Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 15-01-2020, 10:17
ÖZ MÜQƏDDƏRATINI TƏYİN ETMƏK HAQQI

Əziz oxucular Cənubi Azərbaycandan soydaşımız Araz Əhmədoğlu İranda baş verən hadisələrə öz münasibətini bildirib. Araz Bəyin məsələlərə öz şəxsimünasibətini oxucularımızla bölüşmək istəyini böyük məmnuniyyətlə yerinə yetiririk:
1978-də İrandakı qondarma Pəhləvi diktatorluğundan usanmış xalq rejimi dəyişmək üçün üsyan etdi. Bu tarixdən indi 42 il keçir. Ancaq İrandakı hakim rejimin daxili və xarici siyasətinin nəticələri İran xalqını razı salmaqdansa peşmanlıq və keçmiş həsrətinə sürükləyərək irticai fikirlərin yüksəlməsinə nədən olub. Xalq ölkənin qaranlıq gələcəyindən haqlı olaraq nigarandır. Bu nigaranlıq getdikcə yerini qarşısıalınmaz ümumi qəzəb və üsyana verməkdədir. Belə getsə ölkənin gələcəyi Suriya, İraq və Əfğanistana bənzər fəlakətli bir duruma dönə bilər. Bu məqalənin hədəfi İranda millətlərin açmaz durumdan çıxmasına kömək etməkdir. Bu açmaz durumdan çıxmağın məntiqi yolu İranda var olan millətlərin bəşəri haqlarını, o cümlədən öz müqəddəratını təyin etmək haqqını rəsmiyyətə tanımaq və bu millətlərin istədiyi demokratiyanı ədalət ilə bərpa etməkdə görünür.
Öz müqəddəratını təyin etmək haqqqı nəziriyyəsinə görə, hər şəxsin öz hədəflərinə çatmaq qabiliyyəti üç təməl (əsasi) fizioloji ehtiyacdan asılıdır: 1) özünüidarəetmə bacarığı 2) ilişki bacarığı 3) səriştə və yaxud qanuni səlahiyyət. Başqa sözlə, gənclik (insanlar) özləri öz müqəddəratını bəlli edə bilsələr (özünüidarəetmə bacarığı), başqaları ilə anlamlı ilişki qurub ağıllıca işbirliyi edə bilsələr (ilişki bacarığı), və idealarını (nəzərlərini) eyləmə çevirib doğrulda bilsələr (səriştə və yaxud qanuni səlahiyyət) onda daha yaxşı hədəflərinə çata bilərlər.
Bu nəzəriyyə insanları bir-bir nəzərdə alsa da əslində insanların toplumu olan ailə, el, ulus kimi böyük birlikləri də əhatəsinə alır. Ulus dedikdə ideallar, dəyərlər, yaşam təcrübələri, keçmişləri, mədəniyyətləri və kimlikləri bir, insanlardan oluşan toplumdur. Bu toplumun hər bir üzvü ayrılıqda özlərinə şəxsi istəkləri, şəxsi ideaları var. Amma bu idealar və istəklər çox vaxt üst-üstə düşür və belə olduqda toqquşmalar qaçınılmazdır. Bu durumda ulusal ideallar, dəyərlər və mənafe qanun biçimini alıb bütün üzv şəxslərin hamısının ortaq və başqalarına ziyan vurmayan mənafelərini ortaq tutaraq qorumağa məşruiyyət qazanır. Sözsüz üzvləri bacarıqlı olan bir toplumun birlik bacarığı da yüksək olur. Başqa sözlə, toplumdakı layiq təhsil sistemi sayəsində öyrətim və bacarıqları yüksək olanlar hər durumda öz şəxsi mənafesini öyrətim və bacarıqları aşağı olanlardan daha tez və daha yaxşı öz istəklərinə çata bilirlər. Amma sözsüz bu insanların hədəfi tam aydıncasına bəlli olur və onlar o hədəfləri uğrunda ürəkdən-candan çalışan insanlar olur.
Söz qonusu bir ulus (millət) olduqda yenə durum eynidir. Millətlər şüurlu şəkildə üzvü olduqları toplumun mənafe, istəklər və amaclarını nəzərə alaraq nə istədiklərini və nə etdiklərini düzənli şəkildə planlaşdırıb bu yolda birlikdə hərəkət edir. Belə ölkələri örnək göstərmək oxucunun öz zövqünə buraxılır. Toplumsal (ictimai) şüur səviyyəsi aşağı olan millətlərin də yaşadıqları fəlakətlər göz önündədir.
1978-ci ildə İrandakı nüfus bıxıb usanmış bir durumu dəyişmək istədi. Xalqı coşdurub küçələrə tökən güclər bu nüfusun nə istədiyini yaxşı bilirdi, amma nə yazıq millətin çoxu həqiqətən nə istədiyini bilmirdi və sonucu bu gün 2020-də göz önündədir. 1978-dən bəri bahalıq, inflasiya, işsizlik, təhsilin dəyərsizləşməsi, beyinlərin qaçması, rüşvət, fəsad, narkomanlıq, boşanma, ailələrin dağılması, ümidsizlik və hətta peşmanlıq insanları elə duruma salıb ki, millətin çoxu hətta öz gözüylə görmədiyi keçmişin həsrətini çəkir. Başqa sözlə millət irticai fikirləşib irəli getməkdənsə geriyə sürüklənir. İndi isə 2020-də hər yeni fəlakət, acı ölüm xəbərləri ilə şoka gəlmiş kütlə hirs və qəzəblə yenə xiyabanlara töklüb – nəyin bahasına olur olsun – indiki durumu dəyişmək istəyir.
Sözsüz ədalət olmayan yerdə insanların qarşısını ala biləcək bir güc qalmaz. Balaca bir örnək durumu açıqlamaqda yararlı ola bilər. Bir quru çörəyi on nəfərin arasında hamının gözü önündə düz bölüşdürsən kimsənin səsi çıxmaz. Amma biriləri hər gün kürü, kəklik əti, quzu kababına razı olmayıb yediklərinin artığını qonşusuna verməyə əli getməyib zibilə tullasa və qonşusu quru çörəyə möhtac qalsa, belə bir toplumun gələcəyindən Allah qorusun! Hələ üstə gəl bu duruma bir şəriət donu geydirib quzu kababına razı olmayanlar özlərini Allahın yer üzündəki kölgəsi – bəlkə də özü – bilib din adıyla insanlara zülm edib, öncə dinlərini, sonra da dünyalarını əllərindən almaqla millətlərin var-yoxunu oda çəkələr! Əlbəttə bu durumun sonu qarşısı alınmaz qəzəb seli və üsyandır.
Ədalətsizliyə üsyan edən insanlar əlbəttə təbii haqları üçün qalxıb başqa insanlar kimi yaşamaq istəyir. Yəni üsyan edənlər Ədalət istəyir. Hədəf ədalətdirsə, bu ədalətin dəqiq tərifi olmalıdır və bu tərifdə bütün insanların istəyi nəzərə alınmalıdır. Amma bu ədaləti də, bu tərifi də başqaları yox bizim öz hədəflərimiz bəlli etməlidir. Biz kimik? Nə istəyirik? Hədəflərimiz nədir? Bu hədəflərə çatmaq üçün hansı planlarımız var? Başqaları ilə hədəflərimiz hansı səviyyədə ötüşür? Hədəflərimizə gedən yolumuz başqalarının yolu ilə ötüşürmü? Ötüşürsə, tarixi təcrübələrimizə dayanaraq yenə o başqalarına inanmaq olarmı? İnana bilməriksə, öz hədəflərimizi aydın etməli və öz yolumuzu özümüz necə və hansı planlarla getməyimizi əvvəlcə özümüzə aydınlaşdırmalıyıq.
Təəssüflər olsun, İranda hakim olan rejimə qarşı nifrət və qəzəb mərkəzdə formalaşdırılan siyasi düşüncənin məhsuludur, bu düşüncə seçkilərdə bu millətə injektə edilib: kim olur olsun, rejim deyən olmasın! Hansı rejim olur olsun, bu rejim olmasın! Elə isə yüzminlərlə günahsız insan nə üçün canlarından oldu? 42 il bundan öncə də eyni düşüncə ilə bu millət meydana çıxdı. Durum nə oldu? Çaladan çıxıb quyuya düşdülər! Niyə? Çünki bu millətin aydın hədəfi və aydın istəkləri yəni milli iradəsi yox idi və bu durumda BAŞQALARI bu millətə qərar aldı. Eyni tarixi yanlışları təkrar etmək istəmiriksə bizim aydın istəklərimiz olmalıdır.
İranda Türklər, Ərəblər, Bəluçlar, Türkmənlər və başqaları var. Bu millətlərin milli mənafei qalsın, varlıqları belə Farslar üçün “milli təhdid” hesab olunur. Başqa millətlərin varlığını belə, özlərinə “milli təhlükə” sayan bir toplum ilə necə danışmaq olar? Belə bir toplum ilə necə bir masada oturmaq olar? Türklər, Ərəblər, Bəluçlar və başqa millətlərin ortaq istəyi, yəni hər millət özü öz müqəddəratını təyin etmək haqqını dəstəkləmək ən əsasi zərurətdir. Ondan sonra bu millətlər arasında dialoq getməli və millətlərin bəşəri və əsasi haqlarını rəsmiyyətə tanımalıdır. Sonrakı addım bu haqların qanuni səlahiyyətə keçməsi və əməli şəkildə icra olmasına güclü zəmanətlər alınmalıdır. Bu yol ilə həqiqi demokratiyaya çatmaq olar.
Həqiqi ədalət şəffaf siyasət yürütmək, yəni bir-birimizlə düz və açıq oynamaq ortamında olasıdır. Farslar da həqiqi ədalətə çatmaq istəyirlərsə, başqa millətlər, məxsusən Türklərin bu haqqını dəstəkləməli və oyun oynamaqdan vaz keçməlidir. Yoxsa İran Suriyadan daha acınacaqlı və ağır bir duruma sürüklənməkdədir. Bu fəlakətin qarşısını bu gedişlə İrandakı millətlərin qarşılıqlı anlaşması və birlikdə çözmək iradəsindən başqa heç bir güc ala bilməyəcək.
Yanvar 14/2020, Xoy.


Paylaş



Bölmə: Siyasət / Güneyin sesi / Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!