Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 11-07-2015, 10:18
Mənim uşaqlıq şəklim…

Ələmdar Cabbarlı
Universiteti bitirən il tələbələrin dövlət imtahanı, diplom işi kimi qayğıları ilə yanaşı, vinetka çəkdirmək kimi azarı da olur. Və bu azarı öldürmək üçün tələbələr studiyalara gedir, fotosessiyalar çəkdirir, bir-biri haqqında sözlər yazırlar və s. və.i. Biz universiteti bitirən il mən də əksər tələbələr kimi bu azarımı öldürmək istədim, amma az qala bu azar məni öldürəcəkdi...
Bu istəyim mənim hələ də sağalmayan azarımı elə təzələdi ki, indi də o ağrının təsirindəyəm. Məsələ burasındadır ki, həmin tələbə vinetkasını bəzəyən şəkillərin sırasında hamımızın uşaqlıq şəkli də olmalıydı və mənim uşaqlığım kimi uşaqlıq şəkillərim də doğulduğum kənddə girov qalmışdı, şəhid olmuşdu, qanına qəltan edilmişdi. Mən bu ümumi işi pozmamaq və tələbə yoldaşlarımın yanında üzü qara olmamaq üçün məndən heç seçilməyən bacım oğlunun şəklini həmin vinetkaya verdim. Amma mən bununla yalnız tələbə yoldaşlarımı aldada bildim. Özümün, eləcə də doğulduğum o müqəddəs kəndin yanında üzüm hələ də qaradır. Və həmin gündən mənə elə gəlir ki, o kənddə mənim qoyub gəldiyim ən qiymətli sərvət nə atamın-babamın mülkü deyil, nə o əzəmətli dağlar, şəfa mənbəyi olan bulaqlar, sarsılmaz qayalar və s. deyil, məhz mənim orada qalan uşaqlıq şəkillərimdir. Bu, doğulduğum yurdun itkisindən də ağır bir itkidir, ona görə ki, biz heç şübhəsiz o yurdlara dönəcəyik, orada yarımçıq qalan həyatımızı, dağıdılmış evlərimizi bərpa edəcəyik, amma o dağılmış, yandırılmış evin qalıqları altından mənim uşaqlıq şəkillərimin heç külü də tapılmayacaq…


Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!