Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 22-05-2015, 14:17
Güney Azərbaycan: inamlı, idraklı hiddətə yetmək, yetirmək

İşıqlı Atalı Mütləqə İnam Ocağının Yükümlüsü
Güney Azərbaycandakı 2006-cı il 22 may hadisələrindən 9 il ötür. Ötən illərdə durumun daha da gərginləşdiyi göz qabağındadır. Soydaşlarımızın milli azadlıq yönündəki çabaları çox hallarda istəkdən o yana getmir. Durumun təhlili onu deyir ki, bütün hallarda Güney Azərbaycanda nə qədər çətin olsa da, milli kimlik yönündə maariflənməyə, maarifləndirməyə gərək var. İndi İran kimi qapalı bir ölkədə belə elmi-texniki gəlişmənin qarşısını kəsmək qətiyyən mümkün deyil. Bu ölkədə informasiya texnologiyalarının inkişafı insanların internetdən istifadəsini getdikcə daha da qaçılmaz edir. Təbiidir ki, internetdən istifadə soydaşlarımızın dünya ilə əlaqəsini daha da operativləşdirir. Deməli, soydaşlarımızın Azərbaycan-Türk ruhu – mədəniyyəti, ədəbiyyatı, tarixi ilə bağlı bilgilər almaq imkanları da getdikcə atrır. Burada arzuolunan odur ki, soydaşlarımız dünyaya çıxmaq imkanı tapdıqda onu daha ciddi dəyərləndirə bilsinlər, parçalanmış millətimizin mənəvi birliyi yönündə hər bir kəs bacardığı insani çabanı göstərsin.
***
Yolun çətinliyi heç kəsi ruhdan salmamalıdır. Bilmək gərəkdir ki, Türk ulusunun varolma mübarizəsi heç zaman asanlıqla başa gəlməyəcək. Millət olaraq insani haqqımızı tələb etməyimiz borcumuzdur. Ancaq bu, hər birimizdən yetkinlik tələb edir. Güneyli soydaşlarımız idraki-mənəvi yetkinliyə çatmaq yönündə çalışmalıdırlar. Bu, ötən onillərdəki səhvlərdən qurtulmaq üçün də gözəl imkanlar yaradar. Yetkin insanların azadlıq mübarizəsi yetkin sonucla başa çatar. Bütün hallarda isə azadlıq mübarizəsini hər bir fərdin azadlıq hadisəsi səviyyəsində dərk etmək, bu duyğuyla canlı şəkildə yaşamaq gərəkdir.
***
Mümkün qədər dünyanın halıyla yaşamamaq, dünyanın halından üstün olmaq gərək! Bilmək ki, dünyanın Azərbaycan dərdi yoxdur. Ona görə də Bütöv Azərbaycan eşqi ilə yaşayan hər bir kəs Vətəni təmsil edəcək mənəvi gücə yetməlidir. Bu imkan isə hər bir soydaşımızın aqibətində
var. Ruhu bütöv Azərbaycanımız ikiyəbölünmüşlük taleyini yaşamaqdadır. Dünyanın gerçək səviyyəsi halımızı, aqibətimizi anlamaq qüdrətində deyil. Bizi sevməyənlər güclü və zəif məqamlarımızı durmadan öyrənirlər. Dünya hələ də Güney Azərbaycan dərdimizə saymazlıq göstərməkdədir.
***
Ötən yüzildə və bu yüzilin əvvəllərində Güney Azərbaycanda baş verən hadisələr onu göstərdi ki, Azərbaycan türkləri bu və ya başqa taleyüklü məsələlərdə həmişə özünün fitri imkanlarına, bir millət olaraq ruhuna daha çox əsaslanmalıdır. Bu yöndə Türk Dünyasının gələcəkdə, haçansa köməyi məsələsinə gəldikdə isə təəssüf ki, hələ türklərin birliyi mahiyyətcə əməldə reallaşmayıb. Azərbaycan aydınları özgələrdən kömək ummaq adətindən əl çəkməlidirlər. IX yüzildə həşəmətli ərəb imperiyasına qarşı mübarizədə xəyanət nəticəsində məğlub olaraq tikə-parça edilən Babəkin başçılıq etdiyi hərəkatın süqutundan sonra Azərbaycanın taleyində yenidən silsiləvi fəlakətlərə yol açıldı. Şah İsmayıl Xətayinin qurduğu dövlətin türkçülük yönü təəssüf ki, çox çəkmədi. Şah Abbas Xətayinin bütün zəhmətini farsçılığın ayağına bada verdi. 1721-ci ildə imperiya kimi qurulan Rusiya Azərbaycanın işğal olunması ilə bağlı qəddar istəklərini bir əsr ərzində gerçəkləşdirdi. Başqa tərəfdən də İran Azərbaycanın tarixən düşdüyü böhranlı vəziyyətdən istifadə edərək zaman-zaman torpaqlarımızı işğal etdi.
***
XIX yüzilin əvvəllərində Azərbaycan xanlıqlardan ibarət idi. Təəssüf ki, tarixən türkün biri-birini sevməməsi, vahid dövlətçiliyinin belə bir gərəkli məqamda təsdiq olunmaması ilə acı bir gerçək durum yaratmışdı. Bir-birini sevməyən Azərbaycan xanları nə qədər ürəkağrıdıcı səslənsə də, məhz bir-birlərindən müdafiə olunmaq üçün çoxu qıraqdan özünə qəyyum axtarmağa başladı. İranla Rusiya hər biri ayrı-ayrılıqda mövcud fəlakətli durumumuzdan məharətlə istifadə etdilər. Yurdumuz iki böyük yağı dövlətin müharibə meydanına çevrildi. Türkmənçay müqaviləsi Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının parçalanması demək oldu. Həmin amansız bağlaşmadan sonra indi də özümüzə gələ bilmirik. Azərbaycan türklərinin parçalanmış xalq olduğunu dünya etiraf etməlidir. Azərbaycanın tarixi ərazilərinin böyük bir hissəsinin İranın əsarəti altında olduğu ilk növbədə soydaşlarımızın ağlına və ürəyinə yazılmalıdır. Babəkin xəlqi əməli azadlıq uğrunda apardığı uzunmüddətli döyüşləri hələ də soydaşlarımız tərəfindən ömürləşməyib. Babəkə ikili münasibətdən azad olmağımız gərəkdir.

***

Güney Azərbaycan İran əsarətində olduğu 200 illik müddətdə özünün milli ruhunu çoxlu itkilər versə belə, qoruyub saxlaya bilib. Bu gün fars şovinizminin bütün qadağalarına baxmayaraq, sazın soydaşlarımızın əlindən alınması mümkün deyil. Hazırda Azərbaycanımızın Güneyində sazın əvvəlki dövrlərdən daha güclü bir səviyyədə inkişaf etməsi milli ruhun köklü, ciddi müqavimətinin nəticəsi kimi meydana çıxır. Saz türkün möhtəşəm döyüşkənlik ruhunu ifadə edir. Bu ifadədə zəifliyə və zəlilliyə yer yoxdur. Düzdür, saz ruhumuzun bir zamanlar daha güclü olmuş məqamlarını rəmzi şəkildə bizə çatdırsa da, olmalı olanı inadla, inamla bizə xatırlatsa da, bu ruhu ağlında, ürəyində gəzdirən soydaşlarımızın, bütövlükdə millətimizin ölümsüzlüyünü təsdiq edir. Güney Azərbaycanda saza ilahi səviyyədə sevgi var. Bu sevgi soydaşlarımıza bütün məqamlarda sazı anlamağa, onu böyük bir heyrət və eşqlə ifa etməyə imkan verir. Saz itirdiyimiz yurd yerlərimizdən yana-yana danışsa da, onun bu harayında zəlillik və zəiflik olmadığından kədərimiz bizə yenilməz güc verir.
***
Bu gün Azərbaycan Türkcəsinin ardıcıl şəkildə farslaşdırılması üçün İran əlindən gələni edir. İranda ana dilimizdə məktəblər yoxdur, faktiki olaraq bu, Azərbaycan Türkcəsini elmi, kütləvi yöndə soydaşlarımız arasında daha geniş şəkildə bərqərar olmasına ciddi maneə yaranır. Əksinə, Güney Azərbaycanın çoxsaylı bölgələrində, ümumən isə İranın hər yerində farsdilli məktəblərin sayı artırılıır ki, Azərbaycan Türklərinin ana dilinin imkanları daha da məhdudlaşsın. İçındə olduğumuz təhlükələrdən çıxış yolu – Asif Atanın Mütləqə İnam dünyabaxışıdır. Bu Yol “İnsanlaşın, İnsanlaşdırın!” harayına əsaslanır, bizi gerçəkdən ulus olaraq var etməyə qadirdir, bəşərin də xilas yoludur.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!