20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
20-02-2026, 17:06
Ötən il ölkəyə 113 mindən çox avtomobil gətirilib


Ötən il ölkəyə 113 mindən çox avtomobil gətirilib

2025-ci il ərzində ölkəyə 113 840 ədəd minik avtomobili, 8 163 ədəd yük avtomobili və 877 ədəd avtobus idxal olunub.
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.
Nəşrdə verilən məlumata görə, idxal olunan malların dəyərinin 46,4 faizi avtomobil nəqliyyatı, 33,2 faizi hava nəqliyyatı, 9,8 faizi dəniz nəqliyyatı, 8,9 faizi dəmir yolu nəqliyyatı, 1,5 faizi digər daşınma vasitələri ilə gətirilən məhsulların payına düşüb. Məhsulların 0,2 faizi isə boru kəmərləri və elektrik ötürücü xətləri ilə nəql edilib.
İxracın coğrafiyasına gəldikdə, məhsulların 45,3 faizi İtaliyaya, 13,5 faizi Türkiyəyə, 4,7 faizi Rusiyaya, 3,3 faizi Yunanıstana, 3,2 faizi Bolqarıstana, 3,0 faizi Çexiyaya, 2,8 faizi Gürcüstana, 2,7 faizi Xorvatiyaya, 2,5 faizi Rumıniyaya, 2,2 faizi Almaniyaya, 1,9 faizi İsveçrəyə, 1,7 faizi Portuqaliyaya, 1,4 faizi Birləşmiş Krallıqa, 1,2 faizi İrlandiyaya ixrac olunub.
Bundan əlavə, ixracın hər biri 0,9 faiz olmaqla Tunis və Ukraynaya, 0,8 faizi Niderlanda, 0,7 faizi Hindistana, 0,6 faizi Fransaya, hər biri 0,5 faiz olmaqla Suriyaya, Serbiyaya, İndoneziyaya, Birləşmiş Ərəb Əmirliklərinə və Əfqanıstana göndərilib. İxracın 4,2 faizi isə digər ölkələrin payına düşüb.
20-02-2026, 07:52
Abşeronda hesabat yığıncağı


Abşeronda hesabat yığıncağı

Abşeron rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Ramid Namazov, Rizvan Nəbiyev, Nigar Məmmədova, Zaur Şükürov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Habil Əzənmədov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, regional idarə rəisləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Ümummilli Liderin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən RİH başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası bu gün İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunmuş tarixi qələbə ölkəmizdə yeni reallıqlar və inkişaf imkanları yaradıb. Dövlət siyasətinin sosialyönümlü xəttinin gücləndirilməsində və humanitar təşəbbüslərin genişlənməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, 2025-ci ildə də Abşeron rayonunda mühüm uğurlar və nailiyyətlər, rayonun sosial-iqtisadi inkişafında irəliləyişlər əldə olunmuş və vətəndaşların rifahı təmin edilmişdir. Rayon üçün ötən ilin ən əlamətdar hadisələri isə Prezident İlham Əliyevin Abşeron rayonuna səfərləri olmuşdur. Dövlət başçısı tərəfindən Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-yə məxsus müasir dərman istehsalı müəssisəsinin, həmçinin Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı həyata keçirilmişdir. Bu layihələr rayonun sənaye və enerji potensialının gücləndirilməsində mühüm rol oynayır.
Çıxışda, həmçinin Abşeron rayonu üçün xüsusi əhəmiyyət daşıyan kanalizasiya şəbəkəsinin qurulması məsələsinə dövlət səviyyəsində həssaslıqla yanaşıldığı vurğulanıb, su təchizatı və tullantı suları sistemlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bu istiqamətdə görülən işlər rayon sakinlərinin sevincinə səbəb olduğu qeyd edilib.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair geniş hesabat məruzəsi ilə çıxış edib. Məruzədə hesabat dövründə rayon üzrə iqtisadi göstəricilər, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın təşviqi, investisiyaların cəlb olunması, yeni iş yerlərinin yaradılması və kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, dövlət proqramlarının icrası ilə bağlı görülən işlər diqqətə çatdırılıb. Sonda qarşıda duran vəzifələr müəyyənləşdirilərək rayonun sosial-iqtisadi inkişafının növbəti mərhələdə də ardıcıl şəkildə davam etdiriləcəyini vurğulayıb.
Daha sonra Bağlar Su İdarəsinin rəisi Telman Quliyev çıxış edərək rayon ərazisində icra olunan su təchizatı və kanalizasiya layihələri barədə ətraflı məlumat verib, həyata keçirilən işlərin mövcud vəziyyəti və qarşıda duran əsas vəzifələr barədə iştirakçıları məlumatlandırıb. Çıxışda infrastrukturun mərhələli şəkildə yenilənməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini qeyd edib.
Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxışında bildirib ki, Abşeron rayonunda həyata keçirilən sosial-iqtisadi layihələr dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq ardıcıl şəkildə icra olunur. Deputat görülən işlərin rayonun ümumi inkişafına və sakinlərin rifahının yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edərək, qarşıda duran vəzifələrin uğurla yerinə yetiriləcəyinə inamını ifadə edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Habil Əzənmədov çıxış edərək bildirib ki, ötən il Abşeron rayonu üçün uğurlu il olub. O, əhalinin sosial rifahının yaxşılaşdırılması, yol və digər infrastruktur layihələrinin icrası, eyni zamanda bölgədə davamlı sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib və əlavə edib ki, bu layihələr rayonun gələcək inkişaf perspektivlərini daha da möhkəmləndirir.

Sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək rayon ərazisində görülən işlərdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.
Daha sonra tədbir iştirakçıları adından Azərbaycan Respublikasıın Prezidentinə müraciəti “Rəşadət” ordeni ilə təltif olunmuş şəhid mayor Elşad Həsənovun qızı, Xəzər Universitetinin tələbəsi, rayonun fəal gənci Aysun Həsənli səsləndirib, şəhid ailələrinə göstərilən dövlət qayğısına görə təşəkkürünü ifadə edib.

Sonda rayonun ictimai-sosial həyatında fəallığı ilə seçilən bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub.

20-02-2026, 00:00
Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb


Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirak edən Azərbaycan dövlət rəhbərliyinə qarşı bir qrup radikal ünsür tərəfindən təxribat xarakterli hərəkətlərə cəhd göstərilib.
Onlar dövlət rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıblar.
Lakin Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları və Vaşinqton polisi operativ şəkildə müdaxilə edərək vəziyyəti nəzarət altına alıblar.
İlkin məlumatlara əsasən, insident nəticəsində ciddi pozuntu qeydə alınmayıb.
Bundan başqa sosial şəbəkələrdə yayılan videogörüntülərdə radikal qrup üzvlərinin açıq şəkildə nalayiq ifadələr işlətdiyi eşidilir.
Qeyd edək ki, görüntülər hadisənin təxribat xarakteri daşıdığını göstərir.
19-02-2026, 23:51
Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR


Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1988-ci il təvəllüdlü E. Katibli başının və bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
19-02-2026, 23:41
"Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB


"Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
İngiltərənin "Nottinqem Forest" kollektivi ilə qarşılaşan Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv 0:3 hesabı ilə uduzub.
İstanbulda baş tutan matçda qolları Murillo (21), İqor Jesus (43) və Morqan Qibbs-Uayt (50) vurublar.
Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları fevralın 26-da baş tutacaq.

21:52

"Fənərbağça" futbol klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununa çıxır.
Türkiyə təmsilçisi bu gün İstanbulda İngiltərənin "Nottingem Forest" komandası ilə qarşılaşır.
19-02-2026, 23:35
UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi


UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi

Nyukaslın vingeri Entoni Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
UEFA-nın mətbuat xidməti məlumat yayıb. 24 yaşlı oyunçu ilk pley-off matçında səfərdə Qarabağın qapısına dörd qol vurub (1:6).
Səsvermədə İngiltərəli futbolçu Dezire Due, Kasper Heq və Patrik Şikii qabaqlayıb.
19-02-2026, 23:04
Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB


Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB

Şəki rayonunun dağlıq ərazisində baş vermiş yanğın söndürülüb.
Qozlubulaq kəndi yaxınlığındakı mürəkkəb relyefli sahədə qeydə alınan yanğının qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və Daxili İşlər Nazirliyinin (DİN) polis əməkdaşları cəlb olunublar.

Yanğının söndürülməsi işləri dağlıq ərazi və güclü külək səbəbindən çətinləşsə də, operativ müdaxilə nəticəsində alovun daha geniş ərazilərə və meşə massivinə keçməsinin qarşısı alınıb.
Yanğın lokallaşdırılaraq tam söndürülüb.

21:57

Şəkidə dağlıq ərazidə yanğın başlayıb.
Axşam saat 18 radələrində Şəki rayonu Qozlubulaq kəndinin inzibati ərazisinin yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.
Əldə edilən məlumata əsasən yanğın 10 hektardan çox ərazini əhatə edir. Ərazidə quru ot, kol-kos, xəzəl və xırda ağaclar yanır.
Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın dağlıq ərazidə olduğu üçün texnikadan istifadə etmək mümkün deyil. Buna görə də yanğını söndürmək üçün canlı qüvvədən istifadə olunur.
Hazırda yanğının baş verdiyi ərazidə havanın küləkli olduğu bildirilir. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
19-02-2026, 22:42
Bu şəxslərin hərbi xidmət QAYDASI  DƏYİŞƏCƏK


Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK

Azərbaycanda 600+ bal toplayan şəxslər "intellektual bölmələrdə" xidmət edəcək.
Ali təhsilli çağırışçılar üçün hərbi xidmət qaydaları yeniləndi. Artıq yüksək akademik nəticə göstərən gənclər xidmətlərini fərqli statusda yerinə yetirə biləcəklər.
Bəs,bu necə həyata keçiriləcək?
Nazirlikdən bildirilib ki,bu məqsədlə Milli Müdafiə Universitetinin tabeliyində İntellektual qabiliyyətli bölmələr yaradılıb.
“Müdafiə Nazirliyinin strukturunda informasiya texnologiyaları və kibertəhlükəsizlik, radioelektron mübarizə və kəşfiyyat, tibb, maliyyə, hüquq, təhsil və digər sahələrdə müasir texnologiyalardan istifadəni və yeni yanaşmaların tətbiqini təmin etmək üçün yüksək intellektual insan kapitalının formalaşdırılması məqsədilə müvafiq addımlar atılıb.
Bu məqsədlə, təhsildə yüksək göstəricilərə malik ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının potensialından səmərəli istifadə olunması üçün Milli Müdafiə Universitetinin tabeliyində İntellektual qabiliyyətli bölmələr yaradılıb.
19-02-2026, 22:17
Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB


Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB

Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib.

Əvvəlcə birgə foto çəkdirilib.
ABŞ Prezidenti Donald Tramp tədbirdə çıxış edib.
Prezidentliyi dövründə səkkiz münaqişəyə son qoyduğunu deyən Donald Tramp vurğulayıb ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq. ABŞ prezidenti Azərbaycan və Ermənistan liderlərinə regionda yaranan sülhə görə təşəkkür edərək deyib: "Orada sonda əyləşən cənabı (Prezident İlham Əliyevi - red.) görürük. O gülümsəyir. Siz 30 ildən sonra sülh şəraitində yaşamağı öyrənirsiniz, elə deyilmi? 30 il müharibə gedib və biz onun öhdəsindən gəldik. Sizə çox minnətdaram, əla iş gördünüz. Siz dostumsunuz, ofisimə gəldiniz, dediniz, mən 22 il, hətta 23 il mübarizə apardım. Bax, onunla. Onun həmkarı isə dedi: "Mən də yeddi ildir rəhbərəm. Onunla mübarizə aparmışam". Biz isə 24 saatın içərisində işi yerinə yetirdik. Çox yaxşı sülh alındı. Düşünürəm ki, onlar artıq dostdur. Mən bəlkə bunu söyləməli deyiləm. Fikrimcə, onlar artıq dostdur, elə deyilmi? Qalxın ayağa. Bunlar möhkəm iradəli insanlardır. Elə bilirsiniz asan idi? Yox, asan deyildi. İki sərt insandır, amma yaxşı insanlardır. Oval ofisdə idik. Onlar ikisi də gəldi. Biri otağın bir tərəfində, digəri o biri tərəfində. Masa arxasında iki gözəl oturacaq var idi. Biri otağın bir yerində, digəri başqa yerində. Dedim onlara bəlkə bir-birinizə yaxın gələsiniz. Onlar bir az tərəddüd etdilər. Otuz iki il idi bir-birlərini məhv edirdilər. Dedim, bir-birinizə yaxın dayanın. Bir saat keçdi və onlar yan-yana oturdular. Razılaşma əldə etdik. Bir-birinin əlini sıxdılar, imzaladılar. Biz iki mühüm ölkə ilə sülhün əldə olunmasına imkan yaratdıq, heç vaxt unutmaram. Yavaş başladılar, sonra isə qəti addımlar atdılar. Siz özünüzlə çox fərəhlənə bilərsiniz. Gözəl hadisədir. Təşəkkür edirəm. Baxın. Otuz iki il... Sağ olun, çox sağ olun".
Sonra digər dövlətlərin nümayəndələrinin çıxışları dinlənilib.
İclasın sonunda Sülh Şurasının qətnaməsi imzalanıb.
21:10

Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb.
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib.
Yekunda ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının prinsiplərini və maliyyə hesabatlılığını müəyyən edən qətnaməni imzalayıb.

19:33

Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edir.
Əvvəlcə birgə foto çəkdirildi.
ABŞ Prezidenti Donald Tramp tədbirdə çıxış etdi.

18:16

Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edir.
19-02-2026, 22:01
İkinci günün duası - İmsak və iftar vaxtları


İkinci günün duası - İmsak və iftar vaxtları

Sabah Ramazan ayının ikinci günüdür.
İmsak vaxtı 06:03-ə, iftar isə 18:35-ə təyin olunub.

İkinci günün imsak duası:

“Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi:

“İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Qur-ani) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!