Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                       
26-02-2025, 15:51
Parlament Xocalı soyqırımı ilə bağlı müraciətlər ünvanlayıb


Parlament Xocalı soyqırımı ilə bağlı müraciətlər ünvanlayıb

Milli Məclis tərəfindən Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, müraciətlərdə deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək onu bir gecədə yerlə-yeksan etdilər. Etnik mənsubiyyətlərinə görə 613 mülki şəxs, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan qəddarcasına qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qurbanlara misilsiz qəddarlıqla yanaşılıb. Xocalının daha 1,275 sakini girov götürülüb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də naməlumdur.
Bu soyqırım aktının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi olsa da, birbaşa icraçıları Ermənistanın silahlı qüvvələrinin üzvləri, erməni terrorçu qruplaşmaları və Xankəndidə yerləşən keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının hərbçiləri olublar.
Müraciətlərdə qeyd olunur ki, Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu gün azad edilmiş bütün ərazilərdə, o cümlədən Xocalıda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Digər bölgələrin sakinləri kimi, doğma torpaqlarına qayıtmağa başlayan Xocalı əhalisi də öz evlərində sülh və təhlükəsizlik şəraitində yaşayacaqdır.
Lakin Xocalı soyqırımı qurbanları hələ də ədalətin bərpasını gözləyir. Təəssüf ki, Ermənistan bu qətliamın və digər çoxsaylı müharibə cinayətlərinin icraçılarını ədalət qarşısına çıxarmaqdan imtina edir. Ermənistanın bu fəaliyyətsizliyi və törətdiyi qanun pozuntularına görə heç bir tədbir görməməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır, cəzasızlığı möhkəmləndirir və regionda çoxdan gözlənilən sülh və sabitliyə ciddi təhdid yaradır.
Müraciətlərdə vurğulanır ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir cinayətdir. Sivil dünyanın bu soyqırımı qətiyyətlə pisləməsi gələcəkdə belə cinayətlərin törədilməsinin qarşısını almağa kömək edə bilər.
26-02-2025, 15:40
Bakıda müğənninin anası və nənəsi dəm qazından öldü


Bakıda müğənninin anası və nənəsi dəm qazından öldü

Müğənni İlkin Fuadın ailəsində faciə yaşanıb.
Bu barədə müğənni öz sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, müğənninin anası və nənəsi vəfat edib. “Qafqazinfo” saytı isə bildirib ki, fevralın 25-i saat 23 radələrində 1938-ci il təvəllüdlü Südabə Səməd qızı İsmayılova və qızı 1962-ci il təvəllüdlü Sevda Həsrət qızı Əhmədova yaşadıqları Buzovna qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. Onlar hadisə yerində ölüb. Vəfat edən S.Əhmədova müğənni İlkin Fuadın anası, 87 yaşlı Südabə İsmayılova isə nənəsidir.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25 fevral saat 23:12-də Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsi ərazisindən iki nəfərin (qadın cinsli) dəm qazından zəhərlənmə şübhəsi ilə çağırış daxil olub. Çağırış saat 23:19-da ilk azad təcili tibbi yardım briqadasına ötürülüb.
"Çağırış ünvanının qeyri-dəqiqliyi və qeyd olunan kontaktla əlaqə yaratmağın mümkün olmadığı üçün ünvanın tapılmasında çətinlik yaranıb. Buna baxmayaraq, saat 23:36-da briqada hadisə yerinə çatıb. Təcili tibbi yardım briqadası tərəfindən iki şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. Lakin ünvanda olan şəxslərin təkidi ilə briqada ölüm faktı qeydə alınan şəxslərdən birini (1962-ci il təvəllüdlü) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edib. Tibb müəssisəsində də şəxsin ölüm faktı təsdiq olunub. Meyitlər hüquq-mühafizə orqanlarının müşayiəti ilə morqa təhvil verilib", - deyə məlumatda qeyd olunur.
26-02-2025, 15:29
Xankəndidə Xocalı qurbanlarının xatirəsi yad edildi

Xankəndidə Xocalı qurbanlarının xatirəsi yad edildi -Fotolar

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Qarabağ Unversitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Dövlət himninin səsələnməsi, şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə Xocalı şahidləri də, Xocalı şəhidlərinin doğmaları da o dəhşətli gecədən danışıblar. Oğlu, qardaşı, həyat yoldaşı ilə birlikdə ailəsinin 14 üzvünü Xocalı faciəsində itirən Elmira Allahverdiyeva bu sözləri ilə hamını kövrəldib:Bu gecə səhərədək gözümə yuxu getmədi. Açılan qara səhərinizə qurban olum ay xocalılar.

Tədbirdə çıxış edən digər natiqlər də faciənin xalqımıza yaşatdığı ağır mənəvi-psixoloji iztirablarıdan, erməni vəhşiliklərindən söz açıblar.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Səbuhi Qəhramanov Xocalı soyqrımının bəşər tarixində ən ağır faciələrdən biri olduğunu, ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışaraq, Xocalı həqiqətlərinin dünyaya çatdırılması sahəsində aparılan genişmiqyaslı işləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.S. Qəhramanov 2023- cü ilin 15 oktyabr tarixində Prezident İlham Əliyevin Xocalı şəhərində Azərbaycanın dövlət bayrağını qaldırdığını, Xocalı faciəsi qurbanlarının qisasının döyüş meydanında alındığını vurğulayıb. Anım mərasimində Xocalı soyqırımına dair hazırlanan videoçarxlar da nümayiş olunub.







26-02-2025, 15:25
Xankəndidə Xocalı qurbanlarının xatirəsi yad edildi - FOTO


Xankəndidə Xocalı qurbanlarının xatirəsi yad edildi - FOTO

Xankəndidə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Qarabağ Unversitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Dövlət himninin səsələnməsi, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə Xocalı şahidləri, Xocalı şəhidlərinin doğmaları soyqırımı törədilən dəhşətli gecədən danışıblar.
Oğlu, qardaşı, həyat yoldaşı ilə birlikdə ailəsinin 14 üzvünü Xocalı faciəsində itirən Elmira Allahverdiyeva və digərləri faciənin xalqımıza yaşatdığı ağır mənəvi-psixoloji iztirablarıdan, erməni vəhşiliklərindən söz açıblar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Səbuhi Qəhramanov Xocalı soyqrımının bəşər tarixində ən ağır faciələrdən biri olduğunu, ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışıb. Xocalı həqiqətlərinin dünyaya çatdırılması sahəsində aparılan genişmiqyaslı işlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Anım mərasimində Xocalı soyqırımına dair hazırlanan videoçarxlar da nümayiş olunub.






26-02-2025, 15:13
İlham Əliyevdən Ərdoğana təbrik zəngi


İlham Əliyevdən Ərdoğana təbrik zəngi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.
Dövlət başçıları ölkələrimiz arasında “Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirərək, əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
26-02-2025, 14:57
Hərbi Liseyin məzunu vəfat etdi


Hərbi Liseyin məzunu vəfat etdi

Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseyin məzunu, Rusiya Hərbi İnistitunun kursantı olmuş Elvin Quluzadə vəfat edib.
Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Qeyd olunub ki, E.Quluzadə bu gün xərçəng xəstəliyindən həyatını itirib.
26-02-2025, 14:08
Polis əməliyyat keçirdi - 27 kq narkotik aşkarlandı


Polis əməliyyat keçirdi - 27 kq narkotik aşkarlandı

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Daxil olmuş məlumat əsasında keçirilən tədbirlər zamanı Əvəz Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkotik vasitələri Füzuli rayonu ərazisindən Bakı şəhərinə gətirmək üçün əldə etdiyi müəyyən edilib və o, Sabunçu rayonu ərazisində saxlanılıb. Onun narkotiklərin dövriyyəsində istifadə etdiyi avtomobildən 18 kq 500 qram tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Davam etdirilən əməliyyat tədbirləri nəticəsində digər narkokuryer Müslüm Yaqubov isə Xəzər rayonu ərazisində saxlanılıb. Onun kirayə yaşadığı evdən 7 kq 500 qram tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana və 1 kq 150 qram metamfetamin aşkarlanıb.
Sonuncu əməliyyat zamanı 27 kq-dan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işi başlanılıb və həmin narkokuryerlər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat tədbirləri davam etdirilir.



[media=https://youtu.be/-3j_ZCfztNs]
26-02-2025, 13:45
Məhşur şadlıq sarayı bağlandı - VİDEO


Məhşur şadlıq sarayı bağlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli şadlıq evinin fəaliyyətini dayandırıb.
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ünvanında yerləşən “İdeal” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Qeyd olunub ki, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb və mövcud qurğulara xüsusi lisenziyası olan təşkilatlar tərəfindən xidmət göstərilməyib; elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib; obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlardan istifadə olunur; obyektdə yanar materiallardan olan bəzək əşyaları mövcuddur; obyekt odsöndürən balonlarla tam təmin edilməyib;
taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb; təxliyə planı mövcud deyil; pilləkən qəfəsində anbar otağı quraşdırılıb; obyektin pəncərələrinə metal barmaqlıqlar quraşdırılıb; obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “İdeal” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

[media=https://youtu.be/oN8oM9qW7zY]
26-02-2025, 09:45
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirildi


Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirildi- FOTOLAR

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə dövlət orqanlarına məxsus inzibati binaların qarşısında ucaldılan dövlət bayrağımız yarıyadək aşağı endirilib. Bu gün saat 17.00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.





26-02-2025, 08:26
Millət vəkili Əli bəy Hüseynzadədən yazdı


Millət vəkili Əli bəy Hüseynzadədən yazdı

Böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist Əli bəy Hüseynzadənin doğum günüdür. (24.02. 1864-17.03.1940)
Təsadüfi deyil ki, Əli bəyi müasirləri böyük Azərbaycan mütəfəkkiri, milli ideologiya səviyyəsində türkçülüyün “Ana Yasası” kimi dəyərləndirilən “türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək)” triadasının yaradıcısı və ilk carçısı, milli bayrağımızdakı rənglər simvolikasının müəllifi, türk dünyasında milli özünüdərkin və milli istiqlal düşüncəsinin mücahidi, XX əsr Azərbaycan ədəbiyyatında “Füyuzat” ədəbi məktəbinin banisi, ensiklopedik şəxsiyyət, böyük maarifçi-pedaqoq adlandırırdılar.
Əli bəy Hüseynzadə redaktoru olduğu “Həyat” qəzetində, çalışdığı “Füyuzat” jurnalında, oçerklər şəklində dərc etdirdiyi “Siyasəti-Fürusət” ədəbi-fəlsəfi traktatında və digər əsərlərində türkçülüyü və turançılığı geniş təbliğ edib. Dövrün ziddiyyətli, mədəniyyət, dil və türkçülüyün problemli olduğu bir tarixi şəraitdə, “türk” kəlməsinin dilə gətirilmədiyi tarixi bir məqamda Əli bəy Hüseynzadə “Həyat” qəzetinin səhifələrində çap etdirdiyi “Türklər kimdir və kimlərdən ibarətdir?” adlı əsəri ilə türk xalqlarına, o cümlədən Azərbaycan türklərinə üz tutaraq “Biz ki, türk oğlu türkük, biz ki, millətlərin ən qədimi və ulusuyuq,” deyə hayqırır, bəzi mətbuat orqanlarında Çingiz xanın və Əmir Teymurun monqol kimi göstərilməsini tənqid edir, onların türk olduqlarını və nəsillərindən olan şəxsiyyətlərin də adlarını çəkərək onların hər zaman türkcə danışdıqlarını və türkcə yazdıqlarını bildirirdi. Məşhur Amerika tarixçisi Tadeus Svyatoxovski Azərbaycan tarixi ilə bağlı araşdırmalarında xüsusi olaraq qeyd edir ki, “XX əsrin əvvəllərində türk xalqlarına kimliyini bildirən bir nəfər var idi, o da Əli Bəy Hüseynzadə idi.

Onun qəlbində bir türk sevgisi yaşayırdı. Əli bəy Hüseynzadə qardaş Türkiyəyə olan rəğbətini Abdulla Cövdət bəyə belə izhar edib: “Mən türkəm, müsəlmanam. Türkiyə bir türk və müsəlman hökumətidir. Bu hissiyyatla hər digər vətəndən daha ziyadə vətənimdir. Bu vətəndaşları, bu vətəni tanımalıyam”.
Görkəmli mütəfəkkirin aşağıdakı kəlamında onun varlığındakı böyük türk sevgisi daha aydın ifadə olunub: “Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar”.
Məlumdur ki, hazırda türk xalqları arasında qarşılıqlı inteqrasiya prosesi mövcuddur. Eyni kökün, oxşar mədəniyyətlərin daşıyıcısı olan türk dövlətlərinin ortaq parlamenti, digər siyasi, iqtisadi, mədəni təşkilatları yaradılır, telekörpülər təşkil olunur. Artıq Türk Dövlətləri Təşkilatı fəaliyyətdədir. Bütün bunlar Əli bəy Hüseynzadənin hələ bir əsr bundan əvvəl irəli sürdüyü ortaq türk coğrafiyası-ortaq türk birliyi ideyasının bu gün də aktual məna daşıdığını göstərir. Onun yazılarının birində qeyd olunur: “Köhnə dəyərləri nəzərdən keçirib dəyişdirməyə başlamağın tarixi anı Rusiya müsəlmanları üçün də gəlib çatmışdır… Biz gərək işləyək, öz qayğımıza özümüz qalaq, öz ehtiyaclarımız barədə danışaq… ləngimədən yeni həyatda sayımıza və biliyimizə uyğun yer tutaq”.
Tanrı izni ilə artıq bu proses sürətlə inkişaf edir.
Əli bəy Hüseynzadə fenomenal fikir adamı, tarixdə böyük izlər qoymuş nurlu şəxsiyyət, böyük ziyalı idi. Lakin təəssüf ki, Azərbaycanın ictimai-siyasi və mədəni fikir tarixinin, bütövlükdə türk dünyasının bu böyük şəxsiyyəti sağlığında müasirləri tərəfindən yüksək qiymətləndirilsə də, Azərbaycanda 28 Aprel 1920-ci il çevrilişi nəticəsində meydana çıxan sovet rejimində kommunist ideologiyası digər milli-mənəvi dəyərlər kimi, Əli bəy Hüseynzadə fenomenini də unutdurmaq, onun böyük əməllərini xalqın yaddaşından silmək, tarixi xidmətlərini saxtalaşdırmaq yolunu tutdu. Amma Türk xalqı qədirbilən xalqdır, ona xidmət edənləri heç vaxt unutmur və unutmayacaqdır! Düzdür Azər Turan, Rəfiq Zəka, Şamil Vəliyev , Orxan Vəliyev və başqaları Əli bəy Hüseynzadənin ictimai-siyasi, ədəbi fəaliyyətinə dair xeyli araşdırmalar aparılmış, haqqında dəyərli monoqrafiyalar nəşr edilmişlər, lakin etiraf etməliyik ki, müasir vəziyyətdə bu dahi söz və fikir adamının çoxcəhətli fəaliyyətinin daha çox araşdırılmasına ehtiyac var.
Üçrəngli bayrağımızda əbədiləşən milli ideyaların müəllifi Əli bəy Hüseynzadəni dərin ehtiramla yad edirik.
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin sədri
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!