57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
15-12-2024, 17:33
Ermənistan müdafiə naziri Fransaya səfər edib


Ermənistan müdafiə naziri Fransaya səfər edib

Bu gün Ermənistan müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya səfər edib.
Bu barədə “Armenpress” məlumat yayıb.
Səfər işgüzar xarakter daşıyır.
15-12-2024, 17:21
Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri həbs edildi


Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri həbs edildi

Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri Mun San Xo və onun sələfi No San Von həbs edilib.
Bu barədə “Yonhap” məlumat yayıb.
Onların hər ikisi hərbi vəziyyətlə bağlı qiyamda iştirakda şübhəli sayılır.
Bundan əvvəl sabiq müdafiə naziri Kim Yon Xyon və hərbi əks-kəşfiyyatın rəhbəri Yo İn Xyon həbs edilib.
15-12-2024, 16:36
Əfqanıstanda 35 fəhlə uçqun altında qaldı


Əfqanıstanda 35 fəhlə uçqun altında qaldı

Əfqanıstanın şimalında yerləşən Səməngan vilayətinin Dara-Sof rayonunda kömür mədəninin uçması nəticəsində azı 35 nəfər uçqun altında qalıb.
Bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.
Mənbələrin məlumatına görə, uçqun dekabrın 14-də gecə saatlarında baş verib.
Hazırda uçqun altında qalanların taleyi bəlli deyil. Hadisə yerinə tibbi briqadalar və təcili yardım maşınları göndərilib.
15-12-2024, 15:52
Estoniyadan Gürcüstanın Baş nazirinə sanksiya


Estoniyadan Gürcüstanın Baş nazirinə sanksiya

Estoniya daha 14 Gürcüstan rəsmisinə, o cümlədən bu ölkənin Baş naziri İrakli Kobaxidzeyə sanksiya tətbiq edib.
Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” platformasındakı paylaşımında bildirib.
Qeyd edək ki, Estoniya bundan əvvəl “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişviliyə sanksiya tətbiq edib.
15-12-2024, 15:20
Qafqazda sabitlik Bakı ilə İrəvanın sülh sazişini imzalamasından keçir - Yaşar Gülər


Qafqazda sabitlik Bakı ilə İrəvanın sülh sazişini imzalamasından keçir - Yaşar Gülər

Cənubi Qafqazda sabitliyin təmin olunması Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından keçir.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
O bildirib ki, Ankara bu mövzuda iki ölkənin ortaya qoyduğu səyləri və son zamanlar qət olunan yolu məmnunluqla qarşılayır.
Y.Gülər söyləyib ki, Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verib və verməyə davam edir: “Bu gün Qarabağın hər yerində şanlı Azərbaycan bayrağının dalğalanmasından məmnunluq duyuruq. “Bir millət – iki dövlət” şüarı ilə ciddi əlaqələrə malik əlaqələrimizi başda müdafiə sənayesi və hərbi əməkdaşlıq olmaqla bütün sahələrdə ən yuxarı səviyyəyə qaldırmağa çalışırıq”.
15-12-2024, 14:44
Hakim olmaq istəyənlər imtahan verib


Hakim olmaq istəyənlər imtahan verib

Dekabrın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 329 nəfərdən 4 nəfər imtahana gəlməyib. 211 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 23 – 25 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akad., H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.
15-12-2024, 14:27
İsrail İrana hava zərbələri üçün sərbəst dəhliz yaradıb


İsrail İrana hava zərbələri üçün sərbəst dəhliz yaradıb

İsrail Hərbi Hava Qüvvələrinin oktyabrın 26-da həyata keçirdiyi əməliyyat nəticəsində Tehran ətrafında 4 ədəd S-300 Hava Hücumundan Müdafiə Sistemi sıradan çıxarılıb və hazırda İran paytaxtı ətrafında strateji müdafiə yoxdur.
Bunu İsrailin sabiq müdafiə naziri Yoav Qallant “Washington Post“-un şəhrhçisi Devid İqnatiusa müsahibəsində bildirib.
Sabiq müdafiə naziri həmin əməliyyat çərçivəsində ballistik raketlər üçün yaracaq istehsal edən zavodun da vurulduğunu və buna görə də İranın yaxın iki ildə öz arsenalına əhəmiyyətli sayda ballistik raket əlavə edə bilməyəcəyini nəzərə çatdırıb. Yoav Qallant deyib ki, İsrailin 26 oktyabrda 120 qırıcı təyyarənin iştirakı ilə endirdiyi hava zərbələri “İrana qarşı hərəkət üçün pəncərə” yaradıb. Beləliklə, artıq İsrail Qəzza və Livanda olduğu kimi İrana da zərbə endirmək üçün öz qırıcı təyyarələrinə sərbəst dəhlizi təmin edib, Qəzza və Livandakı kimi İranda da hədəflərə asanlıqla hücum edə bilər. Buna görə də artıq ABŞ-ın hazırkı administrasiyası İrana qarşı nüvə məsələsində məcburedici diplomatiya üçün imkanın yarandığını görür.
15-12-2024, 14:08
Rusiya Suriyada qalmağa çalışacaq - Yaşar Gülər


Rusiya Suriyada qalmağa çalışacaq - Yaşar Gülər

Rusiya Suriyada qalmaq üçün əlindən gələni edəcək.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, indi Rusiyanın qoşunlarını Suriyadan çıxarmasına dair dəqiq sübut yoxdur: “Bəzi gəmilər təmir məqsədilə Rusiyaya aparıla bilər. Amma indi Rusiyanın Suriyadan çıxacağını düşünmürəm. Orada qalmaq üçün əlindən gələni edəcək. Hətta Rusiyanın bir rəsmisi Suriyada qalmağa davam edəcəyini və yeni hakimiyyətlə bu mövzuda müzakirə aparacaqlarını bildirib”.
Nazir söyləyib ki, Rusiya Suriya daxilində fərqli ərazilərdəki qoşunlarını Tartus və Lazkiye bölgələrinə yığıb: “Bu mərhələdə onlara lazımi dəstəyi göstərə biləcəyimizi dedik. Amma bizdən tələbləri olmayıb. Bölgədəki son hadisələrdən sonra hər ölkənin bir oyunu var”.
15-12-2024, 13:59
Kerç boğazında tanker batır


Kerç boğazında tanker batır

"Volqoneft" tankeri Kerç boğazında qəza vəziyyətindədir.
4 tondan artıq mazut daşıyan tankerdə 13 heyət üzvü var.
Qeyd edilib ki, fırtına zamanı tankerin burun hissəsi qopub, 13 heyət üzvü tankerin arxa hissəsindədir.
Sahildən 8 km uzaqlıqda olan tankerdə xəsarət alanlar və mazutun dənizə axması ilə bağlı məlumat daxil olmayıb. Xilasetmə əməliyyatına başlanılsa da, fırtına səbəbindən aviasiyanın havaya qaldırılması mümkün olmur.
15-12-2024, 13:38
Qubada partlayış - Yanğın olub


Qubada partlayış - Yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonu, Alekseyevka kəndində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1961-ci il təvəllüdlü Babayev Bədiyar Cavanşir oğluna məxsus ümumi sahəsi 80 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, yanğın nəticəsində dam örtüyünün yanar konstruksiyarı 40 kv.m. sahədə yanıb, 1 nəfər xəsarət alıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!