"Qalatasaray" səfərdə qələbə qazandı .....                        O da Ankarada Suriya lideri ilə görüşdü .....                        74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər .....                        Qatarın qarşısına qəfil çıxan şəxs yaralandı .....                        "Neftçi" məğlub oldu .....                        Ərdoğanla Əhməd əl-Şaraa 1 saat yarım nələrdən danışdılar... .....                        Şuşada “Xarıbülbül” Festivalının açılışı - FOTO .....                        Cüdoçularımız erməni rəqiblərini məğlub etdi .....                        İsrail-Azərbaycan əlaqələrində 4 vacib amil - SƏFİR AÇIQLADI .....                       
21-07-2024, 16:31
İlham Əliyevin mövqeyi düzgün və ədalətlidir - Qusman


İlham Əliyevin mövqeyi düzgün və ədalətlidir - Qusman

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın öz konstitusiyasına dəyişikliklər etməli olması ilə bağlı mövqeyi düzgün və ədalətlidir.
Bunu Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Şuşada deyib.
“Konstitusiyasında ölkənizə qarşı ərazi iddiaları olan bir ölkə ilə necə sülh müqaviləsi bağlaya bilərsiniz? Bu, tam ziddiyyətdir”, – o bildirib.
Qusman əlavə edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın bunu artıq başa düşdüyünü göstərən məlumatlar görüb: “Bunun bütünlükdə Ermənistan cəmiyyətinin dəstəyini qazanmaması başqa məsələdir. Çünki bu, Ermənistan hakimiyyətinin işidir”.
“Prezident İlham Əliyevin mövqeyi aydındır, bu, tamamilə obyektivdir və beynəlxalq reallıqlara uyğundur”, - deyən Qusman qeyd edib ki, Ermənistan bu addımı atacaq.
“Bu, gec-tez baş verəcək. Çünki sülh etmək istədiyiniz ölkəyə qarşı konstitusiyanızda ərazi iddiası ola bilməz. Bu, mümkün deyil. Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında sülh olmayacaq və bu, yalnız Ermənistanın özü üçün pisdir. Ermənistan məğlub ölkədir, üstəlik, bütün parametrlərdə: iqtisadi, siyasi, hələ heç hərbi komponenti demirəm, Azərbaycandan çox zəifdir. Bu, 44 günlük müharibə zamanı sübuta yetirildi. Erməni cəmiyyəti uzun müddət mənfi ideoloji təsir altında idi, amma mənə elə gəlir ki, indi artıq ayılma prosesindədirlər”, - TASS-ın baş direktorunun birinci müavini vurğulayıb.
21-07-2024, 14:47
Ərdoğan Ersin Tatarın Zirvə görüşünə qatılmasından danışdı


Ərdoğan Ersin Tatarın Zirvə görüşünə qatılmasından danışdı

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə qatılması son dərəcə anlamlı oldu.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ŞKTC-dən dönüşdə təyyarədə jurnalistlərə açıqlamasında bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, ŞKTC-nin beynəlxalq aləmdə məruz qaldığı haqsız təcridin aradan qaldırılması istiqamətində səyləri davam etdirirlər: "İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində ŞKTC-nin haq etdiyi yeri alması üçün gərəkəni edirik. Bu baxımdan Ersin Tatarın Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə qatılması son dərəcə anlamlı oldu. İnşaallah, önümüzdəki dövrdə bunu yeni addımlar təqib edəcək. 1974-cü ildə Barış Hərəkatı ilə qurduğumuz, 1983-cü ildə ŞKTC elanıyla əldə etdiklərimizi bütün dünyada tanınan Kipr Türk Dövləti ilə taclandıracağıq”.

21-07-2024, 14:32
Qəzzada ölən fələstinlilərin sayı açıqlandı


Qəzzada ölən fələstinlilərin sayı açıqlandı

Son sutka ərzində Qəzza zolağında 64 fələstinli ölüb, daha 105 nəfər yaralanıb.
Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Beləliklə, İsrail Ordusunun 2023-cü ilin oktyabrından Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 38 983 nəfərə, yaralananların sayı 89 727 nəfərə çatıb.
21-07-2024, 13:10
Hakimliyə namizədlər imtahan verdilər


Hakimliyə namizədlər imtahan verdilər

İyulun 21-i məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında fasiləsiz seçimi davam etdirilib.
Test imtahanında müvəffəqiyyət qazanmış 167 hakimliyə namizədlə 21 iyul 2024-cü il tarixdə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda yazılı imtahan keçirilib. Əvvəlcə Hakimlərin Seçki Komitəsi tərəfindən qapalı iclasda yazılı imtahana təqdim edilməli olan cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlanıb. Həmin inşa mövzuları təsdiq edildikdən sonra Hakimlərin Seçki Komitəsinin üzvləri tərəfindən inşa mövzuları kənar şəxslərlə ünsiyyətə yol verməmək şərti ilə imtahan keçirilən auditoriyaya gətirilib. Namizədlər həmin suallar sırasından təsadüfi yolla cinayət və mülki sahəyə aid suallar seçiblər.
Seçilmiş inşa mövzuları elan edilib və kazusların işlənilməsi üçün namizədlərə 4 saat vaxt verilib. Namizədlər verilən inşa mövzularını həll edərək müvafiq qanunun məzmununu mümkün qədər dolğun çatdırmalı və onun izahını verməklə, qanunun konsepsiyasını ifadə etməlidirlər.
İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib. Yazılı imtahanın nəticələri “ikiqat yoxlama” üsulu ilə yaxın zamanda elan olunacaq. Qeyd edək ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Növbəti test imtahanı dekabrın 15-də keçiriləcək. Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan hüquqşünasları müsabiqədə daha fəal iştiraka dəvət edir.
21-07-2024, 12:42
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.
21-07-2024, 11:41
Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır - Hikmət Hacıyev


Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa ərazi iddiaları var.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.
O qeyd edib ki, Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır:
"Sülh sazişi ilə bağlı vaxt çərçivəsi qoymuruq. Azərbaycan gözləyir ki, ərazi iddiasına son qoyulsun. Anlayırıq ki, konstitusiya hər ölkənin daxili işidir, amma burada başqa ölkəyə qarşı ərazi iddiası olmamalıdır. Hüquqi çərçivə ərazi iddialarına son qoyacaq formada olmalıdır".
21-07-2024, 10:43
İsrailin Yəmənə hücumuna İrandan reaksiya


İsrailin Yəmənə hücumuna İrandan reaksiya

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsrailin Yəmənin Qırmızı dənizdə yerləşən Hudeyda şəhərindəki limanına hücumunu pisləyib.
Diplomatın fikrincə, yəmənlilər Qəzza zolağındakı qadın və uşaqları dəstəklədikləri üçün “bədəl ödəməli olurlar”.
“Kənani sionist rejimin (İsrail – red.) Yəmənin Hudeydə şəhərindəki limanına hücumlarını qətiyyətlə pisləyib”, – materialda deyilir.
Bundan başqa, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi insidenti “İsrail iqtidarının aqressiv mahiyyətinin təzahürü” adlandırıb. O, yəhudi dövlətinin hərəkətlərinin eskalasiyasına və bütün Yaxın Şərqdə hərbi əməliyyatların yayılmasına səbəb ola biləcəyini vurğulayıb.
Xatırladaq ki, daha əvvəl BMT-nin Baş katibi Antoniu Quterriş İsrailin Yəmənə hava hücumundan narahatlığını ifadə etmişdi.
21-07-2024, 10:30
Dezinformasiya xəbərlərlə manipulyasiyaya imkan verir - Hikmət Hacıyev


Dezinformasiya xəbərlərlə manipulyasiyaya imkan verir - Hikmət Hacıyev

Texnoloji inkişaf, rəqəmsallaşdırma informasiyanın sürətlə yayılması ilə bərabər, yalan məlumatın da yayılmasına səbəb olur.
Bunu II Qlobal Media Forumunun ikinci iş günündə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir.
21-07-2024, 10:02
Fransa bizi daxili işlərinə qarışmaqda ittiham edir - Prezident


Fransa bizi daxili işlərinə qarışmaqda ittiham edir - Prezident

Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq. Ancaq bu, qətiyyən belə deyil.
Bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
“Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur. Milyonlarla insan bunun qurbanı olmuşdur və bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər”, – dövlət başçısı vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, “Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq”. Prezident qeyd edib ki, “bu, qətiyyən belə deyil”:
“Biz bunu Avropa İttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi ilə əlaqələndiririk. Onlar Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar. Biz bunu ona görə edirik və əminik ki, Fransanın etdikləri iyrəncdir, qəbuledilməzdir və buna son qoyulmalıdır. Onların həmin insanların taleyinə bu dərəcədə təsir etməyə ixtiyarları yoxdur. O ölkələr Fransadan minlərlə kilometr uzaqda yerləşir, onları assimilyasiya etməyə çalışırlar, onları təhqir edirlər. Sonuncu hadisələrdə Yeni Kaledoniyada yeddi insan həlak olub. Bu, Fransanın və onun prezidentinin əməli nəticəsində baş verib”.
“Biz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyik, əlimizdən gələni edəcəyik”, – ölkə lideri vurğulayıb.
21-07-2024, 09:52
Yəməndən İsrailə raket zərbəsi


Yəməndən İsrailə raket zərbəsi

Qırmızı dəniz istiqamətindən İsrailə istiqamətlənən raket vurulub.
Bu barədə İsrail Ordusu məlumat yayıb.
Raketin Yəmən istiqamətindən İsrailə uçduğu bildirilib. Qeyd edilib ki, raket İsrailin hava məkanına daxil olmadan vurulub, lakin qalıqlarının düşmə ehtimalı ilə əlaqədar hava hücumu həyəcanı elan olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!