2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
18-02-2025, 18:27
Prezident və xanımının Ağdam səfərindən FOTOLAR


Prezident və xanımının Ağdam səfərindən FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərinə səfər edib, burada aparılan tikinti işləri ilə tanış olublar.
Butov.az dövlət başçısının səfərindən fotoları təqdim edir:






18-02-2025, 18:24
Səfirliklər bərpa olunur


Səfirliklər bərpa olunur

Rusiya və ABŞ səfirlərin tezliklə təyin edilməsi barədə razılığa gəlib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, RF və ABŞ iki ölkənin diplomatik missiyalarının fəaliyyəti ilə bağlı məsələləri birdəfəlik həll etmək barədə demək olar ki, razılığa gəlib.
Xatırladaq ki, bu gün ABŞ-nin Dövlət katibi Marko Rubio Ər-Riyadda aparılan danışıqların sonunda bildirib ki, təmasları davam etdirmək üçün diplomatik nümayəndəliklərin aktiv fəaliyyətinə ehtiyac olacaq. Tərəflər Moskva və Vaşinqtondakı səfirliklərin ştatını bərpa etmək barədə razılığa gəliblər.
18-02-2025, 17:59
“Telegram”da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs həbs olundu


“Telegram”da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs həbs olundu

“Telegram” sosial şəbəkəsində kiber üsullarla bank kartlarından oğurluq edən şəxsi polis saxlayıb.
Paytaxtın Xəzər rayonu ərazisində yaşayan bir nəfərin bank kartından 1070 manat maddi vəsaitin naməlum şəkildə digər hesaba köçürülərək oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə təqsirli bilinən Cavid Kərimov saxlanılıb.
Araşdırmalarla onun “telegram” sosial şəbəkəsində səhifələr açaraq müxtəlif kiber üsullarla bank kartlarından oğurluq etdiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, C.Kərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

18-02-2025, 17:38
Azərbaycan millisi məğlub oldu


Azərbaycan millisi məğlub oldu

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib.
B Liqasının 4-cü qrupunda yer alan yığma Şimali İrlandiya seçməsi ilə üz-üzə gəlib. Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşma Şimali İrlandiya millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 növbəti oyununu fevralın 21-də meydan sahibi Albaniya kollektivinə qarşı keçirəcək.
18-02-2025, 17:25
Putin Zelenski ilə də danışıqlara hazırdır - Peskov minnət qoydu


Putin Zelenski ilə də danışıqlara hazırdır - Peskov minnət qoydu

Rusiya prezidenti Vladimir Putin, o cümlədən Vladimir Zelenski ilə danışıqlara hazırdır.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə qeyd edib ki, , Zelenskinin Ukrayna lideri kimi legitimliyi şübhə altındadır.
“Putin özü dəfələrlə deyib ki, lazım gələrsə, Zelenski ilə də danışıqlar aparacaq”, - Peskov xatırladıb.
“Eyni zamanda, Zelenskinin özünün legitimliyinə meydan oxumaq imkanından danışan reallıq nəzərə alınmaqla, razılaşmaların hüquqi qeydiyyatı ciddi müzakirə obyektidir”, - Kreml nümayəndəsi əlavə edib.
18-02-2025, 17:23
Bəzi yollarda sürət həddi endiriləcək


Bəzi yollarda sürət həddi endiriləcək

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yağışlı və qarlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Müraciətdə vətəndaşlara mümkün qədər avtomobildən istifadə etməmək tövsiyə olunub.
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə paytaxt ərazisində qar yağacağı, yolların buz bağlayacağı ehtimal edilir. Təbii ki, belə olan halda yol-nəqliyyat hadisələrinin baş verməsi və nəqliyyat sıxlığının yaranması qaçılmazdır. NİİM sürücülərə müraciət edərək bildirir ki, ilk növbədə mümkün qədər şəxsi avtomobildən istifadə edilməsin. Mərkəzin əməkdaşları tərəfindən 24 saat yollar nəzarətdə saxlanılacaq və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə zərurət olduqda bəzi yollarda sürət həddi endiriləcək, məlumat-sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulacaq", - müraciətdə bildirilib.
Vurğulanıb ki, yol-hərəkəti iştirakçılarının yollardakı vəziyyətlə bağlı məlumatlandırılması təmin ediləcək:
"Qəzalar baş verdikdə, texniki nasaz avtomobillər yolda qaldıqda və digər hallarda, dərhal gücləndirilmiş iş rejimində çalışan Mərkəzin əməkdaşları yol polisi ilə birgə tədbirlər görəcək. Sürücülərdən sürət həddinə əməl etməyi, ara məsafəsi saxlamağı xahiş edirik".
18-02-2025, 17:13
Erməni general həbsdən buraxıldı


Erməni general həbsdən buraxıldı

Fevralın 18-də hakim Artur Voskanyanın sədrliyi ilə keçirilən iclasda Sünik vilayətinin Baş Yurisdiksiya Cinayət Məhkəməsi general Tiran Xaçatryan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin edib.
Tiran Xaçatryanın həbsi 10 milyon dram girov və heç yerə getməmək barədə yazılı öhdəliklə əvəzlənib.
Müdafiə tərəfi həbs-qətimkan tədbirinin dəyişdirilməsi vəsatəti ilə Tiran Xaçatryanın aldığı mükafatların və xatirə medallarının bir qismini məhkəməyə təqdim edib.
Prokuror həbs müddətinin 3 ay uzadılmasını istəyib.
Tiran Xaçatryan 2020-ci ildə 44 günlük müharibə zamanı xidməti vəzifələrinə səhlənkarlıq etməkdə ittiham olunur. İttihama görə, o, 2020-ci il oktyabrın 7-dən 17-dək cənub qrupunun komandiri kimi tam tərkibdə komanda məntəqəsi yarada bilməyib və hərbi əməliyyatların idarə olunması üçün kifayət qədər tədbirlər görməyib, bu isə ağır nəticələrə gətirib çıxarıb. O cümlədən, strateji yüksəkliklər və müdafiə xətləri itirilib.
Tiran Xaçatryan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi ilə ittiham olunub. O, 2025-ci il yanvarın 5-də həbs edilmişdi.
18-02-2025, 17:07
Sahibə Qafarova belaruslu həmkarı ilə görüşdü - FOTO


Sahibə Qafarova belaruslu həmkarı ilə görüşdü - FOTO

Fevralın 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, əvvəlcə, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin plenar iclas zalı ilə tanış olub.
Sonra iki ölkənin parlament sədrləri arasında təkbətək görüş keçirilib.
Görüşdən sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra tərəflər arasında geniş tərkibdə görüş olub.
Sahibə Qafarova Belarus parlamentinin sədrinin rəsmi səfərlə yanaşı, həm də Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etməsini yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycan və Belarus arasında münasibətlərin səmimiliyə, etimada və dostluğa əsaslandığını diqqətə çatdırıb.
Bildirilib ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 32 ildə ikitərəfli əlaqələrdə fundamental ənənələr formalaşıb. Münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolunu vurğulayan Milli Məclisin sədri, ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və imzalanan 170-dən artıq sənədin əlaqələrin daha da güclənməsinə xidmət etdiyini vurğulayıb. Sahibə Qafarova ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etməsindən, beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu ifadə edib.
Söhbət zamanı ölkələrimiz arasında əlaqələrə mühüm töhfələr verən parlamentlərarası münasibətlərin mövcud səviyyəsindən razılıqla danışılıb. Sahibə Qafarova ötən il Belarus Respublikasına rəsmi səfərini və orada keçirdiyi görüşləri xatırlayaraq, qanunverici orqanlarımızın həm qarşılıqlı əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiyini deyib. Bildirib ki, Belarus APA-da müşahidəçi statusu alarsa, bu, çoxtərəfli əməkdaşlığa öz müsbət təsirini göstərəcək. Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti və Azərbaycanda keçirilmiş COP29 ərəfəsində bəzi qüvvələrin ölkəmizə qarşı ədalətsiz münasibəti barədə qonağa məlumat verib.
Görüşdə Azərbaycanda və Belarusda keçirilən seçkilərdə qarşılıqlı olaraq nümayəndə heyətlərinin geniş tərkibdə müşahidəçi qismində iştirak etməsindən razılıqla danışılıb.
Ölkəmizə rəsmi səfərə və APA-nın 15-ci plenar sessiyasında iştiraka dəvətə görə təşəkkürünü bildirən Natalya Koçanova qeyd edib ki, iki ölkənin bugünkü əlaqələri illərin sınağından çıxmış qarşılıqlı münasibətlərə əsaslanır. O, iki ölkənin iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrinin yüksək səviyyədə olmasından danışaraq, bu baxımdan parlamentlərarası əlaqələrin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Qonaq Azərbaycanın öz suverenliyini tam bərpa etməsinin Belarusda da sevinclə qarşılandığını deyərək, ötən il və bu il həm Azərbaycanda, həm də Belarusda keçirilən seçkilərin vətəndaşlarımızın ölkə rəhbərliyinə güclü dəstəyinin ifadəsi olduğunu diqqətə çatdırıb.
Natalya Koçanova Azərbaycanla münasibətlərə böyük önəm verdiklərini və bu əlaqələrin daha da inkişaf etdirmək əzmində olduqlarını bildirib. Qonaq Belarusun Asiya Parlament Assambleyasında müşahidəçi statusu almağa namizədliyinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib və bu təşkilat çərçivəsində müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

18-02-2025, 16:49
Əli Əsədov Tehranda Pezeşkianla görüşüb


Əli Əsədov Tehranda Pezeşkianla görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 18-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.
Nazirlər Kabinetindən bildirilib ki, Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana çatdırıb.
Görüşdə Azərbaycan-İran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan ilə İran arasında nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirilib.
Üçüncü Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanaraq, Azərbaycanın Xəzər dənizinə sülh, dostluq və əməkdaşlıq dənizi kimi baxdığı bir daha diqqətə çatdırılıb.
Həmçinin regiondakı yeni reallıqlar nəzərə alınaraq aktual məsələlər müzakirə olunub.

18-02-2025, 16:10
Ər-Riyad görüşü başa çatdı: ABŞ-Rusiya bu mövzularda RAZILAŞDI


Ər-Riyad görüşü başa çatdı: ABŞ-Rusiya bu mövzularda RAZILAŞDI

Səudiyyə Ərəbistanının paytaxtında Amerika və Rusiya nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb.
Görüşdə iştirak edən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıqların uğurlu keçdiyini bildirib.
Uşakov tərəflərin gələcəkdə bir-birinin maraqlarını nəzərə almağa razılaşdıqlarını deyib.
O qeyd edib ki, Putinlə Trampın görüşünün konkret tarixini söyləmək çətindir, lakin onun gələn həftə baş tutacağı ehtimalı azdır:
"Rusiya və ABŞ-dan ibarət ayrı-ayrı danışıqlar qrupları Ukrayna ilə bağlı təmaslara başlayacaq. Ukrayna ilə bağlı ABŞ-la təmasların nə vaxt başlayacağına Rusiya prezidenti özü qərar verəcək".
Rusiya tərəfini Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil ediblər. ABŞ komandasına dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, Milli Təhlükəsizlik Müşaviri Mayk Uolz və xüsusi nümayəndə Stiv Vitkoff daxildir.
“Bloomberg” agentliyi yazıb ki, Ər-Riyadda aparılan danışıqlar iki liderin sammitinin ən tezi gələn həftə keçirilməsinə gətirib çıxara bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!