Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 31-05-2022, 21:37
STP Şirkətlər Qrupu uşaqları sevindirib

STP Şirkətlər Qrupu uşaqları sevindirib

STP Şirkətlər Qrupu Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sağlamlığı məhdud uşaqları sevindirib

STP Şirkətlər Qrupu 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə üz tutub. STP nümayəndələri buradakı uşaqların sosiallaşmasına dəstək əlaməti olaraq mayın 30-unda müəssisədəki 15 uşaq üçün “Uşaqlar gələcəyimizdir!” şüarı altında yarım günlük gəzinti təşkil edib.

Gəzinti Sumqayıtda yerləşən “Fun World” uşaq əyləncə mərkəzini ziyarətlə başlayıb. Uşaqlar buradakı müxtəlif əyləncə qurğularından və oyun aparatlarından istifadə edərək şən vaxt keçirdiblər. Əyləncə mərkəzindən sonra dünyanın qabaqcıl ictimai iaşə brendlərindən biri olan “McDonald’s”-ın dəstəyi ilə uşaqlar üçün nahar təşkil olunub. Restoran işçilərinin diqqət və qayğısı, həmçinin bütün uşaqların sevimli yeməyi uşaqların sevincinə səbəb olub.

Nahar fasiləsinin ardından, uşaqlar Bakı Zoologiya Parkında olublar. Burada onlar ilk olaraq, zooparkda məskunlaşan vəhşi heyvan növləri ilə tanış olub onların davranışlarını böyük maraqla izləyiblər. Daha sonra müxtəlif əhilləşdirilmiş ponilər, keçilər, dovşanlar və s. ev heyvanları ilə tanış olub.


Paylaş



Bölmə: Sağlamlıq / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!