"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 2-02-2017, 12:39
Güneyli şairimiz Əli (Ellər) Abdullahi


XX əsrin 50-60-cı illərindən başlayaraq bir qrup Güneyli şairlər və sənətkarlar öz qələmləri, sazları, sözləri ilə tanınmağa başladılar və soraqları bütün Türk dünyasına səs salmışdı. Bunlardan Məhəmmədhüseyn Şəhriyar, Nazim Şərəfxani, Aşıq Polad Qaradağlı, Aşıq Hüseyn Cavan və onlarla söz xiridarları doğma Azərbaycan dilində yazıb yaradırdılar.


Güney Azərbaycan şairləri və aşıqları haqqında dəfələrlə yazılıb və yazılmaqda da davam edir. Belə şairlərdən biri də Əli (Ellər) Abdullahidir.

Əli (Ellər) Abdullahi 01 yanvar 1960-cı ildə Güney Azərbaycanın Qaradağ mahalının Xudafərin rayonunun Şahgəldi kəndində anadan olub. İlk təhsilinin bir hissəsini doğma Şahgəldi kəndində oxuyub və 5-ci sinifdən sonra valideynləri Tehran şəhərinə köçdüyündən balaca Əli də valideynləri ilə Tehrana getmiş və 5 il də Tehranda oxumuşdur. Orta təhsilini başa vurub hərbi xidmətə getmişdir. İki il hərbi xidmət borcunu verəndən sonra İnşaat Mühəndisləri Universitetində təhsil almışdır.
Əli (Ellər) Abdullahi ilk şeirini 15 yaşında yazdığını bildirdi. Şair onu da qeyd etdi ki, şeirlərim aşıqlar tərəfindən el şənliklərində oxunduqdan sonra daha da həvəslənmişdim.
Güldürlü Vəlidən, Seloğlundan, Qafar Mahmudidən (Dustaq), Taymaz Taymazlıdan, Əli Cadpurdan, Əzim Ağayidən, Məmməd Ağlar və başqalarından bəhrələnməyə başladım. Əli Abdullahi eyni zamanda Azərbaycan Respublikasının tanınmış dahi şairlərindən Nəriman Həsənzadə, Musa Yaqub, Xəlil Rza Ulutürk və Zəlimxan Yaqubu özünə ustad sayır və əsasən bu şairlərdən bəhrələndiyini deyir.
Güneyli şairimiz Əli (Ellər) Abdullahi

Şair həm də ustad aşıqların yaradıcılığından bəhrələndiyini bildirdi ki, bu ustad aşıqlardan aşıq Kamandar Əfəndiyev, aşıq şair Alqayıt Xəlilov, Mikayıl Azaflı, Əkbər Cəfərov, Hüseyn Saraclı və başqa aşıqlar olub. Ona görə də yazdığı şeirlərini, qoşma, gəraylı, təcnis və s. aşıq şeir üslublarında yazıb.
Əli (Ellər) Abdullahinin hələ ki, şeirlər kitabı çap olunmayıb, ancaq Güneydə çıxan "Qaradağ ulduzları", "Yüz bir şairlər" və Azərbaycanda nəşr olunan "Xan Kamandar" kitablarında çap olunub.
Şairin bir neçə şeirini oxuculara təqdim edirik:

Hüseyn Məmmədov
müəllim

Aparmıya

Nadanın gönündən çarıq tikəsən,
Ayaqda dolana, baş aparmıya.
Arif məclisində arif yanında,
Fikir xəyalımı çaş aparmıya.

Tutduğu əməldən utana özü,
Bəlkə başa düşə, anlaya düzü.
Naməhrəm dalınca qalmaya gözü,
Gələnə-gedənə qaş aparmıya.

İşləri verməyin səhlin əlinə,
Əsla işi verin, əslin əlinə.
Nadan da düşməsin cəhlin əlinə,
Quru odun deyib yaş aparmıya.

Hər işdən agahdı, ilahi vardı,
Hər məzlum olanın bil ahı vardı.
Hər kəsin özünün günahı vardı,
Yalandan şeytana daş aparmıya.

Adam var ki, çoxdan ölüb dirikən,
Ehsanın var, ver diriyə dirikən.
Kaş Ellərə hörmət edə dirikən,
Ölsə məzarına aş aparmıya.

Atam evi

Mənim Məkkəm, Mədinəmdir,
Atam evi, atam evi.
Neynirəm atasız evi,
Atam evi, atam evi.

Orda göz açdım dünyaya,
Baxdım günə, həm də aya.
Oxundu otuz cüzə ayə,
Atam evi, atam evi.

Ziyarətə divar, daşa,
Deyilənlər gəldi başa.
Yenə də köhnə dam-daşa
Atam evi, atam evi.

Ellər gəlib ocağına,
Sığınıbdır bucağına.
Dur al məni qucağına
Atam evi, atam evi.

Vətəndə yatmağa aparın məni

Şair bu şeiri Əli Fərrizadənin
(Seloğlu) əziz xatirəsinə həsr edib


Amandı əmanət məzara qoyun,
Vətəndə yatmağa aparın məni.
Anamın laylası qulağımdadı,
Vətəndə yatmağa aparın məni.

Torpağım ordadı, daşım ordadı,
Ayağım ordadı, başım ordadı.
Ağlayan gözlərim, yaşım ordadı,
Vətəndə yatmağa aparın məni.

İstər xoşuz gəlsin, acığnız gəlsin,
Vətənsiz şairə yazığnız gəlsin.
Oğul da gəlməsə, deyin qız gəlsin,
Vətəndə yatmağa aparın məni.

Məzar yad məzardı, yata bilmərəm,
Atamı, anamı tapa bilmərəm.
Özümü özgəyə qata bilmərəm,
Vətəndə yatmağa aparın məni.

Ellər oxuyanda sözün şairin,
Axtarıb görməyə özün şairin.
Torpağa qoymağa üzün şairin,
Vətəndə yatmağa aparın məni.

Sözüm ola

Tələsmərəm yeri gələ,
Danışmağa sözüm ola.
Yaxşı-pisi aramağa
Səbrim ola, dözüm ola.

Hər xəbərə inanmayam,
Gördüyümü de danmayam.
Nahaq yerə budanmayam,
Barışmağa üzüm ola.

Gəl Elləri anla bir az,
Dərin düşün, olma dayaz.
Qış çıxmamış gələrmi yaz,
Söz ocağım, közüm ola.

Qurban olum

Aşıq Əkbər Cəfərovun "Qurban olum"
şeirinə yazdığı nəzirə


Hörmətini artıq eylər,
Söz qanana qurban olum.
Yediyini itirməyə
Duz qanana qurban olum.

Yaranandan əsir insan,
Hey yolları kəsir insan.
Əyri getməz əsl insan,
Düz qanana qurban olum.

Bağban-bağdan bar istiyər,
Fərhad dağdan yar istiyər.
Xəstə könlü qar istiyər,
Buz qanana qurban olum.

Gəl Ellərin ocağına,
Sığıngınan qucağına.
Alar səni qucağına,
Üz qanana qurban olum.

O dərman eylər

Aparın yurdumda salın yerimi,
İstəsə dərdimə o dərman eylər.
Ay həkim, ay loğman, soyma dərimi,
İstəsə dərdimə o dərman eylər.

Dağlarımda xəstə üçün qar olar,
Vətənindən dönən biilqar olar.
Xəstənin dərmanı xəstə yar olar,
İstəsə dərdimə o dərman eylər.

Oba köçüb yurddan-yurda düşəndə,
Ötən xatirələr yada düşəndə.
Çay qaynayıb qurban payı bişəndə,
İstəsə dərdimə o dərman eylər.

Düz yurd yaylağımdı, ürəyimdə düz,
Artırıb dərdimi eyləmə sən yüz.
Bulaqlarda bitən o güllü yarpız,
İstəsə dərdimə o dərman eylər.

Gəvən gülü, bal arısı, köməncim,
Anam deyən dərmanımdı köməncim.
Kəklik otu, bir də həmən köməncim,
İstəsə dərdimə o dərman eylər.

Elər qələmini götürən zaman,
Ellər ələmini götürən zaman.
Məni öz evimə ötürən zaman,
İstəsə dərdimə o dərman eylər.

Qəribəm

Bir əcəl quşuna xəyalım çaşdı,
Bazar da qəribdi, mən də qəribəm.
Altımda torpaqdı, üstümdə daşdı,
Məzar da qəribdi, mən də qəribəm.

Ayrı düşüb Vətən mənə, el mənə,
Axtarıram göstərən yox yol mənə.
Dərdi-qəmi əldə qələm bol mənə,
Yazan da qəribdi, mən də qəribəm.

Ellərəm dağıdıb burcu-barımı,
İtirdim tapmıram rüzgarımı.
Kimə tapşırmışam gor məzarımı,
Qazanda qəribdi, mən də qəribəm.

Öldü Kamandar

(Borçalı aşıq məktəbinin böyük sənətkarı Aşıq Kamandar Əfəndiyev haqq dünyasına qovuşanda)


Xəbər ver Qoşqara, geyinsin qara,
Dağların laylası - öldü Kamandar.
Şahdağı yeddi il əzada qalsın,
Dağların laylası - öldü Kamandar.

Aşıqlar yas tutdu, borça ağladı,
Qarabağ dağıldı, Göyçə ağladı.
Bülbüllər ötmədi, qönçə ağladı,
Güllərin laylası - öldü Kamandar.

Əmrahla Saraclı, bir də Kamandar,
Analar ad qoysun bir də Kamandar.
Həmişə əzbərdi dildə Kamandar,
Dillərin laylası - öldü Kamandar.

Əflatun oyansın, Ərəstu gəlsin,
Məkkədən yasına pərəstu gəlsin.
Haray salın, ellər Kürüstə gəlsin,
Ellərin laylası - öldü Kamandar.


"Bütöv Azərbaycan" qəzeti
02.02.2017-ci il


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!