Tramp: Biz hücum etməsəydik, İran edəcəkdi .....                        Dubaydakı ABŞ Konsolosluğuna PUA hücumu .....                        Türkiyə lideri regiondakı gərginliyi dəyərləndirdi .....                        İsrail Tehranda SEPAH komandirini öldürüb .....                        Tezliklə İranın yeni liderinin adı açıqlanacaq .....                        Sabunçuda qətl: Şübhəli saxlanıldı .....                        İsrail İranın gizli nüvə obyektinə hücum edib .....                        Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtları .....                        Ərəb ölkəsi İranla müharibəyə hazırlaşır - KİV .....                       
Tarix : 2-05-2019, 15:45
İstedadlı Əlillər İctimai Birliyi yeni reabilitasiya xidməti mərkəzi yaradıb


Butov.az xəbər verir ki, İstedadlı Əlillər İctimai Birliyi Abşeron rayonunda icma əsaslı soial reabilitasiya xidməti mərkəzi yaradıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstedadlı Əlillər” İctimai Birliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”-nin yaradılması adlı layihəsi 2019-cu il 01 may tarixdən 01 sentiyabır tarixədək Abşeron rayonnda həyata keçiriləcək. Layihənin məqsədi 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsindən, ailələri səlahiyyətləndirmək və onların bilik və bacarıqlarını inkişaf etdirilməsindən, Abşeron rayonunda yaşayan sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətlərinin göstərilməsindən və valideynlərin icma əsaslı reabilitasiya haqqında məlumatlandırlmasından ibarətdir. Layihə çərçivəsində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstəriləcək. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında aşağıdakı sahələri əhatə edəcək.

1. Sosial iş,
2. Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya),
3. Sosial-psixoloji dəstək,
4. Sosiallaşma və ünsiyyət,
5. Koqnitiv bacarıqlar və təhsil,
6. Nitq problemləri,
7. Hərəkət problemləri (fiziki inkişaf).

Mərkəzin fəaliyyətindən yararlanmaq istəyən Abşeron rayon sakinləri İstedadlə Əlillər İctimai Birliyi ilə əlaqə saxlaya bilər.

Əlaqə vasitələri: Tel. 050-999-30-79
E-poçt. istedadlieliller_ib@yahoo.com


İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti


Paylaş



Bölmə: Ana seife
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!