Qərb bölgəsində güclü qar yağır .....                        Zelenski Trampdan əvvəl onunla görüşdü .....                        Putindən təhdid dolu açıqlama .....                        Nazarbayev ortaya çıxdı .....                        Putinə daha bir şəhərin ələ keçirildiyi məruzə edildi .....                        “Arsenal” liderliyini qorudu .....                        Putinin 2026-cı il planları - Ukrayna AÇIQLADI .....                        Məsciddəki partlayışı kim törədib? .....                        "Mançester Siti" səfərdə qələbə qazandı .....                       
Tarix : 15-03-2019, 09:51
Yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) maarifləndirmə tədbirlərini davam etdirir. “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi”ndə keçirilib.
Tədbirdə yetkinlik yaşına çatmayan uşaqlara və mərkəzin işçi heyətinə layihə haqqında ətraflı məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri” mövzusunda videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin mütəxəssisləri “İlkin qida təhlükəsizliyi vərdişləri”, “Sağlam qidalanma”, "Qida zəhərlənmələri zamanı ilkin profilaktik tədbirlər", “Suyun faydaları” mövzularında təqdimatlar nümayiş etdirib.
Sonda Agentliyin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb, Agentliyin xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər və yeniyetmələr arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.
Yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib
Yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!