Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 20-09-2019, 08:36
8 minə yaxın uşaq sosial xidmətlərlə təmin olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda 8 minədək uşaq stasionar və yarımstasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.
Butov.az xəbər verir ki, Nazirlikdən Modern.az-a verilən məlumata görə, onların sırasına sağlamlıq imkanları məhdud, daun və autizm sindromlu, baxımsız və sosial təhlükəli vəziyyətdə olan, həmçinin eşitmə və nitq qabiliyyəti olmayan və b. kateqoriyalara aid uşaqlar daxildir. Uşaqlardan 350-yə yaxını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə hər iki müəssisədə ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Digər uşaqlar isə DSMF-nin nəzdindəki Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində, habelə nazirliyin sifarişi ilə icra olunan sosial xidmət layihələri çərçivəsində reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar.
Xüsusilə cari ildə günərzi və icma əsaslı reabilitasiya müəssisələrinin, surdoloji xidmət, habelə daun və autizm sindromlu uşaqlar üçün psixoloji yardım və s. mərkəzlərin şəbəkəsi xeyli genişləndirilib. Bu da müvafiq kateqoriyalardan olan uşaqların ehtiyac duyduqları sosial xidmətlərlə təminat səviyyəsinin də artmasına imkan verib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!