"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 12-08-2020, 07:10
QARABAĞI AZAD ETMƏK ÜÇÜN İRANA GEDİRLƏR

Vidadi Mustafa QARABAĞI AZAD ETMƏK ÜÇÜN İRANDA nicat axtaranlara istinadla yazır:
Çoxları bilmir ki, Qarabağı azad etmək üçün iki qeyri-hökumət təşkiatı yaradılıb
.

1.QARABAĞ İSLAM MÜQABİMƏTİ TƏŞKİLATI ( Rövşən Əhmədli);
2.QARABAĞ AZADLIQ TƏŞKİLATI (Akif Nağı).
Bunların Qarabağı azad etmək sahəsində gördükləri ən böyük işlərdən biri son illərdə Şuşanın işğalı gününü İranda (Cənubi Azərbaycanda) əsasən “Qarabağ İslam torpağı” adlı elmi konfrans və görüşlər keçirməklə yad etməkdir. Belə görüşlərdən biri 2016-cı ilin may ayında Təbriz universitetində baş tutmuşdur. Həmin görüşlərdə müxalifətçi siyasilər, o cümlədən “Vəhdət” partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli, “Ədalət” partiyasının sədri İlyas İsmayılov, siyasi məsələlər üzrə ekspert Zərdüşt Əlizadə, yuxarıda adı çəkilən qeyri-hökumət təşkilatlarının sədrləri və eyni zamanda “Qarabağ İslam Müqaviməti təşkilatı”nın üzvü Məhəmməd Cəbrayılov iştirak edirdilər. İran tərəfindən Təbriz universitetinin professor-müəllim heyətindən əsasən antiazərbaycan, antimilli yönümlü insanlar, məsələn antimilli-mədəni institut olan “Aran” Mədəniyyət araşdırma müəssisəsinin direktoru, istefada olan bir general və ...(tələbələrin həmin tədbirdə olmaları barədə əldə dəqiq məlumat yoxdur) iştirak edirdilər.
Yerli saytlarda verilən hesabatlarda bizdən İrandan “kömək almağa” gedənlərin nə dediyi haqqında ətraflı məlumat verilmir, amma sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün İran adına təşəkkürləri və s. qeyd edilir. İran tərəfi isə Azərbaycanın o zamankı və indiki iqtidarını açıq və üstüörtülü şəkildə gen-bol tənqid edir, İranın müharibə illərində Azərbaycana hərtərəfli yardımlarından ağız dolusu danışılır, İranın Ermənistanla münasibətləri barədə isə heç nə qeyd olunmur. Tədbirin İranda, özü də həvəslə keçirilməsi göstərir ki, İran həmin toplantıdan təbliğati məqsəd üçün uğurla istifadə edir.
Əslində İran ilk növbədə Cənubi Azərbaycanda milli fəallar arasında İranın Ermənistana geniş yardım göstərməsi səbəbindən İran hakimiyyətinə qarşı yaranmış neqativ münasibəti aradan qaldırmağa çalışır. “Qarabağ İslam torpağı” adlı konfranslar da həmin işdə mühüm vasitədir. Belə məclislərdə Azərbaycan Respublikasından müəyyən rəsmi və qeyri-rəsmi statuslu şəxslərin iştirak etməsi və İran tərəfindən çıxış edənlərin sözlərini təsdiqləməsi İranın öz qarşısına qoyduğu məqsədə çatmasına az da olsa kömək edir. Azərbaycan tərəfindən belə görüşlərdə iştirak edənlərin əldə etdiyi nailiyyətin nədən ibarət olduğunu yalnız iştirakçıların özləri bilə bilərlər.
Bu günlərdə məlum “ANAJ “ saytı siyasi ekspert kimi təqdim etdiyi Zərdüşt Əlizadə ilə Birinci Qarabağ müharibəsi zamanı İranın Azərbaycana yardımları barədə söhbətin qısa xülasəsini verib. Biz Z.Əlizadənin sözlərinin təhrif edilib edilməmısi haqqında bir söz deyə bilmərik.
Hər halda bu müsahibədə Z.Əlizadənin dilindən İranın Azərbaycana yardımı haqqında yuxarıda adı çəkilən elmi konfranslarda və digər görüşlərdə formalaşdırılan fikirlər bir daha təkrar olunub. Müsahibənin mətnində onun Qarabağ məsələsinin guya o zamankı (1993-dən sonra) iqtidarın həll etmək istəməmısi haqqında iddiası da yer alıb. Z.Əlizadənin dilindən artıq demək olar ki, hamıya bəlli və bəzi bəlli olmayan və ona görə doğruluğu haqqında mütəxəssislərin rəy bildirməsinə ehtiyac olan fikirlər də səsləındirilib. Məlum faktlar İranın bir neçə generalının hərbi müşavir kimi qısa müddətə Azərbaycanda fəaliyyət göstərməsi, iranlı “könüllülər”in döyüş bölgələrində olması, Azərbaycanın silah təchizatında İranın iştirak etməsi və ən mühümü çox saylı qaçqın kütləsinə uzun müddət humanitar yardım göstərməsidir.
“Könülülər”ə gəlincə, demək lazımdır ki, İran dövlətinin təşkilatçılığı və icazəsi olmadan heç kim harasa könüllü gedə bilməz. Həmin könüllülər “Sepah”ın ehtiyat hissəsi sayılan və “Bəsic” (hərbi səfərbərlik) adlanan, xaricdə militant və ya xalq qoşunları kimi qeyd edilən qurumun üzvləri idilər.
Könüllü gəlmək istəyən çox idi, lakin Azərbaycana gələnlər də könüllülər deyildi. Onlar bir neçə missiya yerinə yetirə bilərdilər. Onların sayı 20-30 nəfər olmuşdur. Təsadüfi deyil ki, Azərbaycana hərbi müşavir kimi ordu generalları deyil, əsas funksiyası daxildə dinin və ruhanilərin hakimiyyətini qorumaq, xaricdə müxtəlif üsul və vasitələrlə inqilab ixracı ilə məşğul olmaq olan Sepah generalları göndərilmişdi. Silah təchizatına gəlincə isə demək lazımdır ki, İran Azərbaycanı Zərdüşt Əlizadəniin dediyi kimi, silahla təmin etməyib, sadəcə olaraq neçə milyonluq silah satıbdır.
Hər halda, Azərbaycan da dəfələrlə İran tərəfinə həmin illərdə göstərdiyi yardımlar üçün müxtəlif səviyyələrdə minnətdarlıq ifadə etmişdir. İran tərəfi isə bunun daim təkrar olunmasını istəyir.
Yoxlanılmasına ehtiyac olan və Z.Əlizadənin dilndən səsləndirilən fikir ondan ibarətdir ki, Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda İranın “xüsusi qüvvələri” iştirak edib və onlar Horadiz qəsəbəsinin azad edilməsində xüsusi rol oynayıblar. Mətnə istinadən Zərdüşt Əlizadənin İran-Ermənistan münasibətlərinin həmin illərdəki vəziyyəti haqqında dediyindən belə məlum olur ki, İran Ermənistanla əlaqələri çox gec, hətta 1993-cü ildən sonra qurmuşdur.
Yaxşı olardı ki, Z.Əliuzadə həmin materiala münasibət bildirib onun adından nəyin düz yazıldığı, nəyin təhrif olunduğu haqqında məlumat verəydi.
Z.Əlizadəni savadlı, hadisələrə obyektiv yanaşma sərgiləməyə səy göstərən, lakin İranpərəst mövqeyi ilə həmin obyektivliyinə gölgə salan bir siyasi ekspert kimi tanıyanlar çoxdur.
İran rejimi haqqında da obyektiv fikir yürütməyə çalışan Z.Əlizadə, əgər səhv etmiriksə, bir dəfə də olsa, Cənubi azərbaycanlıların İranın Əsas qanunu ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməməsinə bu və ya digər şəkildə nəinki etiraz etməyib, hətta heç təəcüblənməyibdir də. Özlərini siyasətçi, ziyalı hesab edən bir çox şəxslər, nədənsə İrandan söz düşəndə orada azərbaycanlıların qanuni hüquqlarından danışmağı belə özləri üçün yasaq, bəlkə də zərərli hesab edirlər.
Hər hansı bir insan və ya bəlli bir ekspert istənilən hadisəyə münasibətdə hamıya obyektiv, ədalətli mövqe sərgiləməyə çalışır. Bəzi məsələləri, xüsusən də mənsub olduğun xalqın qanuni hüquqlarının pozulduğunu görməzliyə vurduqda, obyektivlik iddiası üzərinə gölgə salınmış olur. Belə olduqda danışanın, yazanın istənilən məsələ haqqında irəli sürdüyü fikrə şübhə ilə yanaşılır.
Bir sözlə, bəzilərinin obyektivliyi üçün məhək daşı İran rejiminin etnik-milli münasibətlər sahəsində yeritdiyi siyasətə münasibətindən ibarətdir.
İran İslam Respublikasının milli, etnik münasibətlər sahəsində siyasətinə yalnız bir prizmadan baxmaq və görünənləri şişirdilmiş şəkildə təqdim etmək obyektivlik və ədalətdən uzaqdır.
Vidadi Mustafa
Redaksiyadan: Adı çəkilən ictimaiyyətçi və siyasətçilər yazıdakı fikirlərə münasibət bildirmək istəsələr, məmnuniyyətlə yer ayırarıq.


Paylaş



Bölmə: Siyasət / Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!