Vardanyan saxlanma şəraitindən razıdır - Ombudsman .....                        Lənkəranın icra başçısı məhkəmənin çağırışına gəlmir .....                        Rəsmi Bakıdan Paşinyana cavab .....                        Numan Kurtulmuş Sahibə Qafarovaya zəng etdi .....                        Xalqına Vurğun Səməd... .....                        Zelenski kameralar önündə üzr istəməlidir - Vaşinqtondan tələb .....                        Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq .....                        Şəhidin ata-anası dəm qazından öldü .....                        Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil .....                       
27-01-2022, 21:06
Teymur Musayevə nazir postu uğrunda mübarizədə RƏQİB VAR İMİŞ...

Azərbaycan Respublikasının Səhiyyə naziri Teymur Musayevə çox böyük etimad göstərilib.

Nazir olmaq üçün seçilən namizədlərin, o cümlədən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin adının olduğu şəxslərin sırasında Teymur Musayevin üzərində dayanılıb.

Xalqxeber.az ın xəbərinə görə, Faktinfo.az saytına verilən məlumatda bildirilir ki, Teymur Musayevin nazir təyin olunmasında başlıca səbəb kimi, onun nazir səlahiyyətlərini icra etdiyi müddət ərzində nazirliyin balansında olan səhiyyə müəssissələrində nizam-intizam yarada bilməsi, şəffaflığı müəyyən mənada təmin etməsi, TƏBİB-lə müqayisədə cəmiyyətdə səhiyyə nazirliyinə olan etimadın mümkünləşdirə bilməsi başlıca rol oynayıb.

Sayta verilən məlumatda o da vurğulanır ki, Səhiyyə naziri Teymur Musayevin mükəmməl kadr islahatı, səhiyyə sisteminin inkişafı üçün verə biləcəyi rəy və təkliflər, ümumi müsbət dinamika qarşıdakı 2 il müddətində TƏBİB-in idarəetməsinə verilmiş səhiyyə müəssissələrinin nazirliyin tabeçiliyinə qaytarılmasını mümkünləşdirə bilər.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin ləğv olunacağı, səlahiyyətlərinin TƏBİB və Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinə veriləcəyi ilə bağlı fikirlər də mövcud idi.

Xatırladaq ki, bir müddət əvvəl Faktinfo.az saytı səhiyyə naziri olacaq şəxslərdən daha şanslı namizəd kimi qiymətləndirilmədə Teymur Musayevə üstünlük verildiyinə dair xəbər vermişdir.

Bütöv.az
27-01-2022, 12:59
Ölkədə son bir həftədə virusdan ölənlərin sayı 50-ni ötüb

Bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən Bütöv.az-a verilən məlumata görə, onlardan 53-ü dünyasını dəyişib.
Qeyd edək ki, Mərkəzin yaydığı son məlumatlara görə, Azərbaycanda koronavirusun yeni ştamı yoluxma sayında artım müşahidə edilir.
25-01-2022, 20:10
Azərbaycanda koronavirusa gündəlik yoluxma sayında kəskin artım

Azərbaycanda son sutkada koronavirusa 2 468 yeni yoluxma faktı qeydə alınıb, 5 197 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 636 956 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 617 791 nəfər müalicə olunaraq sağalıb, 8 632 nəfər vəfat edib, aktiv xəstə sayı 10 533 nəfərdir.

Ölkədə son sutka ərzində 11 525, hazırkı dövrədək isə 6 081 949 test aparılıb.

Bütöv.az
24-01-2022, 15:00
Bu gündən Azərbaycanda immunitet sertifikatı YENİ QAYDADA VERİLƏCƏK

Bu gündən Azərbaycanda koronavirusla bağlı immunitet sertifikatı yeni qayda ilə veriləcək.

Bütöv.az xəbər verir ki, COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün sonra veriləcək.
Əvvəllər bu müddət 14 gün idi.

Qeyd edək ki, bu gündən eyni zamanda laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.
21-01-2022, 20:05
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 471 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 722 nəfərdir. İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 773 nəfərdir. Buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 976 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 765 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 209 461, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 724 359, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 831 217 təşkil edir.

Bütöv.az
21-01-2022, 19:06
Azərbaycanda COVID 19-a yoluxanların sayı 630 mini ötüb

İndiyədək ölkədə ümumilikdə 630 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bütöv.az-a verilən məlumata görə, onlardan 611 156 nəfər müalicə olunaraq sağalıb, 8 581 nəfər vəfat edib. 10 683 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 795, bu günə qədər isə ümumilikdə 6 045 582 test icra olunub.
20-01-2022, 20:07
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26784 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2651, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21514 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11756566, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5208739, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4723586, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1824241 təşkil edir.

Bütöv.az
19-01-2022, 20:27
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 097 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 746 nəfərdir. İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 953 nəfərdir. Buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 398 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 729 782, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 206 120, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 720 935, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 802 727 təşkil edir.

Bütöv.az
18-01-2022, 21:01
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 596 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 044, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 504, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 048 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 701 685, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 203 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 717 982, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 780 329 təşkil edir.

Bütöv.az
17-01-2022, 22:03
Son sutkada COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir. İkinci mərhələ üzrə vaksinasiya olunan yoxdur. “Buster” doza üzrə vaksinasiya olunanların sayı isə 4 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11872089, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5200330, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4714478, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 1757281 təşkil edir.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!