Rusiya Azərbaycandan rəsmi qaydada üzr istəməlidir .....                        Ermənistan Zəngəzur dəhlizinə razılıq verib? - İrəvandan reaksiya .....                        “IDEF 2025”-də imzalanma mərasimi - FOTO .....                        Avro 2 manatadək bahalaşdı: dolların məzənnəsində isə... .....                        Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası .....                        Bu yolda hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə! .....                        Kəmaləddin Heydərov mayoru rəis təyin etdi .....                        Türkiyə ilə Britaniya razılığa gəldi - Saziş İMZALANDI .....                        Kəlbəcərə köçənlər bu binalarda yaşayacaq - FOTO .....                       
28-12-2021, 18:54
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 242 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 083, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 132, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 027 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 255 847, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 161 039, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 666 161, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 428 647 təşkil edir.

Bütöv.az
28-12-2021, 18:51
Səhiyyəmizin NAMÜBARƏK ZƏFƏRANI... -  VİDEO

Azinfo.tv saytı səhiyyə sisteminin daha bir eybəcərliyini işıqlandırıb.


Bütöv.az sözügedən saytınn videosunu təqdim edir:


28-12-2021, 18:46
XƏBƏRDARLIQ: Fevralın 15-dək bütün vaksin sertifikatları keçərlidir, sonra buster doza vurulmalıdır - VİDEO

“Buster dozanın vurulması ciddi tövsiyə edilir”.

Bütöv.az xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, artıq ölkədə 1 milyon 200 mindən çox vətəndaş buster doza alıb:

“Qeyd etdiyim kimi ikinci dozadan sonra qoruyucu immunitetin azalmasını nəzərə alaraq, buster dozanın vurulması önəmlidir və tövsiyə edilir”.

Ş.Mövsümov onu da əlavə edib ki, fevralın 15-dən ikinci dozadan 6 ay sonra üçüncü doza vaksin vurulmalıdır:

“İkinci dozadan 6 ay keçdikdən sonra COVID-19 sertifikatı əhəmiyyətini itirəcək. Müəyyən yerlərə artıq COVID-19 pasportu ilə giriş mümkündür. Fevral ayının 15 nə qədər bütün vaksin sertifikatları keçərlidir, lakin 15 fevral tarixindən sonra vaksin sertifikatlarının əhəmiyyəti itəcək. Buna görə də vətəndaşların bu məsələyə diqqətli olmaları xahiş olunur”.

28-12-2021, 18:18
Operativ Qərargah brifinq keçirdi - VİDEO

Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçirilib.

Mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev iştirak ediblər.

Brifinqdən Baku TV-nin canlı yayımını təqdim edirik:




Bütöv.az
28-12-2021, 16:47
Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb

Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb.

Ordum.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Şuşaya turistlərin gəlməsi üçün infrastruktur hazır olmaldır: "Hazırda bu istiqamətdə işlər gedir. Bildiyiniz kimi, Şuşa şəhəri 2023-cu il Türk Dünyasının mədəniyyət paytaxtı elan edilib. Ümid edirəm ki, həmin ildən turistləri qəbul etmək mümkün olacaq".

Bütöv.az
28-12-2021, 16:38
Külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alındı - VİDEO

Gömrük əməkdaşları külli miqdarda qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən aksiz markasız tütün məhsullarının realizə edilməsinin qarşısını alıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Unikal"a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən aksiz markasız məhsulların naməlum şəxslər tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən köşkdə toplanılaraq saxlanılması və ayrı-ayrı şəxslərə satışının təşkil edilməklə realizə olunması barədə məlumat daxil olub.

Dərhal yaradılmış əməliyyat qrupu tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib, belə predmetlərin satılması və satış məqsədi ilə saxlanılması müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı əsasında ərazidə yerləşən köşkə baxış keçirilib, ümumilikdə 43 adda 115 720 ədəd aksiz markasız siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Bütöv.az
28-12-2021, 16:35
Reket-“jurnalist” Ata Abdullayev yeddi il müddətinə azadlıqdan məhrum edildi - VİDEO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket-“jurnalist” Ata Abdullayevə hökm oxunub, o, yeddi il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ata Abdullayev son söz verib.
O, barəsində irəli sürülən ittihamlarla razılaşmadığını deyib və bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham verilib. Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.



Bütöv.az
28-12-2021, 16:33
AQİL ƏLİYEVİN GƏMİSİNİ GİZLİ ŞƏKİLDƏ SATIB, PULUNU BÖLÜŞDÜRDÜLƏR...

Mərhum hazırda Almaniyada yaşayan qızları 13 il əvvəl baş verən dəhşətli qətlin təfərrüatlarını açıqlayır: “2006-cı ildə Aqil Əliyev rəhmətə getdikdən sonra, İlham Məmmədov və İmran Eyvazzadə 1500 tonluq “Drafa” gəmisini atamın əlindən almışlar”

“Bu yaxınlarda sosial şəbəkələrdən, internet resurslarından oxuduq ki, “Riyad” Şirkətlər Qrupunun rəhbəri, atamın qətlinin sifarişçilərindən biri İlham Məmmədov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş, hazırda barəsində istintaq aparılmaqdadır. İndi isə hey fikirləşirik ki, görəsən, atamın qətlinin o biri sifarişçisi - İmran Eyvazzadə də nə vaxtsa həbs ediləcəkmi?...”

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, N.Nərimanov küçəsi, ev 23 B, mənzil 42 ünvanda qeydiyyatda olan, hazırda Almaniyada yaşayan Səlimova Nərgiz və Seyidova Nərminə Dianət qızları tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“Bildirirəm ki, 02.12.1992-ci və 09.12.1988-ci illərdə Bakı şəhərində anadan olmuşuq. 07.11.2008-ci ildə atam Səlimov Dianət İsmayıl oğlu qətlə yetirilmişdir. Onda mən - Səlimova Nərgiz 16 və bacım - Seyidova Nərminə 20 yaşında olmuşuq. Atamın öldürüldüyünü dərindən başa düşə bilmirdik. Nəhayət, böyüdükdən sonra anamın dediklərindən elə başa düşdük ki, atamız mərhum Aqil Əliyevin yanında işləyirmiş, ailəmiz yaxşı yaşayırmış, maddi vəziyyətimiz də yaxşıymış.

Lakin Aqil Əliyev 03.08.2006-cı il tarixdə rəhmətə getdikdən sonra, atamı A.Əliyevin şirkətində işləyən İlham Məmmədov və atamın ortağı (şəriki) Eyvazzadə İmran adında kəslər gözümçıxdıya salmışlar. Aqil Əliyev rəhmətə gedən kimi atamın işlədiyi 1500 tonluq “Drafa” gəmisini əlindən almışlar və Maxaçkala şəhərində gizlindən kimlərəsə satmışlar. Həmin gəminin satışından əldə edilən, atamın payına düşən pulun üstündə də atamı sifariş verib öldürtmüşlər.

Anamdan soruşardıq kı, atamın qətlini sifariş verənləri cəzalandırdılarmı? Anam deyərdi ki, yox, şikayət etsək də, nə İlham Məmmədovu, nə də İmran Eyvazzadəni cəzalandırmadılar, gəminin pulundan verib, atanızın qanını batırdılar. Hətta anam deyirdi ki, atanızı öldürtdürən İlham Məmmədovdan və İmran Eyvazzadədən bu gün də qorxuram, onlar çox pulludurlar, sizi də, məni də nə vaxtsa öldürtdürə bilərlər.

Beləcə, uşaqlıqdan qorxu içərisində yaşadıq. Böyüyüb şəxsiyyət vəsiqəsi alan kimi, onların qorxusundan anam bizi Bakı şəhərindən çıxarmışdır. Hal-hazırda bacımla Almaniyada çox-çətin şəraitdə, çox çətin durumda yaşayırıq. Lakin nə vaxtsa bu cinayətin üstünün açılacağına, atamın qətlinin sifarişçiləri - İlham Məmmədovun və İmran Eyvazzadənin dövlətimiz tərəfindən cəzalandırılacağına inanırdıq. O günü səbrsizliklə gözləyirdik. Hər gün Allaha yalvarırdıq, dualar edirdik ki, atamızın qanı yerdə qalmasın.

Nəhayət, bu yaxınlarda sosial şəbəkələrdən, internet resurslarından oxuduq ki, “Riyad” Şirkətlər Qrupunun rəhbəri, atamın qətlinin sifarişçilərindən biri İlham Məmmədov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş, hazırda barəsində istintaq aparılmaqdadır. İndi isə hey fikirləşirik ki, görəsən, atamın qətlinin o biri sifarişçisi - İmran Eyvazzadə də nə vaxtsa həbs ediləcəkmi? Görəsən, atamın qətlə yetirilməsi ilə bağlı cinayətin üstü açılacaqmı?

Neçə illərdir anamızın üzünə həsrət qalmışıq. Qorxumuzdan, Bakıya gəlib-gedə bilmirik. Bizə elə gəlir ki, elə Bakıya gedən kimi atamın qətlinin sifarişçiləri - İlham Məmmədov və İmran Eyvazzadə - bizi də öldürdəcəklər.

Ancaq nədənsə, bu günə kimi İlham Məmmədovla birgə atamın qətlini sifariş verən İmran Eyvazzadə hələ də həbs edilməmişdir, azadlıqda gəzir.

Bütöv.az
28-12-2021, 16:28
Yüksək təzyiq riskini 65% azaldan içki AÇIQLANDI

İnsanlar artıq 35 yaşdan yüksək təzyiq xəstəliyi riski ilə üz-üzədir. Bunun qarşısını almaq mümkündür. Bunun üçün qida və həyat rejimini dəyişmək lazımdır.

Medicina.az xəbər verir ki, Çin alimləri yeni tədqiqatlarında hipertoniya riskini azaldan, insanı qoruyan 2 içkinin effektini sübut ediblər.

Bunlar yaşıl çay və ulundur. Onar güclü antioksidant təsirə malikdir
Gündə yarım stəkan yaşıl çay və ulun içən şəxslərdə hipertoniya riskini 46% azaldıb.

Gündə 2 fincan içənlərdə isə bu risk 65% olub.

Bu içkiləri yeni aşkarlanan təzyiq xəstələri də içə bilər.

Bütöv.az
28-12-2021, 16:03
Rusiya aviabazasının cəmi 15 kilometrliyinə raket zərbələri endirildi LİMANDA KONTEYNERLƏR VURULDU - VİDEO

İsrail Hərbi Hava Qüvvələri dekabrın 28-nə keçən gecə Suriyanın Latakiyə rayonundakı dəniz ticarət limanının ərazisinə dəqiq raket zərbələri endirib.

Virtualaz.org xəbər verir ki, Suriya dövlət KİV-ləri raket zərbələrinin hədəfinin limandakı konteyner meydançası olduğunu bildirir. Suriya ordusu hava hücumundan müdafiə sistemlərini işə salıb, amma yayılan kadrlardan görünür ki, İsrail raketlərinə qarşı effektiv ola bilməyib. Zərbələrin Aralıq dənizi üzərindən endirildiyi bildirilir, ehtimal ki, vurulan konteynerlərdə İrandan “Hizbullah”a göndərilən silah-sursat olub. Çünki raket zərbələrindən sonra limanda bir-birinin ardınca şiddətli partlayışlar baş verib.

İsrail tərəfi ənənəvi olaraq bu zərbələri şərh etmir. Rusiya mənbələri isə zərbələrin Hmeymim aviabazasının cəmi 15 kilometrliyinə endirildiyini, bu zaman Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin radarlarının raketləri qeydə ala bilmədiyini bildirir. Məlumata görə, bu son bir neçə ayda İsrail aviasiyasının ən uğurlu hücumlarından biridir. Mənbələr limanın ərazisində azı 6 şiddətli partlayışın baş verdiyini deyirlər. Ehtimal edilir ki, İsrail ordusu daha alçaqdan uçan və manevr edən yeni tip qanadlı raketlər tətbiq edib, nəticədə Rusiya istehsalı olan hava hücumundan müdafiə kompleksləri onları “görə bilməyib”.



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!