Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
Tarix : 11-09-2014, 15:00

 

Son illər ölkənin qida bazarında uşaq qidalarının çeşidi artır. Market və apteklərdə olmaq kifayət edir ki, müxtəlif adlarda uşaq yeməkləri ilə tanış olasan. Belə görünür ki, uşaq yeməkləri ilə qidalanan körpələrin də sayı artıb.

Doğrudanmı ölkədə uşaq qidalarına tələb artıb?

Apardığımız araşdırmalar onu göstərir ki, uşaq qidalarının istifadəsinə şərait yaratmaq bilavasitə yüksək gəlir əldə etmək məqsədi daşıyır. Beləki, ölkədə əczaçılıq, qida sektorunda fəaliyyəti göstərən müəssisələr son illərdə uşaq qidalarının da idxalına başlayıblar. Bununla da uşaq qidaları bazarının əsası qoyulub ki, nəticə də rəqabət mühiti yaranıb. Rəqabət isə o həddə çatıb ki, əvvəllər ancaq reklamla kifayətlənən müəssisələr, artıq körpələrin sağlamlığına cavabdeh olan pediatlarla arxasında maddiyatın dayandığı qeyri-rəsmi anlaşmalara üstünlük verirlər. Görünür, əhalinin bu sahədəki biliklərinin kifayət qədər olmaması, süni uşaq qidası idxalı ilə məşğul olan şirkətlərinin rahat gəlir mənbəyinə çevrilib.

Üstəlik ölkə qanunvericiliyinə görə, uşaq qidasının ana südünü əvəzedicisi kimi reklam etmək, efir məkanında, mətbuatda təbliğ olunması qadağan olduğu halda, bunun tam əksinin şahidi oluruq.

Məslə ilə bağlı K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev bildirdi ki, hər bir canlının hasil etdiyi qida maksimum özü üçün spesifik və adekvatdır. Yəni digər canlılarda olduğu kimi insanın da hasil etdiyi ana südü ancaq insan üçün məqbuldur. Körpənin orqanizmi 2 yaşına qədər ana südündən asılıdır.

N.Quliyev sözlərinə görə, hazırda analar körpəyə ilk günündən ana südü əvəzinə “smes” dedikləri, süni qida qatışığı verirlər. Lakin heç bir halda bu, ana südünü əvəz edə bilmir. Baxmayaraq ki, çox vaxt bu cür qatışığı ana südünün əvəzləyicisi kimi təqdim edirlər ki, bu da çox səhv fikirdir. Əsas problem isə insanların bu işin mahiyyətini dərk etməmələri ilə bağlıdır. Eyni zamanda ananın südünün olmaması kimi iddiaların da demək olar ki əsası yoxdur. Tədqiqatlar göstərir ki, hər 100 anadan 2-ində ana südü çatışmazlığı probleminə rast gəlinir. Ancaq reallıqda 100 anadan 50-si körpəsini süni qidalarla qidalandırır. Bu isə problemin yaranma səbəbinin subyektiv olması ilə əlaqəlidir. Əksər hallarda analar dünyaya gətirdikləri körpəyə süd verməkdən imtina edirlər ki, bu da bioloji fəlakətdir.

Baş pediatr qeyd etdi ki, əvvəllər indiki ilə müqayisədə ana südü ilə qidalandırmada vəziyyət daha acınacaqlı idi. Belə ki, araşdırmalar göstərir ki, 1992-ci ildə hər 100 anadan 25-i körpəsini ana südü ilə qidalandırırdısa, hazırda bu rəqəm 2 dəfə artıb.

N. Quliyev onu da vurğuladı ki, seçim olmadığı təqdirdə süni qida qatışıqları körpəyə ilk gündən verilə bilər. Saxlanma və satış şərtlərinə gəldikdə isə bu cür qidalar sənaye üsulu ilə hazırlanıb ixtisaslaşdırılmış yerlərdə təlimata uyğun saxlanmalı, həkimin təyinatı əsasında əldə olunub istifadə edilməlidir.

Aparılan tədqiqatlar isə onu göstərir ki, ana südü ilə qidalanmayan insanlar gələcəkdə immun sisteminin zəifliyindən əziyyət çəkirlər. Çünki ana südü körpənin immunitetini gücləndirən və onu xəstəliklərdən qoruyacaq maddələr olan antikorla zəngindir. Eyni zamanda, ana südü ilə bəslənən uşaqlarda ürək, xərçəng, şəkər xəstəliklərinə, ağız və dişlərin inkişaf pozğunluqlarına, o cümlədən bağırsaq xəstəliklərinə daha az rast gəlinir. Bütün bunlar onu göstərir ki, uşaq qidalarından istifadə gələcəkdə genefondumuzu təhlükə altında qoyur.

Ceyhun Piriyev



Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!