İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 4-08-2022, 19:17
Mirzoyanın söylədiyi yalanlara ciddi diplomat inanmaz

Mirzoyanın söylədiyi yalanlara ciddi diplomat inanmaz

Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda akreditə olunmuş xarici ölkə səfirləri ilə görüş keçirib və Azərbaycanın Qarabağda müvəffəqiyyətlə həyata keçirdiyi anti-terror əməliyyatından narahat olduğunu bildirib.
Görüş haqqında yayılan məlumatlardan belə anlaşılır ki, dünənki anti-terror əməliyyatının nəticələri erməni naziri elə qorxudub ki, o təlaşlı bir şəkildə xarici diplomatları toplayaraq Azərbaycan haqqında onlara şikayət edib. Lakin, Mirzoyan şikayətlə kifayətlənməyib, 10 noyabr Bəyannaməsinin müddəalarını, xüsusilə, Laçın şəhərindən yan keçən alternativ marşurutun istifadəyə verilməsi, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdən qanunsuz erməni silahlı ünsürlərinin paralel olaraq çıxarılması, Azərbaycanla Naxçıvanın dəmir və avtomobil yolları vasitəsilə maneəsiz əlaqələrinin yaradılması haqqında Ermənistanın götürdüyü məcburi öhdəliyi təhrif etməyə, ATƏT-in “ölmüş” minsk qrupunu yenidən “diriltməyə” çalışıb.
Hamının az qala əzbər bildiyi Ermənistanın imzaladığı kapitulyasiya aktının müddəalarının açıq şəkildə təhrif olunması çox təhlükəli tendesiyadan xəbər verir. Mirzoyanın bugünkü açıqlaması, həm də Paşinyanın 44-günlük müharibədən əvvəlki ritorikasını və davranışını xatırladır. Bununla, Ermənistan sülh danışıqlarını nəinki risk altına atır, eyni zamanda Azərbaycanın anti-terror əməliyyatlarını davam etdirməsi və Üçtərəfli Bəyannamənin bütün maddələrinin icrasını təkbaşına təmin etməsi (BMT TŞ-nın 4 qətnaməsini icra etdiyi kimi) üçün legitim əsaslar yaradır.
Bununla yanaşı, mən inanmıram ki, özünə hörmət edən hər hansı bir diplomat Mirzoyanın söylədiyi bu cür cəfəng fikirlərə inansın və ya onları ciddi qəbul etsin. Digər tərəfdən, hamı bilir ki, Ermənistan götürdüyü öhdəliyi sona qədər pozmaq və ya yerinə yetirməmək gücündə deyil.
Azərbaycan avqustun 3-də keçirdiyi anti-terror əməliyyatı ilə bir daha sübut etdi ki, Ermənistanın şıltaqlığı və “söz oyunu” ilə barışmaq fikri yoxdur və özünün suveren ərazisində qayda-qanun yaratmaq üçün hər addımı atmağa hazırdır və bundan sonra da qarşısında duran bütün vəzifələri yerinə yetirmək əzmindədir. Necə deyərlər, “Dəmir Yumruq” yerindədi.
Əminəm ki, bu reallığı həm beynəlxalq təşkilatlar, həm də Ermənistanı müdafiə edən ölkələr çox yaxşı anlayırlar.
Azay Quliyev
Milli Məclisin deputatı


Paylaş



Bölmə: Siyasət / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!