Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 25-05-2021, 10:36
Mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günüdür

2009-cu ildən etibarən mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin gün qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tireoid Assosiasiyasının təşəbbüsü ilə 2009-cu ildə təsis olunub. Ölkəmizdə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd edilməyə başlanılıb və onun qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzin problemlərinə cəlb etməkdir.
Tibbi statistikaya əsasən, dünya əhalisinin üçdəbiri bu orqanın fəaliyyətinin pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir. Böyüklərin təxminən 30 faizinin boğaz nahiyələrində düyünlər müşahidə edilir. Yod çatışmazlığından əmələ gələn qalxanabənzər vəzinin böyüməsi isə insanların 10-30 faizində rast gəlinir.
Qeyd edək ki, qalxanabənzər vəzi boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Qalxanabənzər vəzi tireoid hormonları hasil edir və həmin hormonlar bütün orqanizmin fəaliyyətinə təsir göstərir – maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımını və orqanizmin inkişaf prosesini və sair tənzimləyir. Qalxanabənzər vəzi ümumi hormonal sistemin “dirijoru” adlandırırlar. Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına aparıb çıxarır. Qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Yod elementi insan orqanizminin fəaliyyəti üçün çox böyük əhəmiyyət daşıyır.


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!