan qaldırılması təmin olunacaq.
Qeyd edək ki, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi 1998-ci ilin oktyabrında açılıb. Son illərdə yerləşdiyi bina qəzalı olduğundan muzey fəaliyyət göstərmir. Ötən il Azərbaycan tərəfinin və Tbilisi meriyasının dəstəyi ilə tikilinin özül və əsas divarlarının bərkidilməsi işləri aparılıb. Muzeyə aid iki otaqda da divarbərkitmə işləri həyata keçirilib. Növbəti mərhələdə muzeyin bərpası nəzərdə tutulub.
24-10-2025, 18:00
Ağacların kəsilməsinə görə yaşıllıqlara 7 min manatdan çox ziyan dəyib


Ağacların kəsilməsinə görə yaşıllıqlara 7 min manatdan çox ziyan dəyib

Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Göyüş Qarayev küçəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 7 min 800 manat məbləğində ziyan dəyib.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı müəyyən olunan yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
24-10-2025, 17:53
Metronun bu stansiyalarında interval azaldılır


Metronun bu stansiyalarında interval azaldılır

Bakı metrosunda Bənövşəyi xətt üzrə stansiyalarda qatarların hərəkət intervalı azadılır.
“Avtovağzal”-“8 Noyabr” mənzilində qatarların hərəkət intervalı 8 dəqiqədən 5 dəqiqəyə endirilib.
Metronun “Xocəsən” stansiyası istiqamətində isə qatarların hərəkət intervalı 16 dəqiqədən 10 dəqiqəyə kimi azaldılıb.
Xatırladaq ki, Bənövşəyi xətt üzrə hərəkət intervalının azaldılması test rejimində tətbiq edilir.
24-10-2025, 17:18
Sərdar Səfərova “general-mayor” rütbəsi verildi - SƏRƏNCAM


Sərdar Səfərova “general-mayor” rütbəsi verildi - SƏRƏNCAM

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Səfərova “general-mayor” ali hərbi rütbəsi verilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, sözügedən vəzifəyə bu gün təyin edilib.
24-10-2025, 00:36
Messi ilə müqavilə uzadıldı


Messi ilə müqavilə uzadıldı

ABŞ-ın "İnter Mayami" komandası argentinalı hücumçu Lionel Messi ilə müqavilənin müddətini uzadıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yeni sözləşmə 2028-ci ilin sonunadək nəzərdə tutulub.
2023-cü ildən “İnter Mayami”də çıxış edən 38 yaşlı futbolçu bu müddət ərzində 82 matçda 71 qolla yadda qalıb.
24-10-2025, 00:30
İranda siyasi qalmaqal - Bakıdan qayıdan xanım nazirin çantasında nə olub?


İranda siyasi qalmaqal - Bakıdan qayıdan xanım nazirin çantasında nə olub?

İranda böyük rezonans doğuran yeni siyasi qalmaqal baş verib. Hadisənin mərkəzində nəqliyyat və şəhərsalma naziri, prezident Məsud Pezeşkianın komandasındakı yeganə qadın nazir Fərzanə Sadiqi dayanır.
Nazir ötən həftə Bakıda Azərbaycan, Rusiya və İran nümayəndələrinin iştirakı ilə keçirilən “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı danışıqlarda iştirak edib.
Səfərdən sonra o, Tehrana təyyarə ilə deyil, avtomobillə dönmək qərarına gəlib. Təxminən altı saatlıq yol qət edərək Ərdəbil şəhərinə çatdıqdan sonra oradakı hava limanından paytaxta uçmaq istəsə də, təhlükəsizlik yoxlamasından keçməkdən imtina edib.
Hadisə şahidlərinin bildirdiyinə görə, nazirin hava limanı əməkdaşları ilə arasında mübahisə yaranıb. Sadəq əsəblə “bu hava limanının qapılarını da bağladacağam” deyə hədə-qorxu gəlib və sonda təyyarə ilə uçmaqdan imtina edərək Tehrana avtomobillə yola düşüb.
Növbəti gün hökumətin qərarı ilə Ərdəbil hava limanının direktoru Məhəmməd Kəsəbi vəzifədən azad edilib. Rəsmi açıqlamada bu qərarın “idarəetmə qiymətləndirməsi nəticəsində” verildiyi bildirilsə də, ictimaiyyət və deputatlar bu hadisəni nazirin davranışı ilə əlaqələndirirlər.
İran mətbuatında, xüsusən "Hashmehri Online" portalında sərt tənqidlər səslənib: “Əgər nazirdə gizli sənədlər olubsa, niyə onlar qaydalara uyğun təqdim edilməyib? Əgər şəxsi əşyalar idisə, o zaman təhlükəsizlik əməkdaşlarını təhdid etmək nədən irəli gəlirdi?”
Məqalədə vurğulanır ki, təhlükəsizlik qaydaları istisnasız bütün sərnişinlərə, o cümlədən nazirlərə şamil olunur.
İranlı politoloq Əlirza Ərdəbili bildirib ki, hadisə sıradan insident deyil: “İranın aviasiya sistemində belə hadisələrin ictimailəşməsi indiyədək görünməmiş haldır. Lakin burada əsas məsələ qadın nazirin şəxsiyyətidir. Mühafizəkar dairələr onun varlığından narahatdır.”
Ərdəbilinin fikrincə, bu insident vasitəsilə Pezeşkian hökumətindəki islahatçı qanada qarşı hücum başladılıb:
“Radikal dindar qüvvələr qadının nazir postunda olmasını qəbul edə bilmir. Hadisəni şişirdərək, onun istefasını tələb etməyə başladılar.”
Qeyd olunur ki, Fərzanə Sadiqinin Bakıya səfəri zamanı “Şimal–Cənub” dəhlizinin sürətləndirilməsi barədə razılıq əldə olunmuşdu. Bu layihə Tehranın illik 40 milyon ton tranzit yük və milyardlarla dollar gəlir gözlədiyi strateji istiqamətdir. Buna görə də, hökumət çevrələri hesab edir ki, qalmaqal uğurlu səfəri kölgəyə salmaq məqsədi daşıyır.
Nazirin çantasında nə olduğu hələ də bəlli deyil. Bəzi versiyalara görə, orada mühüm sənədlər, bəzilərinə görə isə şəxsi əşyalar olub. Lakin ekspertlər qeyd edir ki, məsələ artıq təkcə “çanta qalmaqalı” deyil, İranda qadınların və islahatçıların hökumətdəki rolu uğrunda mübarizənin yeni mərhələsidir.
Fərzanə Sadəqin istefa ehtimalı isə az qiymətləndirilir: çünki onun təyinatı Ali Rəhbər Əli Xameneinin fərmanı ilə təsdiqlənib və bu qərarın açıq şəkildə şübhə altına alınması Tehran siyasətində “qırmızı xətt” sayılır.
24-10-2025, 00:08
İki universitetə 45 milyon ayrılacaq


İki universitetə 45 milyon ayrılacaq

Qarabağ Universitetinin fəaliyyətinin 2026-cı ildə təmin edilməsi məqsədilə 39 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Bu barədə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub.
Qarabağ Universitetində 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb ixtisası üzrə 100 nəfər) üzrə 2 500-dək tələbənin təhsil alması planlaşdırılır.
2025/2026-cı tədris ilindən etibarən isə universitetdə 4 000-dək tələbənin təhsil alması və onların yataqxanalarda yerləşdirilməsi nəzərdə tutulur.
Həmçinin 2025/2026-cı tədris ilindən fəaliyyətə başlayacaq "Azərbaycan-Türkiyə Birgə Universiteti"nin mühəndislik və tibb ixtisasları üzrə 300 nəfər tələbənin təhsil alması planlaşdırılır.
Yeni ali təhsil müəssisəsinin fəaliyyətinin növbəti ildə təmin olunması üçün 6 milyon manat vəsait nəzərdə tutulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!