Paşinyan Qarabağ ermənilərinə çağırış etdi .....                        Paşinyan NATO baş katibinin müavinini qəbul edib .....                        Şahruddin əməliyyat olundu .....                        Kupyansk Rusiyanın nəzarətində qalır - Zaxarova .....                        Bəylər Eyyubova xüsusi imtiyaz verildi .....                        Yeni sədr kollektivə təqdim olundu .....                        Dövlət hesabına dərmanlar: Pozitiv siyahı mərhələli şəkildə artacaq .....                        Narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxundu .....                        Qubada ana və övladını avtobus vurdu .....                       
8-10-2024, 15:27
Köç karvanı Şuşaya çatdı - Mənzillərin açarları sahiblərinə verildi


Köç karvanı Şuşaya çatdı - Mənzillərin açarları sahiblərinə verildi

Oktyabrın 8-də səhər saatlarında yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
16 ailə olmaqla, 60 nəfər Şuşa sakini öz yurduna qovuşub.
Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdim olunma mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.
Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.
Bununla da Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.



8-10-2024, 15:22
Putin Paşinyanı da BRIKS sammitinə dəvət etdi


Putin Paşinyanı da BRIKS sammitinə dəvət etdi

Rusiya prezidenti Vladimir Putin oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində Ermənistanın baş naziri Nikol Paşinyanı gözləyəcək.
Bu barədə Rusiya lideri Ermənistan hökumətinin başçısı ilə bugünkü görüşdə bildirib.
“Nikol Vovaeviç, mən sizi Kazanda BRIKS sammitində gözləyirəm. Ümid edirəm ki, bu həm faydalı, həm də maraqlı olacaq”, - Putin bildirib.
Putin əlavə edib ki, BRIKS sammitində “çoxlu təmaslar” gözlənilir.
"Biz ikitərəfli görüş keçirəcəyik və bir neçə ölkədən olan həmkarımızla danışmaq imkanı olacaq", - Rusiya prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya Ermənistan iqtisadiyyatının aparıcı investorudur və bu ölkəyə 4 milyard dollar dəyərində sərmayə qoyub.
Putin humanitar əməkdaşlığın vacibliyini qeyd edib.
Nikol Paşinyan görüşdə İrəvanla Moskva arasında aktiv siyasi dialoqun olduğunu qeyd edib.
“Mən çox şadam ki, son aylar ərzində kifayət qədər fəal siyasi dialoqumuz olub. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bizə gəldi, nəinki hökumətlərarası komissiyanın iclası keçirildi, həm də biz bütün məsələlər barədə kifayət qədər əsaslı danışdıq. Oktyabrın əvvəlində biz Avrasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının iclasını keçirdik. Bu tədbir çərçivəsində biz Rusiya hökumətinin sədri Mixail Mişustin ilə əməkdaşlıq məsələlərini müzakirə etdik. Şadam ki, bu gün biz bu müzakirələri yekunlaşdıra bilərik”, - Paşinyan deyib.
8-10-2024, 15:06
Rusiyanın Ermənistan və Azərbaycanla iqtisadi tərəfdaşlığı rəqəmlərdə


Rusiyanın Ermənistan və Azərbaycanla iqtisadi tərəfdaşlığı rəqəmlərdə

Xəbər verdiyimiz kimi, bu gün Moskvada Rusiya prezidnti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri İlham Əlyev və Nikol Paşinyanla ikitərəfli görüşləri keçirlib.
Bu görüşlərdə Rusiyanınm hər iki ölkə ilə hazırkı iqtisadi münasibətlərinə də toxunulub.
Məlum olub ki, Azərbaycanla müqayisədə Rusiya Ermənistanla daha sıx iqtisadi münasibətlər qurub.
Prezident Putin Nikol Paşinyanla görüşdə deyib ki, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi ötən il 7.4 milyard dollar olduğu halda, bu ilin ilk altı ayında həmin göstərici 2.5 dəfə artaraq 8.3 milyard dolları ötüb.
"Əgər bu temlə davam etsək, bu il ticarət dövriyyəmizin həcmi 14-16 milyard dollar olacaq", - Putin əlavə edib.
Putin İlham Əliyevlə görüşdə isə bildirib ki, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 4,3 milyard dollardır.
8-10-2024, 13:19
Azərbaycanla Pakistan arasında bir neçə saziş təsdiq edildi


Azərbaycanla Pakistan arasında bir neçə saziş təsdiq edildi

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanla Pakistan arasında bir neçə saziş ratifikasiya edilib.
Parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı sazişlərin iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.
8-10-2024, 13:10
İlham Əliyevin Putinlə görüşü başladı


İlham Əliyevin Putinlə görüşü başladı

Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü başlayıb.
Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
8-10-2024, 13:01
Elektrik avtomobillərin doldurucuları daha 2 il ƏDV-dən azad edilir


Elektrik avtomobillərin doldurucuları daha 2 il ƏDV-dən azad edilir

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti daha 2 il uzadılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə, yəni 2025-ci il yanvarın 1-dək ƏDV-dən azaddır.
Layihəyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının daha 2 il müddətinə uzadılacaq.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
8-10-2024, 12:56
Qarabağ Universitetinin tələbələri üçün təcrübə müddəti 1 il ola bilər


Qarabağ Universitetinin tələbələri üçün təcrübə müddəti 1 il ola bilər

"Qarabağ Universitetinin tələbələrinin bakalavr pilləsində ən azı 1 il təcrübə proqramının keçməsini planlaşdırırıq".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.
Nazir vurğulayıb ki, bununla bağlı müəllimlərə təklif etmək olar:
"Bizim istəyimiz odur ki, proqramın böyük bir hissəsi praktikadan ibarət olsun. Bu proqram gələckdə özünü doğruldacaq".
8-10-2024, 12:50
Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq


Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq

Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Heyvanlar aləmi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
7-10-2024, 17:29
Kanaldan tapılan meyitin kimliyi məlum oldu


Kanaldan tapılan meyitin kimliyi məlum oldu

Kanaldan tapılan meyitin kimliyi məlum olub.
Sentyabrın 30-da Samur Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində tapılan kişi meyitinin DNT analizindən sonra Siyəzən rayon sakini, 2002-ci il təvəllüdlü Mahmud Məlikova məxsus olduğu təsdiqlənib.
Qeyd edək ki, M.Məlikov sentyabrın 6-da itkin düşmüşdü. Onun meyiti dəfn üçün sabah ailəsinə təhvil veriləcək.
7-10-2024, 17:00
COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib


COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində “Əriyən qar üzərində” adlı film nümayiş edilib.
Film ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinə və COP29 dialoqlarına həsr olunub.
Filmdə belçikalı rəssam Sofie Kauvinin yaradıcılığı, əsərlərindəki təbiəti təsviri, sənətlə təbiətin vəhdəti əks olunub.
Qeyd edək ki, filmin müəllifi və prodüseri Mojtaba Bahadori, səs rejissoru Hassan Şabankareh, bəstəkarı isə Cavad Safaridir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!