İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
Tarix : 15-11-2016, 20:28
45 uşaq doğma ailəsinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində hazırda 1102 nəfər şəxs tam dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin olunurlar.

Butov.az xəbər verir ki, Nazirlikdən Ölkə.Az-a verilən məlumata görə, həmin insanların 771 nəfəri 18 yaşdan yuxarı şəxslərdir. Onlardan 230 nəfəri nazirliyin Müharibə və əmək əlilləri üçün pansionatında, qalanları ruhi-əsəb əlilləri olduqları üçün psixonevroloji sosial xidmət müəssisələrində yaşayırlar.

"Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Müharibə və əmək əlilləri üçün pansionatda əsaslı təmir və geniş yenidənqurma işləri aparılıb, pansionat üçün yeni korpus da inşa olunaraq istifadəyə verilib. Burada sakinlərin keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilmələri, asudə vaxtlarının mənalı təşkili üçün müvafiq şərait, kitabxana, idman zalları və s. yaradılıb. Psixonevroloji sosial xidmət müəssisələrində də müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılması təmin olunub.

Sosial xidmət müəssisələrindəki şəxslərdən 331 nəfəri isə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Onlar nazirliyin 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində hərtərəfli dövlət qayğısı altında yaşayırlar. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində bu sosial xidmət müəssisələrində uşaqlar üçün nümunəvi şərait yaradılıb", - nazirlikdən bildirilib.

Qeyd olunan müəssisələrdə yaşayan insanların daimi qida, geyim və tibbi xidmətlərlə təminatı ilə bərabər, onların potensiallarına uyğun olaraq çoxşaxəli reabilitasiya tədbirlərinə cəlb edilmələri yönündə də müvafiq işlər görülür.

Eyni zamanda, de-institusionalizasiya tədbirləri, sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün müvafiq işlər davam etdirilir. Belə ki, cari ildə həmin müəssisələrdən 45 nəfər doğma ailələrinə qayıdıb. Onlardan bir hissəsi də sağlamlıq imkanları məhdud uşaqlar olub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!