Abbas Əraqçi Cenevrədə BQXK prezidenti ilə görüşüb .....                        Gəncədə yanğın: Tüstüdən zəhərlənənlər var .....                        Azərbaycan nümayəndələri Ermənistana bu kənddən daxil olub .....                        Bakıda 23 yaşlı oğlan ondan ayrılmaq istəyən sevgilisini maşında döydü .....                        “Apple” yaxın zamanda ucuz “MacBook” təqdim edəcək .....                        Paytaxtda müəmmalı ölüm: "Medi Hall" tibb müəssisəsində nə baş verir? .....                        İsrail HƏMAS-a 60 gün vaxt verəcək .....                        Azərbaycanda dəbdəbəli yas mərasimlərinin qarşısı alınacaq .....                        Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi .....                       
Tarix : 8-07-2019, 14:06
Yeni Günəşlinin su təchizatı yaxşılaşdırılır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin içməli su təminatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və ətraf qəsəbələrdə layihələrin icrasını davam etdirir.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, bu yaxınlarda Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yeni layihənin icrasına başlanılıb. Layihə çərçivəsində yaşayış massivinin mərkəzi küçəsi boyu 1000 mm diametrli borularla uzunluğu 1 km-dən çox olan yeni magistral su xətti inşa edilir. Artıq həmin xəttin 50 faizindən çoxu çəkilib və işlər hazırda 2 nöqtədə davam etdirilir. Magistral kəmərin tikintisi başa çatdıqdan sonra şəbəkəyə birləşmə veriləcək. Bununla da, Yeni Günəşli yaşayış massivində dayanıqlı su təchizatı təmin olunacaq.
İndiyədək bu ərazilərə içməli su hər birinin diametri 600 mm olan 2 magistral xətlə verilirdi. Yeni Günəşli yaşayış massivi salınarkən inşa edilmiş həmin xətlər uzun müddətdir istismar olunurdu. Buna görə də relyef baxımından nisbətən yüksəklikdə yerləşən əraziyə suyun çatdırılmasında müəyyən problemlər yaranırdı. Mövcud xətlər qəzalı vəziyyətdə olmaqla yanaşı, əhalinin içməli suya olan artan tələbatını tam ödəməyə imkan vermirdi. Məhz bu səbəbdən yaşayış massivini içməli su ilə təmin edən kəmər yenisi ilə əvəzlənir.
Qeyd edək ki, 2019-cu ilin investisiya layihəsinə əsasən Suraxanı rayonunun 6 yaşayış məntəqəsində magistral və paylayıcı su xətlərinin inşası həyata keçirilir. Rayonun Bülbülə, Əmircan, Zığ, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrində mərhələli şəkildə həyata keçirilən layihələr çərçivəsində ümumilikdə 33 km-dən çox magistral və paylayıcı su xətləri çəkiləcək, sayğaclar quraşdırılacaq. Layihələrin icrasına başlanandan indiyə qədər su xətlərinin 20 km-lik hissəsi tikilib. Ümumilikdə Suraxanı rayonunda icra olunan layihələrdən 30 mindən çox sakin faydalanacaq.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!