"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" TƏSDİQLƏNDİ"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Nazirlər Kabineti üç ay müddətində su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğlərini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin formasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməli və digər məsələləri həll etməlidir.