57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
17-10-2024, 17:43
Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb?


Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb?

Azərbaycanın Avropa Şurası Parlament Assembliyasında (AŞPA) nümayəndə heyəti formalaşdırılmayıb. Bu ilin yanvarında Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.
Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.
Qərardan sonra mətbuatda Azərbaycan yalnız AŞPA-dan yox, ümumilikdə Avropa Şurasından çıxa biləcəyi barədə xəbərlər yayılıb.
Həmçinin, Azərbaycanın Avropa Şurasına illik ödədiyi üzvlük haqqının dayandırılması barədə təkliflər səsləndirilib.
Azərbaycan Avropa Şurasına illik 1.5 milyon avro üzvlük haqqı ödəyir. AŞPA-da nümayəndə heyətinin yaradılmaması üzvlük haqqı ilə bağlı məsələni yenidən gündəmə gətirib.
Milli Məcllisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov saytımıza açıqlamasında bildirib ki, bu gün Azərbaycan bayrağı Avropa Şurasının binası qarşısında dalğalanır:
“Azərbaycan Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Eyni zamanda AŞPA-da nümayəndə heyəti formalaşdırılmayıb. Bu da bu ilin yanvarında baş verən hadisələrlə bağlıdır. Amma bu gün Azərbaycan Avropa Şurasına üzvdür və bayrağı dalğalanır”.
Qeyd edək ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvüdür.
17-10-2024, 17:30
Türkiyədə meşə yanır - Helikopter və təyyarələr cəlb olundu


Türkiyədə meşə yanır - Helikopter və təyyarələr cəlb olundu

Türkiyənin İzmir vilayətində meşə yanır.
Hadisə Dikili rayonunda qeydə alınıb.
Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. Hadisə yerinə 4 təyyarə, 1 helikopter, 14 su tankeri, 4 su təchizatı avadanlığı, 1 dozer və 1 briqada göndərilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Hadisənin səbəbi hələ ki məlum deyil.
17-10-2024, 17:16
HƏMAS-ın yeni lideri öldürülüb? - İsrail ordusu araşdırır


HƏMAS-ın yeni lideri öldürülüb? - İsrail ordusu araşdırır

İsrail ordusu Qəzza zolağına endirdiyi zərbələr zamanı HƏMAS-ın 3 üzvü öldürülüb.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İsrail Silahlı Qüvvələri və Baş Təhlükəsizlik öldürülən şəxslərdən birinin HƏMAS lideri Yəhya Sinvar olması ehtimalını araşdırır.
"Öldürülən terrorçuların kimliyini hazırda təsdiqləmək mümkün deyil", - ordunun mətbuat xidmətinin açıqlamasında qeyd olunub.
Qeyd edək ki, Sinvarın Qəzzanın yeraltı tunellərində gizləndiyi iddia edilib. Mətbuat xidmətindən bildiriblər ki, daha ətraflı məlumat daha sonra dərc olunacaq.
Yəhya Sinvar HƏMAS-ın silahlı qanadının qurucularından biridir. O, 22 ildən çox İsrail həbsxanalarında qalıb və 2011-ci ildə sərbəst buraxılıb. Sinvar bu ilin avqust ayında HƏMAS-ın öldürülən lideri İsmayıl Haniyəni əvəz edib.
17-10-2024, 17:13
Sabiq deputat Paşinyana qarşı “intihar dəstələri” yaratmağa çağırdı


Sabiq deputat Paşinyana qarşı “intihar dəstələri” yaratmağa çağırdı

Oktyabrın 17-də İrəvanda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının işinin reqlamenti, eləcə də parlamentin Ermənistanın Müstəqillik Bəyannaməsinə dair bəyanat layihəsi üzrə dinləmələr keçirilib.
Dinləmələr “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının təşəbbüsü ilə çağırılıb.
Dinləmələr müxalifət və hökumətyönlü deputatlar, hökumət nümayəndələri, ekspertlər, hüquqşünasların iştirakı ilə keçirilib.
Parlamentin eks-deputatı Ruben Akopyan dinləmələr zamanı Nikol Paşinyan hakimiyyətinə qarşı üsyana çağırıb. O, Konstitusiyanın dəyişdirilməsinin əleyhinə çıxıb.
“Bunlardan qurtulmaq üçün biz üsyan etməliyik. Vergilərimiz hesabına dolanan dövlət qurumları bizim hüquqlarımızı pozur”, - deyə sabiq deputat emosiyalarını ifadə edib.
“Nəyin bahasına olursa-olsun üsyan etmək, nəyin bahasına olursa olsun “intihar dəstələri” yaradıb onları qovmaq lazımdır!” – Ruben Akopyan vurğulayıb.
17-10-2024, 16:59
Portuqaliya millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı


Portuqaliya millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı

Qadın futbolçulardan ibarət Portuqaliya yığmasının Avropa çempionatının pley-off mərhələsində Azərbaycan milli komandası ilə keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.
Baş məşqçi Fransisko Netu 25 futbolçuya dəvət göndərib.
Qapıçılar: İneş Pereyra (“Everton”, İngiltərə), Patrisiya Moraiş (“Braqa”), Rute Koşta (“Benfika”);
Müdafiəçilər: Joana Marşao (“Servett”, İsveçrə), Ana Seysa (“Tiqres”, Meksika), Diana Qomeş (“Sevilya”, İspaniya), Katarina Amadu, Karole da Silva Koşta (hər ikisi “Benfika”), Ana Borxes, Alişiya Korreya (hər ikisi “Sportinq”), Ana Rute (“Braqa”);
Yarımmüdafiəçilər: Andreya Xasintu (“Real Sosyedad”, İspaniya), Tatyana Pintu (“Atletiko”, İspaniya), Frantsiska Nazaret (“Barselona”, İspaniya), Andreya Fariya, Andreya Norton (hər ikisi “Benfika”), Fatima Pintu, Andreya Bravo (hər ikisi “Sportinq”), Doloreş Silva (“Braqa”);
Hücumçular: Cessika Silva (“Skay Blu”, ABŞ), Telma Enkarnasan, Diana Silva, Ana Kapeta (hamısı “Sportinq”), Karolina Mendeş (“Rasinq Pouer”), Stefani Ribeyru (UNAM, ABŞ).
Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya ilə ilk oyununu oktyabrın 25-də Bakıda, cavab matçını isə bundan 4 gün sonra Braqa şəhərində keçirəcək.
17-10-2024, 16:54
Gürcüstan azərbaycanlıları Şuşada - FOTO


Gürcüstan azərbaycanlıları Şuşada - FOTO

Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfəri başlayıb.
Qonaqların Xankəndi, Şuşa və Ağdamla tanışlığı nəzərdə tutulur.
Altı gün ərzində üç qrup halında həyata keçiriləcək səfər zamanı 30 il işğal altında qalan torpaqlarımızda törədilən erməni vandalizmi, həmçinin azad olunduqdan sonra bu yerlərdə həyata keçirilən böyükmiqyaslı tikinti-quruculuq işləri barədə məlumat veriləcək.
Birinci qrupda iştirak edən qonaqlar əvvəlcə Şuşaya gəliblər.


17-10-2024, 16:48
Nazirdən avtomobillərlə bağlı tapşırıq


Nazirdən avtomobillərlə bağlı tapşırıq

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov paytaxtda sürücü intizamının daha da yüksəldilməsinin vacib olduğunu bildirib.
Bu barədə V.Eyvazov nazirliyin kollegiya iclasındakı çıxışında söz açıb.
Avtomobilləşmənin sürətlə artdığı bir dövrdə paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlər çərçivəsində yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyat axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının, sürücü intizamının daha da yüksəldilməsinin, ümumən müvafiq sahədə tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayan nazir bu məsələlərlə bağlı aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verib.
17-10-2024, 16:15
Azərbaycan hərbi xərclərini 1.7 milyard artırır


Azərbaycan hərbi xərclərini 1.7 milyard artırır

Gələn ilin büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ilkin varintla müqayisədə artırılacaq.
Müdafiə və təhlükəsizlik xərcləri ilkin variantda nəzərdə tutulan 6 milyard 658,3 milyon manatdan 8 milyard 396,3 milyon manata çatdırılacaq.
Maliyyə Nazirliyi bildirib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılıb. Xərclər aşağıdakı kimi bölüşdürüləcək:

müdafiə qüvvələri – 2 665 277 196,0

milli təhlükəsizlik – 467 917 873,0

sərhəd xidməti – 540 314 143,0

müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar – 5 359 711,0

müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər – 4 717 428 673,0

Nazirlik qeyd edib ki, hərbi xərclərin artırılmasına əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacıdır.
17-10-2024, 15:45
Elza ilə Roza arasında növbəti məhkəmənin tarixi


Elza ilə Roza arasında növbəti məhkəmənin tarixi

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında ötən gün keçirilməli olan məhkəmə iclası təxriə salınıb. Məlumata görə, Elza
Seyidcahanın vəkili məhkəmə iclasında iştirak etsə də, Roza Zərgərlinin vəkili məhkəməyə müraciət edərək, iclasın başqa günə təyin edilməsini istəyib. Vəkilin müraciəti təmin olunub və məhkəmə təxirə salınıb.
Sənətçilər arasında növbəti məhkəmə iclası 23 oktyabr saat 11:05-ə təyin edilib.
İş Yasamal rayon məhkəməsində hakim Rəşad Cavadzadənin icraatındadır.
Xatırladaq ki, Əməkdar artist Elza Seyidcahan xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və müğənni Roza Zərgərlinin ona böhtan atdığını bildirib. Roza Zərgərli haqqında iddia Cinayət Məcəlləsinin 147-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi üzrə icraata götürülüb.
16-10-2024, 22:17
Əziz Muradımız biz səninlə fəxr edirik!


Əziz Muradımız biz səninlə fəxr edirik!

Qərbi Azərbaycanımizin Qarabağ torpağına ayaq izi dəyməyən, lakin, bu torpaqda öz qanı ilə şəhidlik ünvanını yazan igid oğullarımizdan biri Murad Məmmədov. Doğmamız, dayımin nəvəsi, mehriban, qohumlar arasında özünə az yaşı ilə hörmət qazanmış, vətən qeyrətli şəhidimiz. Türkiyədə təhsil alırdı, savadlı olduğu üçün Bolqarıstana Sofiya şəhərinə göndərilmişdi. Torpaq sevgisi, xalqının namusunu qorumaq onu uzaq-uzaq ellərdən Qarabağ torpağına səslədi. Sentybrın 25-də 24 yaşını qeyd edib, 29-da könüllü olaraq mühribəyə yollandı. Təhsillindən əlavə idmanda da, incəsənətdə də fərqlənirdi. Cüdo yarışlarında qalib, gözəl pioninoçu Muradımız öz həyatını olduğu kimi bütün fəaliyyətini də hər bir sahədə yarımçıq qoydu. 44 günlük müharibədə şəhidlər sırasında tarixin yaddaşında əbədilik titulu ən yüksək olan bir ad qazandı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar Azərbaycan xalqının qeyrəti, namusu, vicdanı uğrunda qurban getdilər. Bu gün hər birimiz onların xatirəsini yad etməklə, ruhları qarşısında borcumuzu ödəmiş olarıq. Əziz Muradımız sən də bu igidlərdən birisən. Biz səninlə fəxr edirik. Məkanın cənnət olsun!
Ruhuna sayğılarla: Südabə
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!