Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 1-12-2016, 13:09
 Ərazi mübahisələrinə baxılma qaydası müəyyənləşdi

Azərbaycanda inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması qaydası müəyyənləşdirilib.

Butov.az-ın AzVision.az-a istinadən məlumatına görə, Milli Məclsin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bununla bağlı “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliyin edilməsi nəzərdə tutulur.

Yeni layihə ilə bağlı bildirilib ki, inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılarkən mübahisəli ərazinin infrastruktur təminatı, dövlət funksiyalarının həyata keçirilməsinin, dövlət və ya yerli idarəçiliyin səmərəli təşkili nəzərə alınmalıdır. Mübahisələndirilən ərazi inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə aid edilərsə, mübahisənin həlli müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Milli Məclis tərəfindən həyata keçirilir. Sahə inzibati ərazi dairəsinin ləğvinə həmin sahə üzrə inzibati ərazi dairəsinin ərazisində yaşayan əhalinin köçməsi, bir sahə inzibati ərazi dairəsinin ərazisi bütövlükdə şəhər, qəsəbə və ya kənd inzibati ərazi dairəsinə daxil olan ərazi vahidinin ərazisinə birləşdirilməsi, sahə inzibati ərazi dairəsinin bütün ərazisi hüdudlarında qəsəbə inzibati ərazi dairəsinin yaradılması və təbii fəlakətin doğurduğu nəticələr ilə əlaqədar yol verilir. Naxçıvan Muxtar Respublikasının ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması, sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi, ərazi vahidlərinə ad verilməsi, onların statusunun dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti qarşısında məsələ Naxçıvan MR Ali Məclisinin vəsatəti əsasında qaldırıla bilər.

Komitə sədri Arif Rəhimzadə çıxışında bildirib ki, Azərbaycanda 59 inzibati ərazi dairəsində torpaq mübahisələri var. Onun sözlərinə görə, 362 inzibati ərazi dairəsinin ərazi məsələləri sual altında qalıb: “Onlar işğal altında olan ərazilərdir. Bu məsələ hələ həll olunmayıb”.

İnzibati ərazi vahidlərinin sərhədlərinin dəqiqləşdirilməsinin çox mürəkkəb iş olduğunu deyən A.Rəhimzadənin sözlərinə görə, qanunvericiliyə əsasən, bu məsələlər “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunla və “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiya haqqında” qanunla həll olunur.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!