Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
14-02-2025, 18:47
Məmur arvadını və ustanı öldürən kişiyə ömürlük həbs


Məmur arvadını və ustanı öldürən kişiyə ömürlük həbs

2023-cü ilin fevralında Tərtərdə həyat yoldaşı 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və həyətdə usta işləyən 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevi güllələyərək qətlə yetirən Asəf Məmmədova hökm oxunub.
1969-cu il təvəllüdlü A.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.7-ci (Xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla 2 və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük məhkum edilib.
İstintaq vaxtı A.Məmmədov hadisəni qısqanclıq zəminində törətdiyini, evdə səsyazan qurğu quraşdırdığını və əldə etdiyi məlumatlara əsasən, bu cinayəti törətdiyini iddia edib. Lakin ekspertiza və digər araşdırmalar zamanı G.Məmmədovanın ailəsinə xəyanət etməsini sübut edən hər hansı fakt aşkar edilməyib.
Qeyd edək ki, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub.
Namiq Allahverdiyev cütlüyün evinin qonşuluğunda - G.Məmmədovanın qardaşının həyətində atası ilə birgə usta işləyirmiş.
14-02-2025, 18:38
MSK bələdiyyə seçkilərinə yekun vurdu


MSK bələdiyyə seçkilərinə yekun vurdu

Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarı yekdilliklə qəbul edilib.
Sonda bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib edilib və bütün Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.
Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bələdiyyə seçkilərinin ümumi yekunlarına həsr edilmiş iclasında qəbul olunub.
14-02-2025, 18:15
Azərbaycanla Ermənistan razılığa gəldi


Azərbaycanla Ermənistan razılığa gəldi

Fevralın 14-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya çərçivəsində videokonfrans formatında işçi görüş keçirilib.
Görüşdə tərəflər delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələrini müzakirə edib, həmçinin komissiyaların növbəti əyani görüşünün təşkili ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
14-02-2025, 18:13
"Putin-Tramp görüşünü təşkil etməyə hazırıq"


"Putin-Tramp görüşünü təşkil etməyə hazırıq"

Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında danışıqlara ev sahibliyi etməyə hazırdır.
Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Krallıq Səudiyyə Ərəbistanında sammiti məmnuniyyətlə keçirməyə hazır olduğunu bildirir", - açıqlamada deyilir.
XİN-dən Səudiyyə Ərəbistanının Ukrayna və Rusiya arasında uzunmüddətli sülhə nail olmaq üçün səylərini davam etdirdiyi vurğulanıb.
14-02-2025, 17:46
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib


Putin Təhlükəsizlik Şurasının iclasını keçirib

Fevralın 14-də Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.
Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə daşqın və yanğın mövsümünə onların nəticələrini minimuma endirmək üçün hazırlığı müzakirə edib.
İclasda Putinin ABŞ prezidenti Donald Trampla telefon danışığının nəticələri və Birləşmiş Ştatlarla inkişaf edən əlaqələr də müzakirə mövzusu olub.
14-02-2025, 17:34
Azərbaycanda universitet rektoru istefa verdi


Azərbaycanda universitet rektoru istefa verdi

Xəzər Universitetinin rektoru istefa verib.
Məlumata görə, Xəzər Universitetinin rektoru İradə Xəlilova istefa verərək, işdən çıxıb.
Qeyd olunub ki, yaxın günlərdə yeni rektorla bağlı məlumat ictimaiyyətə təqdim olunacaq.
14-02-2025, 17:22
Rusiyadan “Zəngəzur dəhlizi" məsələsinə növbəti REAKSİYA


Rusiyadan “Zəngəzur dəhlizi" məsələsinə növbəti REAKSİYA

Rusiya və İranın regionda nəqliyyat kommunikasiyalarının açılmasına oxşar yanaşmaları var.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin bəyanatını şərh edərkən deyib.
Bundan əvvəl İran səfiri fevralın 6-da keçirdiyi mətbuat konfransında bildirmişdi ki, region ölkələrindən “Zəngəzur dəhlizi" məsələsində Ermənistanın mövqeyini yalnız İran dəstəkləyir.
“Bu, 2025-ci il yanvarın 17-də Moskvada imzalanmış Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişdə təsdiqlənir. Tərəflər qonşu regionlarda, o cümlədən Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunmasına töhfə verirlər", - Zaxarova bildirib.
Onun sözlərinə görə, yeganə fərq odur ki, Rusiya Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması üçün Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupunun üzvüdür.
Zaxarova xatırladıb ki, adıçəkilən qrup çərçivəsində artıq həm hüquqi bazanın, həm də texniki parametrlərin əlaqələndirilməsi, Ermənistanla Azərbaycan arasında nəqliyyat marşrutlarının bərpası istiqamətində böyük işlər görülüb.
"Kommunikasiyaların blokadadan çıxarılmasının əsas prinsipi dövlətlərin öz ərazisindən keçən marşrutlar üzərində suverenliyini və yurisdiksiyasını qorumaqdır. Bu şərt həm Bakı, həm də İrəvan tərəfindən bəyənilib. Təəssüf ki, erməni tərəfinin mövqeyinə görə qrupun işi dondurulub", - Zaxarova bildirib.
O, Rusiyanın tam əməkdaşlığı bərpa etməyə hazır olduğunu vurğulayıb.
Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan etmişdi ki, regionda münaqişənin həlli üçün 2021-ci ilin yanvarında yaradılmış Rusiya, Ermənistan və Azərbaycandan ibarət üçtərəfli qrupun fəaliyyətinə xitam verilməsi ilə bağlı rəsmi qərar qəbul edilməyib.
14-02-2025, 17:15
Xaçmazda şadlıq sarayı bağlandı - VİDEO


Xaçmazda şadlıq sarayı bağlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Ariz” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

- istifadə edilən qaz cihazlarının quraşdırılması və istismarı “Yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinə cavab vermir;

- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- təxliyə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Ariz” şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

[media=https://youtu.be/AFg7JxhQrjg]
14-02-2025, 16:54
Zaxarova vurulan Azərbaycan təyyarəsindən danışdı


Zaxarova vurulan Azərbaycan təyyarəsindən danışdı

Təyyarə faciəsindən Rusiya və Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə cəhdləri uğursuzluğa məhkumdur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, təyyarə qəzası nəticəsində həm Azərbaycan, həm də bizim vətəndaşlarımız həyatlarını itiriblər.
"Bu faciə həm orada, həm də bizdə dərindən hiss olunur. Amma buna baxmayaraq, bəziləri bunun üzərindən öz maraqlarını güdməyə çalışırlar. Xalqlar, xüsusən də ortaq tarix və regionda ümumi məsuliyyət zonasına sahib ölkələr arasında nifaq salmaq cəhdləri uğursuz olacaq", - açıqlamada bildirilib.
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. Hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb.
Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib.
Ancaq Rusiya faktı etiraf etmək və üzr istəmək niyyətində deyil. Moskva öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürməlidir. Mətbuatda bildirilir ki, hazırda sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işlər aparılır.
14-02-2025, 09:08
UNESCO ensiklopediyası hazırlanır


UNESCO ensiklopediyası hazırlanır

Zəngin mədəni irsi olan Azərbaycan xalqı dünya mədəniyyəti xəzinəsinə bir çox tövhələr vermişdir. Mədəni irsimizin təbliği və qorunmasında beynəlxalq mədəniyyət təşkilatları və digər platformalar mühüm rol oynayır. Bu təşkilatlar arasında UNESCO-nun da özünəməxsus yeri var. Xarici siyasətmizin vacib tərkib hissəsi olan mədəniyyət diplomatiyasının formalaşmasında bu platformanın xüsusi əhəmiyyəti vardır.
Bu il dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO-nun yaradılmasında 80 il keçir. Bu əlamətdar yubiley münasibəti ilə Azərbaycanda UNESCO ensiklopediyası hazırlanır. Bu barədə layihə rəhbərləri ADPU-nin UNESCO klubunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova və qeyri-maddi mədəni irsin hüquqi qourunması üzrə tədqiqatçı, hüquqşünas Səməd Vəkilov məlumat verib. Məlumata əsasən UNESCO ensiklopediyasının hazırlanmasında Azərbaycanın müxtəlif elm sahələrində çalışan alimlərin və ziyalılardan ibarət redaksiya heyəti iştirak etmişdir. Sözügedən ensiklopediya sahəvi ensiklopediyalar kateqoriyasına aiddir. Sözügedən ensiklopediya da UNESCO-nun yardılması, qanunvericilik bazası, quruma rəhbərlik etmiş şəxslər, Xoşməramlı səfir olmuş Mehriban Xanım Əliyevanın fəaliyyəti, Ümumidünya Maddi-mədəni İrsi, Qeyri-maddi mədəni irs, Dünya Sənət irsi, Yardıcı şəhərlər şəbəkəsi, Öyrənən şəhərlər şəbəkəsi, İlkin siyahıda olan namizəd şəhərlər, Beynəlxalq Konvensiyalar, rəsmi sənədlər, Azərbaycan-UNESCO əlqələri və.s bölmələr yer almışdır. Ensiklopediyanın hazırlanmasında AMEA-nın ixtisaslaşmış institutları və Prezident Kitabxanası ilə əməkdaşlıq edilmişdir.

Qeyd edək ki, Qərbi Azərbaycan ərazisində milli mədəniyyətimizin bir parçası olan tarixi abidələrimizin məhv edilməsi və saxtalaşdırılması ilə bağlı ictimaiyyət tərəfindən adıçəkilən quruma bir neçə dəfə kütləvi müraciətlər göndərilsə də onlar adekvat reaksiya verməmişdir. Hər bir xalqın hansı dövlətin ərazisində yerləşməsindən asılı olmayaraq mədəni irsinin saxtalaşdırılması və məhv edilməsinin qarşısının alınması hüququ Beynəlxalq Konvensiyalarda təsbit edilmişdir.
UNESCO platformasının daha yaxşı öyrənilməsi, mədəni irsimizin qorunması mexanizmlərinin funksionallığının təmin olunmasında hazırlanmış ensiklopediya müsbət rol oynayacaqdır. Qeyd edək ki, ensiklopediya yaxın vaxtlarda işıq üzü görəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!