Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko .....                        Mürvət Həsənli İctimai Şuranın sədri seçildi .....                        İqor Babuşkin Azərbaycandadır - Fotolar .....                        Naxçıvanda külli miqdarda narkotik məhv edildi .....                        Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanıldı - VİDEO .....                        Deputatlar amnistiya aktının müzakirəsinə toplaşırlar .....                        Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI .....                        İlin ən yaxşı qapıçısı seçildi .....                        Ərdoğan Ermənistanla normallaşma prosesindən danışdı .....                       
15-02-2025, 16:52
Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı


Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

Tovuz rayonu Alakol Kənd Bələdiyyəsinin sabiq sədri Ceyhun Quliyev barəsində cinayət işi açılıb.
Tovuz Rayon prokuroru Maarif Hüseynovun təqdimatı əsasında Tovuz Rayon Məhkəməsinin qərarı ilə Ceyhun Quliyev vəzifəsindən azad edilib və ölkədən çıxışına qadağa qoyulub.
Belə ki, C. Quliyev 14 bələdiyyə üzvünün, katibin iştirakı olmadan, onlardan xəbərsiz imzalarından, şəxsiyyət vəsiqələrinin surətindən icazəsiz, qanunsuz istifadə edərək, heç bir bələdiyyə iclası keçirmədən Köhnəqala kənd sakinin torpağını başqa bir şəxsə saxta sənədləşmə yolu ilə satıb.
15-02-2025, 16:43
Azərbaycanda 100 mindən artıq ailəyə sosial müavinət veriləcəyi gözlənilir


Azərbaycanda 100 mindən artıq ailəyə sosial müavinət veriləcəyi gözlənilir

Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi üzərində iş gedir. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, bir neçə dəfə ölkədə çoxuşaqlı ailə anlayışının 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib.
"Hazırda isə təklif üzərində iş gedir. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək", - açıqlamada qeyd olunur.
Ölkə qanunvericiliyində 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur.
Hazırda ölkəmizdə beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir. Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat müavinət ödənilməlidir.
2024-cü il 1 yanvar tarixinə olan rəsmi məlumata görə, beşdən çox uşağı olan 2,6 min qadına 11,5 min uşaq üçün sosial müavinət ödənilir.
Hesablamalara görə, müvafiq dəyişiklik ediləcəyi təqdirdə ölkəmizdə 100 mindən artıq ailə bu sosial müavinət hüququndan yararlana biləcək.
Ekspertlər deyir ki, çoxuşaqlı ailə anlayışının dəyişməsi və müvafiq sosial dəstək ölkədə demoqrafik ləngiməni dayandıra bilər.
15-02-2025, 16:36
"Rusiyanın qalib gəlməsi sülh gətirməyəcək"


"Rusiyanın qalib gəlməsi sülh gətirməyəcək"

Almaniyanın Federal Kansleri Olaf Şolts 61-ci Münhen Təhlükəsizlik Konfransının ikinci günündə çıxış edib.
ABŞ-nin vitse-prezidenti Ceyms Deyvid Vensin konfransın birinci günündəki çıxışında Avropada söz azadlığının məhdudlaşdırılması və ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının tədbirə dəvət olunmaması barədə fikirlərini tənqid edən Olaf Şolts Almaniyada seçki prosesinə hər hansı müdaxilənin qəbuledilməz olduğunu vurğulayıb. O, AfD-nin nasizmi və onun dəhşətli cinayətlərini Almaniya tarixində kiçik bir hadisə kimi qələmə verdiyini qeyd edərək deyib: “Biz kənar şəxslərin bu partiyanın xeyrinə bizim demokratiyamıza, seçkilərimizə və demokratik fikrin formalaşmasına müdaxiləsini qəbul etməyəcəyik”.
Kansler ABŞ ilə münasibətlərdəki gərginliyə baxmayaraq, Almaniyanın müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyini diqqətə çatdırıb. “Biz güclü Avropa müdafiə sənayesinə ehtiyac duyuruq. Avropada əsas sursat və silah növlərinin daimi istehsalı olmalıdır”, - deyən Kansler Avropa ölkələrinin birgə sifarişlərinin koordinasiyasının və müdafiə sənayesi şirkətlərinin əməkdaşlığının önəmini vurğulayıb.
Olaf Şolts çıxışında Rusiya-Ukrayna müharibəsinə də toxunaraq, Almaniyanın Ukraynaya dəstəyinin davam etdiriləcəyini ifadə edib. Ukrayna silahlı qüvvələrinin gücləndirilməsinin vacibliyini diqqətə çatdıran Kansler bunun təkcə Avropanın deyil, həm də transatlantik və beynəlxalq tərəfdaşların dəstəyi ilə mümkün ola biləcəyini bildirib. “Rusiyanın qalib gəlməsi və ya Ukraynanın süqutu sülh gətirməyəcək, əksinə, Avropada və daha geniş miqyasda sabitliyi təhlükə altında qoyacaq”, - deyən Olaf Şolts sülh danışıqlarında Ukraynanın suverenliyinin qorunmasının əsas şərt olduğunu bildirib.
Almaniyanın Kansleri Avropa ölkələrinin müdafiə xərclərinin artırılmasının vacibliyinə də toxunaraq, NATO-nun 2 faizlik müdafiə xərcləri hədəfini aşan bütün investisiyalar üçün Sabitlik Paktında dəyişiklik olunmasını təklif edib. O bildirib ki, bu, müvəqqəti xarakter daşımalı və üzv dövlətlərin maliyyə sabitliyi qorunmaqla həyata keçirilməlidir.
15-02-2025, 16:19
“WhatsApp”da yeni funksiya


“WhatsApp”da yeni funksiya

“WhatsApp” messenceri söhbət filtrlərini ekranın yuxarı hissəsinə yerləşdirmək imkanını sınaqdan keçirir .
Bu barədə messencerin saytında məlumat verilib.
Bildirilir ki, bu addım söhbətlər arasında naviqasiyanı asanlaşdıracaq və istifadəçilərə lazım olan mesajların tapılmasını sürətləndirəcək.
Hələlik məhdud sayda "Android" istifadəçisi bu funksiyadan istifadə edə bilər.
Əvvəllər istifadəçilər filtrləri görmək üçün söhbət siyahısında hərəkət etməli idilərsə, indi onlar proqram işə saldıqdan dərhal sonra görünəcəklər. Bundan əlavə, tərtibatçılar sevimli kontaktların siyahısını birinci yerə daşıyaraq filtrlərin sırasını dəyişiblər.
15-02-2025, 16:18
Rasim Balayevdən Baş nazirə müraciət: "Ciddi addımlar atılmasa..."


Rasim Balayevdən Baş nazirə müraciət: "Ciddi addımlar atılmasa..."

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.
Müraiət İttifaqın rəsmi saytında dərc olunub.
Rasim Balayev xatırladıb ki, Azərbaycan Kinematoqrafçılar İttifaqın 26.09.2024 tarixli iclasında uşaq kinosunun durumu da müzakirəyə səbəb olub.
Onun sözlərinə görə, iclasın yekun bəyanatında Uşaq kinosunun inkişafı Dövlət Proqramının qəbul edilməsi təşəbbüsü öz əksini tapıb:
"Uşaq və yeniyetmələrə ünvanlanmış filmlərin sayı yox dərəcəsindədir: son otuz ildə bu istiqamətdə dövlət dəstəyilə cəmi beş tammetrajlı bədii film çəkilib. Bu müddət ərzində çəkilən animasiya filmlərinin sayı isə orta hesabla ilə bir film təşkil edir. Bununla yanaşı, uşaq və yeniyetmələrin Azərbaycan kinosunun Qızıl fonduna daxil olan filmləri ilə tanışlığı da aşağı səviyyədədir".
AKİ sədri müraciətdə qeyd edib ki, Dövlət Proqramın məqsədi, uşaq və yeniyetmələrə ünvanlanmış, onların milli ruhda tərbiyələnməsinə xidmət edən filmlərin çəkilməsi, bu filmlərin ünvanına çatdırılması üçün təhsil və kino sahəsi üzrə aidiyyəti qurumların birgə işinin təmin edilməsidir: "Kinomuzun Qızıl fonduna daxil olan filmlərinin nümayişlərinin sistemli təşkili, animasiya filmlərimizin qənaətbəxş səviyyəyə qalxması, animasiya istehsalı üçün kadrların hazırlığı, azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş kino zallarının təşkili, məktəblərdə film nümayişi üçün texniki imkanların artması Proqramın əsas vəzifələrindən olmalıdır. Özəl prodüserlərin və investorların bu sahədə passivliyi səbəbindən uşaq və yeniyetmələrə ünvanlanmış bədii və animasiya filmləri çəkən, dövlət tərəfindən dəstəklənən film studiyası da Proqram çərçivəsində yaradıla bilər. Bu studiyanın, fəaliyyətlərini faktiki dayandırmış “Azanfilm” və “Yaddaş” studiyalarının bazasında yaranması məqsədəuyğun olardı”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki uşaq kinosunun, bu mövzuda film və animasiya filmlərinin yox dərəcədə olması ciddi təhlükəyə çevrilib, ana dilində uşaq filmlərsiz nəsil yetişib. Bu istiqamətdə ciddi addımlar atılmasa, gənclər əcnəbi məhsullardan asılı vəziyyətə düşəcəklər. Bu vəziyyətin ağırlığı məhz Dövlət Proqramının qəbulunu vacib edir.
15-02-2025, 15:50
Liderlər fevralın 24-ü Kiyevdə toplaşsın!


Liderlər fevralın 24-ü Kiyevdə toplaşsın!

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə sammit keçirməyi təklif edib.
Bu barədə o, Münhen Təhlükəsizlik Konfransında çıxış edib.
“Biz artıq çalışırıq ki, fevralın 24-də, Rusiyanın genişmiqyaslı işğalının üçüncü ildönümündə Kiyevdə və onlayn şəkildə bir araya toplaşaq. Bütün Avropa liderləri. Təhlükəsizliyimizi qoruyan bütün əsas tərəfdaşlar - İspaniyadan Finlandiyaya. Böyük Britaniyadan Polşaya. Vaşinqtondan Tokioya”, - Zelenski deyib.
15-02-2025, 15:31
Bakıda yanğına görə tıxac yarandı


Bakıda yanğına görə tıxac yarandı

Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində beşmərtəbəli binada yanğın hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, bu səbəbdən Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hərəkətin və ərazidə olan şəxslərin təhlükəsizliyinin təmin olunması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
15-02-2025, 15:25
Paşinyan Şoltsla Azərbaycanı müzakirə etdi


Paşinyan Şoltsla Azərbaycanı müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla görüşüb.
Bu barədə Paşinyan özünün sosial şəbəkə hesabında yazıb.
Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, görüşün müzakirə mövzuları arasında Azərbaycanla münasibətlərin normallaşması prosesi olub.
15-02-2025, 15:18
Bakıda beşmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi


Bakıda beşmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi

Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
15-02-2025, 14:46
Avropanın silahlı qüvvələri yaradılmalıdır - Zelenskidən ÇAĞIRIŞ


Avropanın silahlı qüvvələri yaradılmalıdır - Zelenskidən ÇAĞIRIŞ

Rusiya dialoqa hazırlaşmır, demək olar ki, hər gün yüz və ya daha çox “Şahid” göndərir.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransının əsas sessiyasında bildirib.
“Adi raket hücumları da həyata keçirilir və hava zərbələri daha tez-tez baş verir. Bu il isə 15 yeni bölmə yaratmağı planlaşdırır. Putin bunu ödəyə bilər, çünki enerji qiymətləri kifayət qədər yüksəkdir”, - Zelenski qeyd edib.
O, Avropa hərbi qüvvələrinin yaradılmasına çağırıb:
“Bir çox liderlər Avropanın öz hərbi qüvvələrinə – Avropa ordusuna malik olmasının zəruriliyindən danışıblar. Düşünürəm ki, vaxt yetişib. Avropanın silahlı qüvvələri yaradılmalıdır. Bu, Rusiyanın hücumlarına qarşı möhkəm dayanmaqdan çətin deyil. Lakin söhbət təkcə ÜDM-ə nisbətdə müdafiə xərclərinin artırılmasından getmir. Biz öz evlərini qorumaq ehtiyacını anlayan insanlardan danışırıq."
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!