Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi işdən çıxarıldı .....                        Qazaxda 4 nəfər dəm qazından zəhərləndi .....                        Azərbaycanda zəlzələ oldu .....                        Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində - FOTO .....                        Çin orbitə 6 peyk buraxdı .....                        Bakının mərkəzi küçələrindən biri bağlanır .....                        Gürcüstan Azərbaycandan kömək istədi .....                        Bulvarda dənizdən meyit çıxarıldı .....                        Açıq qalan Qarabağ məsələsi yoxdur - Ceyhun Bayramov .....                       
11-09-2024, 11:19
Qarabağ Universitetinin nəzdində akademiya yaradılır


Qarabağ Universitetinin nəzdində akademiya yaradılır

Elm və Təhsil Nazirliyi və "Cisco" şirkəti arasında əməkdaşlıq çərçivəsində cari tədris ilindən Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyasının yaradılması nəzərdə tutulub.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə yaradılacaq akademiyanın məqsədi şəbəkə texnologiyaları üzrə yerli mütəxəssislər hazırlamaqdır.
“Cisco” Şəbəkə Akademiyasında İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının keçirilməsi planlaşdırılır.
Akademiyada dərslər "Cisco" şirkətinin proqramı əsasında peşəkar, sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən keçiriləcək. Təlim kurslarında iştirak etməklə tələbələr laboratoriyalarda real və virtual sistemlər vasitəsilə biliklərini artıracaq və rəsmi sertifikatlaşdırma resurslarına çıxış imkanı qazanacaqlar.
Təlimlər sayəsində tələbələr həmçinin “Cisco” sertifikatlı şəbəkə mütəxəssisi statusunu qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcəklər.

10-09-2024, 16:46
Bu universitetin əməkdaşlarının maaşları 30% artırılacaq


Bu universitetin əməkdaşlarının maaşları 30% artırılacaq

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının əməkhaqları qaldırılıb.
Bu barədə BDU-nun Elmi Şurasının yeni tədris ilində ilk iclasında qərar qəbul edilib.
Qərara əsasən, BDU-nun 105 illik yubileyi münasibətilə əməkdaşlara 300 manat birdəfəlik mükafat veriləcək.
Elmi Şura, həmçinin BDU əməkdaşlarının əməkhaqlarının sentyabrın 1-dən hesablanmaqla 30 faiz artırılması haqqında qərar qəbul edib.
9-09-2024, 19:33
İllik təhsil haqları niyə artırılıb? - Rəsmi AÇIQLAMA


İllik təhsil haqları niyə artırılıb? - Rəsmi AÇIQLAMA

Ali təhsil müəssisələrində illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlanıb.
Nazirlər Kabinetindən bildirilib ki, ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi ilə ayrı-ayrı ixtisaslar üzrə təsdiq olunmuş illik təhsil xərcinin miqdarına uyğun olaraq hesablanmaqla həyata keçirilir.
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarına əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında ötən 5 il ərzində artım olmayıb.
Bunu nəzərə alaraq, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində (bakalavriat, magistratura, doktorantura və tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində) hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında artımı nəzərdə tutan “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli 405 nömrəli Qərarı hazırlanıb.
9-09-2024, 18:00
Tələbə adı qazananların qeydiyyatı başa çatdı


Tələbə adı qazananların qeydiyyatı başa çatdı

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmə ilə qəbul olunan abituriyentlər üçün qeydiyyat prosesi 9 sentyabr saat 18:00-da başa çatıb.
Ali məktəbə qəbul olunanlar //portal.edu.az/ sisteminin “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərdilər.
Elm və Təhsil Nazirliyi bəyan edib ki, qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.
Xatırladaq ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri (o cümlədən 7 287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1 579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
8-09-2024, 16:10
500-ə yaxın şagird imtahan verib


500-ə yaxın şagird imtahan verib

Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 8-də əlavə imtahan keçirib.
Bu barədə DİM-ə istinadən xəbər verir.
Bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.
İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 51 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb.
Sentyabrın 9-dan DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahanların nəticələri yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması başa çatandan sonra – 5 gün ərzində elan olunacaq.
7-09-2024, 17:10
DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək


DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 8-də əlavə imtahan keçirəcək.
Həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.
6-09-2024, 12:12
Tələbə adını qazananların nəzərinə! - Müddət uzadıldı


Tələbə adını qazananların nəzərinə! - Müddət uzadıldı

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmə ilə qəbul olunan abituriyentlər üçün qeydiyyat prosesi sentyabrın 9-u saat 18:00-a qədər uzadılıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Abituriyentlər //portal.edu.az/ sisteminin “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.
4-09-2024, 13:55
Qarabağ Universitetinin tələbələri nə vaxt Xankəndiyə aparılacaq?


Qarabağ Universitetinin tələbələri nə vaxt Xankəndiyə aparılacaq?

Tədris ilinin başlamasına sayılı günlər qalıb. Azərbaycanda ilk dəfə tələbə qəbulu aparılan Qarabağ Universiteti hazırda diqqət mərkəzindədir. Əsas maraq doğuran mövzulardan biri isə tələbələrin necə köçürüləcəyi, onları neçə nəfərin müşayiət edə biləcəyi ilə bağlıdır.
Qarabağ Universitetindən bildirilib ki, tələbələrin universitetə köçürülməsi zamanı onları 2 nəfər ailə üzvü müşayiət edə biləcək.
Tələbələrin növbəti həftələrdə Xankəndiyə aparılması planlaşdırılır. “15-16 sentyabr tarixlərində tələbələrimizin Xankəndi şəhərinə aparılması, onların universitetimizlə tanış edilməsi, tələbələr üçün ayırdığımız mənzillərdə yaşayışlarının təmin edilməsini düşünürük”, - Qarabağ Universitetinin rektoru Şahin Bayramov müsahibəsində deyib.
Qeyd edək ki, ilk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq.
3-09-2024, 17:22
Universitetlərin boş yerlərinə qəbulun nəticələri açıqlandı


Universitetlərin boş yerlərinə qəbulun nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri açıqlanıb.
Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 20 827 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 528 nəfər (o cümlədən 114 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12 186 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.38% dolub. Cəmi 201 yer (1.62%) boş qalıb.
3-09-2024, 16:08
Ləğv edilən Naxçıvan Universitetinin tələbələri hara köçürülüb? - Rəsmi


Ləğv edilən Naxçıvan Universitetinin tələbələri hara köçürülüb? - Rəsmi

"Naxçıvan" Universiteti məhdud məsuliyyətli cəmiyyət (MMC) ləğv edildiyini elan edib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məsələylə bağlı açıqlama verib.
Qurumdan bildirilib ki, Naxçıvan Universitetinin tələbələrinin köçürülməsi prosesi 2024-cü ilin fevral ayından etibarən başlanıb:
“Artıq bütün tələbələrin köçürülməsi yekunlaşıb. Universitetdə təhsil alanların əksəriyyəti Naxçıvan Dövlət Universitetinə, digərləri isə başqa ali təhsilm müəssisələrinə köçürülüblər. Prosesin bu vaxta qədər davam etməsinin səbəbi isə sonuncu kurs tələbələri ilə bağlıdır. Belə ki, müəssisənin bağlanması üçün onlar təhsillərini başa vurmalı idilər”.
Qurum rəsmisi sonda qeyd edib ki, Naxçıvan Universiteti özəl ali təhsil müəssisəsi olsa da, tələbələri dövlət ali təhsil müəssisələrinə köçürülüblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!