Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 10-11-2016, 15:29
Təbrizdə bir şair var

XX əsrin 30-40-cı illərində Cənubi Azərbaycanda bir qrup el şairləri və sənətkarları öz qələmləri ilə, sazları, sözləri ilə tanınmağa başlamışdı. Bunlardan Məhəmmədhüseyn Şəhriyar, Möcüz, Kərim Məşrutəçi, Abbas Bariz, Aşıq Hüseyn Cavan, Aşıq Əziz Şəhnazi və başqaları doğma Azərbaycan dilində yazıb yaradırdılar.

Cənubi Azərbaycan şairləri haqqında dəfələrlə yazılıb və yazılmaqdadır. Belə şair, tədqiqatçılardan biri də Məhəmməd İbadi (Alışıq) Qaraxanlıdır.

Məhəmməd İbadi Alışıq 1979-cu ildə Təbriz şəhərində anadan olub. 1987-ci ildə Təbriz şəhərində dövlət məktəbinə gedib. 1997-ci ildə tam orta məktəbi bitirib hərbi xidmətə getmiş, bir il altı ay hərbi xidmətini başa vurub qayıdandan sonra aşıq ədəbiyyatı və folklorla məşğul olmuşdur. Aşıq ədəbiyyatı və folklora olan marağı onu dahi şairlərin, aşıqların itib-batmış əsərlərini tapıb, onları üzə çıxmasına kömək olur. Bu araşdırmaların nəticəsində onlarla kitab tərtib etmişdir.
Təbrizdə bir şair var

Məhəmməd İbadi Alışıq 2009-cu ildə ali təhsil almaq üçün Türkmənçay şəhərindəki universitetlərin birinə daxil olur, 2013-cü ildə tarif ixtisası üzrə diplom alıb və həmin il ikinci təhsil almaq üçün Şəbistər şəhərində Azad Universitetinin magistraturasına daxil olub və 2015-ci ildə oranı bitirir.

Məhəmməd İbadi Alışıq hələ lap kiçik yaşlarından şeir vurğunu olub. Yeddi yaşında Güneyli, Quzeyli şairlərin şeirlərini öyrənib toyda, nişanda söyləyərmiş.
Təbrizdə bir şair var

Məhəmməd İbadi Alışıq güney Azərbaycan şair və aşıqlarından bəhrələndiyini bildirir. Onlardan Vəli Güldürlü, Əli Abdullahi, Təhməz Təhməzli, Haşım Tərlan, Rəhim Keyvan, Çayoğlu, Məzahir Təhmasib, Seloğlu və s. şairləri özünün ustadı sayır.

Məhəmməd İbadi Alışıq eyni zamanda Quzeyli şairlərlə də sıx təmasda olduğunu bildirmişdi. Quzeyli şairlərdən ilk tanıdığım Zəlimxan Yaqub olub və şeirlərinin vurğunu olmuşam. Zəlimxan Yaqubdan sonra Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Məmməd Aslan, Məmməd Araz, Aşıq Şəmşir, Aşıq Kamandar, Aşıq Əkbər Cəfərov və bir neçəsinin həyat və yaradıcılığını araşdırmış və araşdırmalarını davam etdirir.

Məhəmməd İbadi Alışıq ilk şeirlərini 14 yaşında yazmağa başlayıb. Həmin vaxtdan şeirləri Təbrizdə çıxan “Məhde azadi” qəzetində çap olunub. İlk şeirləri qəzetdə dərc olunandan sonra şeirləri aşıqlar tərəfindən el şənliklərində oxunmağa başlayır. Şairin şeirləri aşıqlar tərəfindən sevilə-sevilə oxunmağa başlayandan sonra şairi daha da şeirə, sənətə bağlayır. Hal-hazırda da bu günün özündə də folklorla məşğuldur. Şairin folklora bağlılığı onu Təbriz radiosunda “Aşıq ədəbiyyatı və folklor” şöbəsində işləməyə qədər yüksəldir.
Təbrizdə bir şair var

İran Aşıqlar Birliyinin yaradıcısı və sədri Aşıq Səlcuq Şahbazi Məhəmməd İbadi Alışıqdakı istedadı, folklora olan marağını görüb, 2015-ci ildə Məhəmməd İbadini İran Aşıqlar Birliyinin müavini seçmiş və eyni zamanda Təbriz, Qaradağ, Əhər, Kəleybər və ətraf şəhərlərin Aşıqlar Birliyinin sədri işləyir. Şair-tədqiqatçı

Məhəmməd İbadi Alışıqın indiyə qədər 20-dən çox tədqiqat işləri kitab halında nəşr olunub. Onlardan “Aşıq Qurbani”, “Aşıq Xəstə Qasım”, “Ağ Aşıq”, “Aşıq Ələsgər Göyçəli”, “Aşıq Şəmşir”, “Bəxtiyar Vahabzadə”, “Hüseyn Arif” seçilmiş əsərləri, “Bəhmən Vətənoğlu” şeirləri, Zəlimxan Yaqub “Mən bir dağ çayıyam”, “Öz dastanımı yazıb gəlmişəm”, Nüsrət Kəsəmənli “Gülə-gülə ağlayan gözəl”, “Dünya xalqlarının seçilmiş məsəlləri və atalar sözü” və s. kitabları və tədqiqat əsərləri işıq üzü görüb.

Məhəmməd İbadi Alışıqın həm də özünəməxsus gözəl şeirləri var. Həmin şeirlərdən bir neçəsini oxuculara çatdırıram.

Yeyər, oğlum

Sürüdən ayrılıb azan qoyunu
Qurd tutub parçalar, yeyər, oğlum.
Bəxtinin quşunu əldən uçursan,
Hey döyər başına dərd yeyər, oğlum.

Oğurluq mal, dağ da olsa talanar,
Pak insan pir olar, duz tək yalanar.
Namərd peysər bəslər, arsız dolanar,
Dərdin xınavasın mərd yeyər, oğlum.

Alışıq tək alış sönsən də min yol,
Bilmədiyin işə qoymaginən qol.
Sən öz kölgəndən də ehtiyatlı ol,
Ağacı içindən qurd yeyər, oğlum.

Nə umum

Fərli oğul daşdan çörək çığardar,
Fərasətsiz pis oğuldan nə umum.
Ağıllılar yeyib içən dünyada,
Malın yeməz kəm ağıldan nə umum.

Dəmir muma dönər alın tərindən,
Kişi ölər, minnət çəkməz birindən.
Elə söz var dağ oynadar yerindən,
Yalan sözdən, boş nağıldan nə umum.

Ay Alışıq, bir ağladan ağlayar,
Damcıdan şər dərya olar, çağlayar.
Mərd kişilər əlləşər qan bağlayar,
Ara qatan bir çuğuldan nə umum.

Əksən də

Şoran yerdə bitməz toxum,
Yüz xışlayıb əksən də.
Bədəsil at nəsib olmaz,
Qızıl qəşov çəksən də.

Dağılan su qaba dolmaz,
Söz var əsl boyaq solmaz.
Qızıl gəlib zibil olmaz,
Ayaq altına töksən də.

Ay Alışıq, doğru söz yaz,
Bıçağa da getsə boğaz.
Yırtıq ağız söz saxlamaz,
Qıyıqnan tiksən də.

Ehtiyat eylə

Dünənki şah bu gün nökər də deyil,
Mənsəbdən, məqamdan ehtiyat eylə.
Bu bəşər dediyin çiy süd əmibdi,
Odur çox adamdan ehtiyat eylə.

Tutanda aləmi qəflət dumanı,
Göz istər ki, seçə yaxşı-yamanı.
Bağımızda ərik bitən zamanı,
Verilən salamdan ehtiyat eylə.

Alışıq, haqq varsa, xəyanət də var,
Qurulub qəsdinə hər addımda dar.
Banlayan xoruzu yumurtadırlar,
Belənçi əyyamdan ehtiyat eylə.

Keçirdilər

Mərdlərin boynuna edam kəndiri,
Satqının boynuna gül keçirdilər.
Oğurluq haramdı deyən adamlar,
Özgənin cibinə əl keçirdilər.

Hələlik udqunan, demə sözünü,
Qarğalar oyarlar, açma gözünü.
Nə dəvə görmüşük, nə də əyzini,
Çünki görən gözə mil keçirdilər.

Alışıq, haqqı yaz elin gücüylə,
Ərbab, ərbab olub qulun gücüylə.
İndi bu zamanda pulun gücüylə,
İynənin gözündən fil keçirdilər.

Gördüm

Bu şeiri Məhəmməd İbadi Alışıq Heydər Əliyev adına Sarayda Türk dünyasının əvəzolunmaz şairi Zəlimxan Yaqubun 60 illik yubiley gecəsində söylədiyi şeir

Şair Zəlimxanla bir gün oturduq,
Hatəm səxavətli, xeyirxah gördüm.
Dodağında gül açmışdı gülüşlər,
Yanan ürəyində minbir ah gördüm.

Türk oğludur, o bəllidir zatından,
Bir an düşmür ilhamının atından.
Xəbər verir yerin yeddi qatından,
Gizli sirrilərdən çox agah gördüm.

Vətən boyda dərd yükü var çiynində,
Təbriz adlı həsrət donu əynində.
Min kitablıq şeir daşıyır beynində,
Canlı möcüzədi, Qibləgah gördüm.

Alışığa alış deyir, yan deyir,
Dindirirsən cavabında can deyir.
Xalq onun adına Zəlimxan deyir,
Ancaq ki, mən onu Zəlimşah gördüm.
Təbrizdə bir şair var

Hüseyn Məmmədov,
müəllim


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!