Dərnəgül dəmir yolu dayanacağının tikintisi davam etdirilir .....                        Putin: Ukrayna ilə sülh danışıqlarını rədd etmirik .....                        4 yaşlı uşaq kanalizasiya quyusuna düşərək öldü .....                        Bunlar hərbi cinayətlərdir - Arayik ETİRAF ETDİ .....                        Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün imtahan keçirildi .....                        Emin Əmrullayev türkiyəli rektorlarla görüşdü .....                        Ermənilərin məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir .....                        Zelenski istedadlı artistdir! - Putin istehza etdi .....                        Xəstələrlə təmas qurmayan həkimlərlə bağlı tədbirlər görüləcək - TƏBİB .....                       
2-10-2024, 14:45
İçərişəhərə maşınla girmək qadağan edilir - RƏSMİ


İçərişəhərə maşınla girmək qadağan edilir - RƏSMİ

Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində şəhər sakinləri və qonaqların hərəkətinin təhlükəsizliyini və rahatlığını artırmaq məqsədilə İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilir.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, AYNA-nın mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, mənzərəni tam araşdırmaq üçün uzun müddət hərəkətin intensivliyinin monitorinqini həyata keçirib və nəqliyyat üzrə xüsusi proqram təminatı vasitəsilə simulyasiya da təşkil ediblər.
"Müfəssəl təhlillər əsasında AYNA tərəfindən təkliflər hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. İslahatlar İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılmasını, Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılmasını, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılmasını, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla, bütün avtomobillərin hərəkəti üçün bağlanmasını nəzərdə tutur. Beynəlxalq təcrübəyə də nəzər salsaq, görərik ki, Rotterdamdakı Leynban küçəsi, Kopenhagendə Ströget piyada zonası, Moskvanın Arbat küçəsi, Londondakı Trafalqar meydanı və bir çox başqaları avtomobillərin hərəkəti üçün tamamilə və ya qismən bağlıdır - bu ərazilərdə prioritet piyadalara verilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də təklifləri hazırlayarkən Bakının sakinlər üçün şəhərə çevrilməsi konsepsiyasını rəhbər tutub", - AYNA-nın sədri "Report"a bildirib.
Anar Rzayev qeyd edib ki, İçərişəhər sakinləri və bu ərazidə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin avtomobilləri nömrətanıma sistemi ilə əraziyə daxil ola biləcək:
"Digər hamı üçün nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması bir sıra üstünlüyə malikdir. Bu, avtomobillərin sayını, səs-küyü azaltmaqla İçərişəhər sakinlərinin və qonaqların rahatlıq və təhlükəsizlik səviyyəsini yüksəldəcək və digər amillərlə yanaşı, paytaxtın əsas görməli yerlərindən birinin qorunub saxlanmasına töhfə verəcək. Həmçinin ən əsası avtomobillərin hərəkətinin məhdudlaşdırılmasının müsbət cəhətlərdən biri də odur ki, tarixi abidələrin aşınmasının, infrastrukturun tez köhnəlməsinin qarşısını alacaq.
Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının turistlər arasında populyar olan bu məkana daha rahat çatmasına imkan verəcək.
Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılmasına gəlincə, bu, Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərinin çəkilməsi və onların İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq. Bütün bunlar Bakıda mobilliyin və piyada zonalarının daha da inkişaf etdirilməsinə töhfə verəcək".
2-10-2024, 14:38
İsrail BMT baş katibini "arzuolunmaz şəxs" elan etdi


İsrail BMT baş katibini "arzuolunmaz şəxs" elan etdi

İsrail BMT-nin baş katibi Antonio Quterreşi "persona non qrata" kimi tanıyıb.
“The Jerusalem Post” İsrail XİN başçısı İsrail Katzın bununla bağlı açıqlamasını yayıb.
Quterreşin ölkəyə girişi qadağandır. Qəzet qeyd edib ki, İsrail hakimiyyəti bu qərarı Quterreşin İranın raket hücumunu “birmənalı şəkildə pisləməkdə uğursuzluğunu” nəzərə alaraq verib.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır.
2-10-2024, 14:32
Rusiya Qarabağda konsulluğu nə vaxt açacaq?


Rusiya Qarabağda konsulluğu nə vaxt açacaq?

Rusiyanın Azərbaycan ərazisində yeni xarici nümayəndəliyinin açılması məsələsi hazırda siyasi müstəvidə işlənir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində deyib.
Aleksey Klimov Qarabağda yeni baş konsulluğun açılıb-açılmayacağı sualına cavab verərkən bildirib:
“Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqca, konsulluq idarəsi onlarla bağlı əməli addımların həyata keçirilməsinə qoşulacaq”.
Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin başçısı Qriqori Karasin bir müddət öncə demişdi ki, Azərbaycanın Qarabağ bölgəsində baş konsulluq açmaq niyyətindədirlər.


2-10-2024, 14:24
G7 liderləri Yaxın Şərqdəki böhranı müzakirə edəcək - Ev sahibi İtaliyadır


G7 liderləri Yaxın Şərqdəki böhranı müzakirə edəcək - Ev sahibi İtaliyadır

İtaliyanın baş naziri Corciya Meloni Yaxın Şərqdəki böhranı müzakirə etmək üçün G7 liderlərinin çağırışına ev sahibliyi edəcək.
Bu barədə "Reuters" məlumat yayıb.
Meloni kabinetinə bildirib ki, son hadisələr, o cümlədən İranın İsrailə raket zərbələri və Livanda artan qeyri-sabitliklə bağlı "dərin narahatlıq" var.
Xatırladaq ki, İran İsrail ərazilərinə yüzlərlə raket atıb.
2-10-2024, 14:11
"Prezidentin çağırış və tövsiyələri əsas prioritet istiqamətlərimiz olacaq"


"Prezidentin çağırış və tövsiyələri əsas prioritet istiqamətlərimiz olacaq"

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Konfransında çıxış edib.
O bildirib ki, Azərbaycan Ombudsmanı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini həyata keçirərkən bu sahədə səlahiyyətli olan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir:
"Bizim bugünkü beynəlxalq əhəmiyyətli tədbirdə hakimiyyətin hər üç qolunun yüksək səviyyədə təmsil olunması məhz birgə uğurlu əməkdaşlığın bariz göstəricisidir”.
"Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşının təməl hüquqları uzun illər ərzində kobud şəkildə pozulmuş bir ölkənin Ombudsmanı olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin təminatçısı, keçmiş məcburi köçkünlərimizin öz tarixi ata-baba yurdlarına qayıtmalarına zəmin yaratmış, bununla da onların insan hüquqlarının təmininə nail olmuş ən böyük hüquq müdafiəçisi - Azərbaycan dövlətinin başçısı Zati-aliləri cənab İlham Əliyevə Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətə görə dərin minnətdarlığımı bildirirəm. Cənab Prezidentin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə etdiyi çağırışlar və tövsiyələr bu sahədə gələcək fəaliyyətimizin əsas prioritet istiqamətləri olacaqdır", - Səbinə Əliyeva əlavə edib.
2-10-2024, 13:59
Makron İrana meydan oxudu


Makron İrana meydan oxudu

Fransa prezidenti Emmanuel Makron İranın İsrailə hücumunu pisləyib və ABŞ-ın maraqlarını qoruyaraq Tehranla qarşıdurmaya hazır olduğunu bəyan edib.
Yelisey sarayının bəyanatında deyilir: “Biz ABŞ ordusunu və maraqlarını İrandan və İranın dəstəklədiyi terrorçulardan qorumaq üçün bütün lazımi tədbirləri görməkdən çəkinməyəcəyik”.
Bununla yanaşı, Makron əlavə edib ki, Fransa Tehrana qarşı mübarizə aparmaq üçün Yaxın Şərqdəki hərbi resurslarını işə sala bilər.
O qeyd edib ki, Paris İranın aqressiv davranışını dayandırmaq və onu ədalətə çatdırmaq üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edəcək.
Eyni zamanda, Fransa prezidenti İsraildən hərbi əməliyyatlarını mümkün qədər tez dayandırmağı xahiş edib.
2-10-2024, 13:07
Separatçılar Xocavənd, Xocalı və Ağdərədəki kütləvi məzarlıqları məhv ediblər


Separatçılar Xocavənd, Xocalı və Ağdərədəki kütləvi məzarlıqları məhv ediblər

“Üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatına qədər olan müddətdə separatçı rejim tərəfindən Dövlət Komissiyasına və BQXK-ya məlum olan bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib. Buna misal kimi Xocavənd rayonu, Qaradağlı kəndi, Xocalı rayonu, Dəhraz kəndi və Ağdərə rayonu, Sırxavənd kəndində Dövlət Komissiyasına məlum olan məzar yerlərini göstərmək olar”.
Bunu “Ailələrin “həqiqəti bilmək” hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması” mövzusunda paneldə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov deyib.
O bildirib ki, hazırda Dövlət Komissiyasının qarşısında duran əsas vəzifə I və II Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsidir: “Dövlət Komissiyası itkin şəhidlərin taleyinin aydınlaşdırılmasını yalnız dövlət büdcəsindən ayrılan vəsait hesabına edir. Dünyada isə bəzi təşkilatlar buna vəsait ayırır. Təəssüf ki, biz hələ belə donor təşkilatlardan dəstək almamışıq”.
2-10-2024, 12:54
Böyük Qayıdışla bağlı maarifləndirici nəşrlər hazırlandı - VİDEO


Böyük Qayıdışla bağlı maarifləndirici nəşrlər hazırlandı - VİDEO

Böyük Qayıdışla bağlı məlumatlandırıcı-maarifləndirici nəşrlər hazırlanıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, indiyədək 55 min nüsxə məlumat kitabçası-maarifləndirici broşürlər nəşr olunub və müvafiq qaydada yayımı təşkil edilib. Altı adda maarifləndirici, 10 adda məlumatlandırıcı broşür, Böyük Qayıdışa həsr olunmuş 2024-cü il divar təqvimi çap olunub, məcburi köçkünlər üçün məlumat kitabçası və azərbaycanlıların XX əsrdə Ermənistandan məcburi deportasiyasından bəhs edən kitab nəşrə hazırlanıb.
Məlumatlandırıcı broşürlər arasında “Şuşa qalası” seriyası xüsusi yer tutur. Tanınmış araşdırmaçı-jurnalist Vasif Quliyevin müəllifliyi ilə, Azərbaycan və ingilis dillərində 10 adda buraxılmış bu seriyaya “Şəhərin yaranması”, “Məhəllələr və küçələr”, “Toponimlər”, “Tarixi-memarlıq abidələri”, “Flora və fauna”, “Müqəddəs məkanlar”, “Karvansaralar, hamamlar, bazarlar”, “Sənətkarlıq”, “Ticarət” və “Bulaqlar” adlı broşürlər daxildir.
Maarifləndirici broşürlər mina təhlükəsizliyi, məşğulluq və sahibkarlıq, sosial müdafiə tədbirləri, icma quruculuğu və fəaliyyəti, dövlət xidmətləri, ətraf mühitin mühafizəsi və ekologiya mövzularını əhatə edir. İşğaldan azad edilmiş ərazilərin tarixi və işğaldan sonra həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırıcı-maarifləndirici broşürlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan rayonlar haqqındadır.

2-10-2024, 12:48
Sabahın havası - Güclü külək əsəcək


Sabahın havası - Güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə güclü külək əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.
Belə ki, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
Bu gün və sabah Ordubad, Culfa, Lerik, Yardımlı, Goranboy, Naftalan, Tərtər, Bərdə, Siyəzən, Samux, Şabran, Gəncə, Göygöl, Yevlax, Mingəçevir, Daşkəsən, Şəki, Şahdağ, Xınalıq, Quba, Qusar, Xızı, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
2-10-2024, 12:39
İsrailin İrana cavabı nə olacaq? - ŞOK DETALLAR


İsrailin İrana cavabı nə olacaq? - ŞOK DETALLAR

İsrail hakimiyyəti İranın hücumuna hərbi cavab vermək qərarına gəlib, lakin bunun hansı miqyasda və necə olacağı hələlik dəqiq deyil.
“Axios”un mənbələrinə görə, onlar bu məsələni əvvəlcə ABŞ administrasiyası ilə müzakirə etmək istəyirlər.
Qeyd olunub ki, İsrail müstəqil şəkildə cavab verəcək, lakin vəziyyətin strateji nəticələrinə görə öz planlarını ABŞ ilə əlaqələndirmək istəyir. Mənbəyə görə, bir gün əvvəl ABŞ administrasiyası ilə İsrail hökuməti arasında aparılan danışıqlar zamanı Amerika tərəfi İsrailin cavabını dəstəklədiyini, lakin bunun təmkinlə verilməli olduğuna inandığını açıq şəkildə bildirib.
Xatırladaq ki, İran İsrailə yüzlərlə raket atıb. "Reuters"in məlumatına görə, İran hakimiyyəti diplomatik kanallar vasitəsilə Rusiya və ABŞ-ı İsrailə hücum planları barədə xəbərdar edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!