İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib .....                        İrəvandakı iranlılar Pəhləvinin qayıtmasını istəyirlər .....                        Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO .....                        ABŞ ordusu hücuma başladı .....                        İranda Qasım Süleymaninin portretini yandırdılar .....                        ABŞ İranı bombalayacaq .....                        “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar .....                        ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN SƏRT MESAJ .....                        İran səfirliyində dövlət bayrağı dəyişdirildi .....                       
Tarix : 22-07-2019, 11:38
Vüqar Zifəroğlunun "Sirr"i

Çoxdandır ki, dekanımız(BDU, jurnalistika) Vüqar Zifəroğlunun “Sirr” romanını oxumaq istəyirdim. Nəhayət ki, qismət oldu…
Həmin gün bir məsələ ilə bağlı Vüqar müəllimdən məsləhət almaq üçün fakültəyə getmişdim. Sağ olsun, yenə həmişəki kimi yol göstərdi, tövsiyələrini verdi. Universitetdən yenicə çıxmışdım ki, “525-ci qəzet”in baş redaktoru Rəşad Məciddən mesaj gəldi: “”525″-də cüzi qonorarin var, gəl, al”. Getdim, götürdüm. Həmişə əməl etdiyim prinsipimə bu dəfə də sadiq qaldım. Belə ki, inanıram ki, əgər gözlənilmədən əməkhaqqı alırsansa, deməli, sən də həmin məbləğin müəyyən hissəsi ilə kimisə sevindirməlisən. Bu dəfə özümü sevindirməyi qərara aldım və birbaşa olaraq yaxınlıqdakı kitab mağazalarının birinə yollandım. Yüzlərlə kitab arasında ən maraqlısını seçmək üçün onları bir-bir əlimə alır, vərəqləyir, annotasiyalarını oxuyurdum. Gözüm sarımtəhər üzlü bir kitaba deyəndə üzümə xəfif təbəssüm qondu. Əlimə aldım. Müəllif haqqındakı biblioqrafiyani oxuyanda fərəh hissi keçirdim. Mən kitabı vərəqlədikcə yanımdakı satıcı qız da digər romanlar haqqında məlumat verirdi. Sözünü kəsəsi oldum:
-Bu müəllifi tanıyırsınız?-əlimdə tutduğum kitabı göstərərək soruşdum.
– Adını eşitmişəm ancaq əsərini oxumamışam.
– Mən müəllifi yaxşı tanıyıram. Dekanım, beynəlxalq jurnalist Vüqar Zifəroğludur. Çoxdandır, oxumaq istəyirdim. Xahiş edirəm, paketə qoyun.-dedim bir az əvvəlki təbəssümlə.
Və əlimdə tutduğum “Sirr” romanı ilə metrostansiyasına yollandım…
*
İndi, Bakıdan kilometrlərlə uzaqda, qardaş ölkə Türkiyənin Antalya şəhərində “Sirr”in son səhifəsini oxuyub bitirdim. O qədər maraqlı məzmuna, axıcı süjet xəttinə malikdir ki…Müəllif heç də hər qələm sahibinin bacarmadığı şəkildə bir yox, bir neçə mövzuya toxunur. Həm tarixi həqiqətlərdən söz açır, həm türklərin, oğuzların igidliyindən danışır, həm də əsl, saf sevgi nümunəsini yaradır. Oğuz igidi Toğrulla, rus qızı Olqanın sevgi macərası fonunda inkişaf edən süjet xəttində, eyni zamanda qədim tarixə malik türklərin tarixi, təşəkkülü haqqında məlumat verilir. Əsərdəki hadisələr X əsrdə baş versə də, müəllif xüsusilə həqiqi sevgi nümunəsində müasirliyə xitab etməyi də unutmur. Atası evlənmələrinə icazə vermədiyi üçün Olqanın Toğrula “gəl, məni qaçır” deyəndə oğlanın “atanın razılığı, xeyir-duası olmasa biz onsuz da xoşbəxt ola bilməyəcəyik” cavabı bu cəhətdən səciyyəvidir.
Əsərin fəsillərinin həyəcanlı, maraqlı sonluqlarla bitməsi oxucunu cəlb edir, onu nəfəs dərmədən hadisələrin necə bitəcəyi ilə tanış olmağa tələsdirir. Bu mənada Vüqar müəllimin ustalıqla istifadə etdiyi ədəbi priyomlar sanki oxucunu intizarda saxlayır, onu həsrətdə qoyur. Romanın eyni, monoton xətt üzrə davam etməməsi, hər dəfə oxucunu daha çox təəccübləndirməsi də əsəri oxuculara sevdirən əsas amillərdəndir. Biz səhifələri vərəqlədikcə baş qəhrəmanlarla birlikdə həyəcanlanır, onların talelərini düşünürük.
“Sirr” özünün ibrətamizliyi ilə də fərqlənir. Əsərdə göstərilir ki, satqınlar, xainlər gec-təz məğlubiyyətə məhkumdurlar. Özlərini unudub, başqalarını düşünənlər isə yaddaşlarda əbədi qalırlar. Müasir gənclər gərək İqora yox, Toğrula bənzəsinlər, ikincilərdən olsunlar.
Toğrulun əmisi, Oğuz bəylərindən Dirsəxanın dili ilə Vüqar Zifəroğlu əslində gənclərə üzünü tutur. Onları, yəni bizi haqq tərəfində olmağa, düz yoldan sapmamağa, ilahi ədalətə inanaraq hərəkət etməyə dəvət edir.
Ən maraqlısı isə ondan ibarətdir ki, “Sirr” eyni ilə adı kimi sirlərlə doludur. Səhifələri sirli edən isə, şübhəsiz ki, Vüqar müəllimin qələmidir. Romanın sonunda müəllif Toğrulu və Olqanı gələcəkdə xeyli macəraların gözlədiyindən xəbər verir. Oxucular isə ümid edir ki, onlar “Sirr”in ikinci hissəsində yenə baş qəhrəmanlarla birlikdə həyəcanlanacaq, onlarla sevinib, onlarla kədərlənəcəklər…
*
Maraqlıdır, görəsən, həmin günün sirri nədən ibarət idi ki, beş ilə yaxındır müntəzəm yazılarımın dərc olunduğu “525-ci qəzet”dən məhz ilk dəfə qonorar aldığım gün Vüqar Zifəroğlunun “Sirr”ini əldə etdim. Bakıya qayıdanda mütləq mənə digər kitablar haqqında məlumat verən satıcı xanımla bu barədə müzakirə edəcəm.
Vüqar Zifəroğlunun "Sirr"i



Kənan Novruzov, BDU jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!