Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş olduErmənistan və Lüksemburqun xarici işlər nazirləri - Ararat Mirzoyanla Ksavye Bettel iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Ararat Mirzoyan Lüksemburqda işgüzar səfərdədir.