Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                       
Tarix : 24-11-2016, 18:49
Polşa ilə siyasi məsləhətləşmələr keçirildi

Xarici işlər nazirinin müavini Xələf Xələfov Polşanın xarici işlər nazirinin müavini Marek Julkovski ilə görüşüb və iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Butov.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, Xələf Xələfov Azərbaycan-Polşa əlaqələrindən danışıb, iki ölkə arasında siyasi münasibətlərin səviyyəsi və əməkdaşlığın strateji xarakter daşımasından məmnunluq ifadə edib. Xələf Xələfov əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirdi və sənaye, kənd təsərrüfatı, turizm, maşınqayırma, neft-kimya və müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmək üçün qarşılıqlı səylərin artırılmasının vacibliyini vurğulayıb.

Marek Julkovski ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi, habelə Prezidentlərin Vyana və Sank-Peterburq görüşləri haqqında məlumat verən X. Xələfov status-kvonun qəbuledilməzliyini vurğuladı və münaqişənin yalnız mərhələli şəkildə, beynəlxalq tanınmış sərhədlər çərçivəsində, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməli olduğunu qeyd edib.

Marek Julkovski bildirib ki, Polşanın münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməli olduğuna dair mövqeyi deyişməz olaraq qalır və Polşa Ermənistan-Azərbaycan münaqişənin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!