Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 9-07-2019, 12:24
Görmə imkanları məhdud uşaqlar üçün yeni mərkəzlər yaradılacaq
Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı görmə imkanları məhdud uşaqların sosial reabilitasiya imkanlarının da genişləndirilməsinə şərait yaradıb.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri üzrə həmin kateqoriyadan olan uşaqlar üçün də 2 sosial reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulub. Bu mərkəzlər görmə imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına şərait yaradılması yönündə müxtəlif formalarda işlər aparacaq. Belə uşaqların mövcud potensiallarını, bacarıqlarını inkişaf etdirməklə, sərbəst yaşamaq imkanlarının artırılması, onlar üçün nəzərdə tutulan inklüziv təhsillərinin dəstəklənməsi və s. üçün sınanmış reabilitasiya metodlarından istifadə ediləcək.
Hazırda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi də fəaliyyət göstərir. Mərkəz həmin şəxslərin reabilitasiyası və abilitasiyası məqsədinə xidmət edir. Həmçinin nazirliyin sifarişləri üzrə icra olunan layihələr çərçivəsində görmə imkanları məhdud şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı işləri aparılır. Belə layihələrdən biri kimi, bu günlərdə görmə imkanları məhdud uşaqlara müxtəlif əsərləri kompyuter və telefon vasitəsilə dinləməyə imkan yaradan “Danışan kitab” saytı və saytın mobil tətbiqi istifadəyə verilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!